Mediaxeberleri.az
    
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır

Son xəbərlər :
  • KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
  • Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
  • Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
  • TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
  • 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
  • Zərdüşt Əlizadənin bacısı vəfat etdi
  • “Neftçi” liderliyə yüksəldi
  • Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
  • Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
  • "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
  • 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
  • Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
  • “Qalatasaray” vitse-prezidenti istefa verdi
  • Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
  • DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
  • Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
  • Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
  • Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
  • Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
  • Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

İnsanabənzər robotlar üzərində işləyən azərbaycanlı qız: "Anam mənə dedi ki..."

  • Tarix: 3-03-2024, 13:53

Ona ünvanlanan “əsas diplomdur, ixtisasın fərqi yoxdur”, “eybi yox, iş taparsan”, “oxuyub robot düzəldəcəksən?”, “qadın üçün əsas yemək bişirməyi bacarmaqdır” kimi sözlərə inad bu gün Almaniyada, Yaponiyada robotlarla bağlı tədqiqatlar aparır.

O, əzmi, özünə inamı ilə yaşıdlarından fərqlənir, üçüncü sinifdən bədii ədəbiyyat oxuyur. Düşünür ki, əgər xəyallarınıza mane olan insanlarla mübarizə apara bilmirsinizsə, onlardan uzaqlaşmaq lazımdır.

Mediaxeberleri.Az xəbər verir ki, Almaniyada Siegen Universitetində və Yaponiyada Tohoku Universiteti (Sendai) və AIST mərkəzində (Tokio) insanoid robotlar üzərində tədqiqatçı işləyən həmyerlimiz Sonabəyim Hüseynzadə "Kaspi" qəzetinə müsahibə verib.

O, Bakıda anadan olub. Elə məktəb vaxtından verdiyi suallarla, maraqlandığı sahələrlə, çox oxumağı ilə fərqlənib. Məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Mexatronika və Robototexnika ixtisasına qəbul olub. Hazırda Almaniyanın Dortmund Texniki Universitetində robototexnika və avtomatika üzrə təhsilini davam etdirir, Siegen Universitetində robototexnika üzrə tədqiqatçı işləyir. Həmçinin, universitetdə professor köməkçisi kimi fəaliyyət göstərir, professorla birlikdə dərs keçir. S.Hüseynzadə bununla yanaşı, İEEE Azərbaycanın “Xanımlar mühəndislikdə” proqramının direktorudur.


- Sonabəyim xanım, beşinci sinifdə bir kitabxanaya məxsus bütün kitabları oxumusunuz. Bu yaşda kitab sevgisi necə yarandı?

- Bəli, təhsil aldığım məktəbin yaxınlığında yerləşən Nazim Hikmət adına kitabxanada bütün kitabları oxumuşdum. Hətta o vaxt Mədəniyyət və Turizm Nazirliyi məni tədbirə dəvət edib, təltif etmişdi. Kitaba olan marağımı isə mənə anam aşılayıb. Uşaq vaxtı çox suallar verirdim. Suallarıma cavab tapmaqda çətinlik çəkir, hətta öz yaşıdlarımla da söhbət edə bilmirdim. Çünki onların maraqları tam fərqli idi. Anam bir gün mənə dedi ki, çox sual verirsən, bəlkə suallarına cavabları kitablarda axtarasan? Kitablarla tanış oldum və çox maraqlı gəldi. Uşaq vaxtı nəyi görürdümsə, oxumaq istəyirdim. Bu, məndə tələbata çevrilmişdi. Bədii əsərlərə yanaşı, hər fənnin əlavə vəsaitlərini də alırdım. O qədər suallarım var idi ki, oxumaq bəs etmirdi.

- Maraqlıdır, kitablarda suallarınıza cavab tapırdınızmı?

- Bəli, tapırdım. Hər kitab mənə insanları, həyatı öyrədirdi. Suallarımı böyüklərdən soruşanda, mənə uşaqsan deyib yola verirdilər. Hətta narahat olurdular ki, sənə bu haqda kim danışıb? Fərqli reaksiyalar alırdım. Kiminsə fikirlərimi mühakimə etməsindən çəkinirdim. Kitab oxuduqca anladım ki, biz çox zaman özümüzdən qaçırıq. İnsanlar var ki, həyatı sorğulayır, insan da var ki, bu barədə düşünmür. Mən həyatı daim sorğulayır, cavablarımı böyüklərdən yox, kitablardan alırdım.


- Mexatronika və robototexnika mühəndisliyini seçdiyiniz üçün qınaqlarla üzləşmisiniz. Hətta bu ixtisasa qəbul olduqda, sizi təsəlli belə ediblər. Bəs nə üçün mexatronika?

- Universitetə qəbul olduğum il tələbələr daha çox kompüter mühəndisliyi, neft sahələrinə yönəlirdi. Bu, mənə maraqlı deyildi. Mexatronika haqqında internetdə araşdırdım, gördüm ki, böyük potensialı var. Həm də işimdə azadlığı sevirəm və protokolla çox hərəkət edə bilmirəm. Ona görə də tədqiqatçılığı seçdim. Robototexnika sahəsində isə azadlıq çoxdur. İdeyan varsa, nəzəriyyəni yaxşı anlaya bilirsənsə, nə istəsən yarada bilərsən. Yadımdadır, mexatronikanı seçəndə müəllimlərim belə “Sona, heyf sənin başından, robot düzəldəcəksən?” kimi sözlər dedilər. Bəziləri də, “eybi yox, əsas diplom olsun” deyə təsəlli verirdilər. İnsanlar mexatronikanı bir sahə olaraq qəbul etmirdilər. Müəyyən vaxtdan sonra bu inamsızlığa öyrəşdim. Nə qədər mənə inanmırdılarsa, bir o qədər də motivasiya alırdım.

- Bəs bir an da olsa “müəllimim deyirsə, düz deyir” düşüncəsində oldunuzmu?

- Xeyr. Özümə, fikirlərimə güvənirdim. Məsələn, məktəbdə oxuyanda direktora demişdim ki, məktəbi düzgün idarə etmirsiniz. Uşaq vaxtı hər yerdə problem gördüyüm üçün böyüklərə çox da inamım yox idi. Kimsə mənə deyəndə ki, filan şey səhvdir, mütləq onu özüm araşdırır, sonra səhv, yaxud düz olması qənaətinə gəlirdim. Ona görə də böyüklər ixtisasımı məsləhət bilməyəndə, deyirdim ki, ola bilər ki, hazırda belə düşünürsünüz, amma mən bu sahə üzrə ən yaxşısı olacağam. Məncə, ixtisas seçərkən “buradan nə qədər qazanacağam” deyil, “bu sahəyə nə verə biləcəyəm” haqqında düşünməliyik. Mənə bildiyim sahə yox, əksinə, bilmədiyim sahə çox maraqlı idi.


- “Qadınlar mühəndislikdə” proqramından danışaq. Yəqin ki, özünüz peşə ilə bağlı baryerlərlə rastlaşdığınız üçün qadınlara kömək etmək istədiniz.

- Bəli, mən qadın olduğum üçün əziyyət çəkmişəm. Çünki həmişə “sən qızsan, özünü qız kimi aparmırsan”, “qızsan, bunu etməlisən” kimi sözlər eşitmişəm. Hətta özümə nifrət etdiyim anlar da olub. Çünki qadın olduğum üçün, xüsusilə də öz ixtisasımla bağlı məni zəif görürdülər. Sonra öyrəndim ki, bu cür münasibətlə tək mən deyil, çox qadın qarşılaşır. Daha dəhşətlisi də odur ki, sən mühəndissən, amma iş yerində ciddi mühəndislik işlərini sənə vermirlər. Sən işində də başqa işlərlə məşğulsan. Sanki qadınsan, bu sahəni bilməzsən kimi yanaşırlar. Mən bundan sonra nəyisə dəyişməyə çalışdım. Düşündüm ki, bu sahədə işləyən, oxuyan qadınları bir yerə toplayım, fikir mübadiləsi aparsınlar və bacaracaqlarını göstərsinlər. Ona görə “Qadınlar mühəndislikdə” istiqamətini proqram olaraq yaratdım.

Sonra öyrəndim ki, dünyada da bu problem var və mərkəzi ABŞ-də yerləşən, müxtəlif regionlarda filialları olan “Qadınlar mühəndislikdə” proqramı var. Ora üzv olduq və direktor seçildim. Hazırda ADA universiteti ilə çalışır, tələbələrlə görüşlər keçiririk. İnanıram ki, zaman keçdikcə, belə fikirlər aradan qaldırılacaq, yanaşmalar dəyişəcək. Təəssüf ki, bu yanaşma xanımların əzmini, istəyini məhv edir.

- Peşənin cinsi ilə bağlı stereotiplər necə qırılmalıdır?

- Mən düşünmürəm ki, qadınla kişi eynidir. Fizioloji cəhətdən biz tamamilə fərqliyik. Amma bacarmaq istədiyin iş fiziologiyanda problem yaradırsa, ondan imtina etməyə yenə də özün qərar verməlisən. Fərd olaraq, insan öz seçimini etməlidir və nə üçün seçdiyini anlamalıdır. Mühəndislik, proqramlaşdırma sahələrində isə sən daha çox beyinlə düşünürsən, bu sahədə fizioloji problem də yoxdur. Biz tarixə nəzər salsaq, ilk proqramlaşdırma dilini də qadın yazıb, “Wİ-Fİ”-ın də layihəsini qadın yaradıb. Amma yenə də bu sahəni kişilərə “yaraşdırırlar”. Maarifləndirmə və qadınların bacarıqlarını sübut etməklə stereotipləri qıra bilərik. 21-ci əsrdə peşənin cinsindən danışmaq, qadın, kişi peşələri kimi kateqoriyalara ayırmaq gülüncdür.

- Bu gün Azərbaycan qızlarının ən böyük baryeri nədir?

- Düşüncə tərzləri. Əgər ətrafındakı insanlar səni sıxma-boğmaya salırlarsa, özünü günahlandırmaq lazım deyil. Sən bununla mübarizə aparmalısan. Təslim olmaq olmaz. İnsanlar rahata qaçmağa meyillidir. Problem görəndə dayanır, yollarını dəyişmək istəyirlər. Xəyallarınıza mane olan insanlardan uzaqlaşmaq lazımdır. Ailədə də uşaqlıqdan öz fikrini açıq deməyi bacarmaq lazımdır.

- Sonabəyim xanım, mübarizə ilə nail olduğunuz peşənizdən danışaq. Tədqiqat işiniz əsasən nə ilə bağlıdır?

- Almaniyada robototexnika üzrə tədqiqatçı olaraq çalışır, professor köməkçisi kimi fəaliyyət göstərirəm. Həmçinin tədqiqatçı olaraq beynəlxalq layihələrdə iştirak edir, Yaponiya, Avropa ölkələri ilə əməkdaşlıq edirik. Hazırda robototexnikanın “Humanoid Robotics” istiqamətində çalışıram. Yəni insanabənzər robotlar hazırlayırıq. “Bu robotlar cəmiyyətə necə inteqrasiya ola bilər” kimi suallar ətrafında tədqiqatlar aparırıq. Daha çox yaşlı insanlarla çalışırıq, çünki Almaniyada, Yaponiyada yaşlı insanların sayı ildən-ilə artır, onların təklik problemləri yaranır. Yaşlıların ətrafında çox vaxt ailələri olmur. Biz çalışırıq ki, onlarla vaxt keçirən, sağlamlıq göstəricilərini yoxlaya bilən robotlar düzəldək.

- Yəni robotlar onlarla dostluq edəcək...

- Üzərində işlədiyim robot “actroid f”dir. İlk baxışdan insana çox bənzəyir. Ancaq robotdur. İnsanlarla söhbət edir, onun həyatı haqqında danışır, ona dəstək ola, həmçinin vacib informasiya olanda onu nəzərə ala bilir. Məsələn, Yaponiyada insanlar özlərinə qəsd etməyə daha meyillidirlər. Onların bu addımı atmamasına robot kömək edir. Robotla danışdıqca, problemi hiss edir, onu dinləyir və fikrindən daşındırmağa çalışır.

- Robotların cəmiyyətə inteqrasiyası üzrə tədqiqatlar aparırsınız. İnsanların bəziləri robotların həyatımızı ələ keçirəcəyini, bizə zərər verəcəyini düşünür. Bəs mütəxəssis olaraq siz necə düşünürsünüz?

- Problem robotlarda deyil, insanlardadır. Robot sadəcə alətdir. Robotu idarə edən insandır. Nifrəti də ona insan ötürür, sevgini də. Adi qələmdən yazmaq üçün də istifadə etmək olar, kiməsə xəsarət yetirmək üçün də. Ona görə düşünürəm ki, bunun tənzimlənməsi olmalı, diqqətlə izlənməlidir. Hansı qurum hansı məqsədlə yaradır, nəzarət olunmalıdır. Yaxşı insan, pis insan olduğu kimi, yaxşı robot və pis robot da yaratmaq mümkündür.

- Tədqiqatçı kimi İtaliya, Belçika, Yaponiya, Fransaya səyahət etmisiniz. Bu ölkələrdə öz sahənizlə bağlı sizi nə təəccübləndirib?

- İnsanların işə yanaşması məni təəccübləndirib. Ən təəccüblü isə Yaponiyadır. Mən Azərbaycanın iş sistemindən Almaniyaya gələndə də tam fərqli yanaşma ilə qarşılaşmışdım. Almaniyadan Yaponiyaya getdikdə də ikinci şoku yaşadım. Orada işə yanaşma tərzi elədir ki, sənin supervizorun nə dedisə o olmalıdır, sən onu sorğu-sual edə bilməzsən. Yeni ideyalar barədə danışmaq çətindir. Ən əsası, sənə heç vaxt açıq “hə”, ya “yox” demirlər. Bunlar mənə görə mənfi cəhətlərdir. Almanlar yaponlardan fərqli olaraq çox konkretdirlər. Amma Yaponiyada texnologiya çox inkişaf edib və insanlara qarşı hörmət çox yüksəkdir. Onlar ev yeməklərini də texnologiya ilə edirlər. Bu, onların işləmə mədəniyyətlərinə görədir. Yaponların iş saatları yoxdur. Belə başa düşdüm ki, insanların yemək bişirməyə belə vaxtları yoxdur. Eynən azərbaycanlılar kimi çox qayğıkeşdirlər. Yaponların bəzi xüsusiyyətlərini bizə oxşadırdım.


- “Həyatda vacib bacarıqlardan biri hədəfini müəyyənləşdirməkdir” demisiniz. Sizcə, hədəfi müəyyənləşdirməyin yaşı varmı?

- Xeyr, yaşın önəmi yoxdur. Uşaqlıqda mənə araşdırmaq, suallarıma cavab tapmaq maraqlı idi. Böyüdükdə də ardınca getdim, indi tədqiqatçıyam. Amma insan var ki, 40 yaşında hədəfini müəyyənləşdirir. Bu, yaşdan asılı deyil. Amma “vaxtım var, sonra düşünərəm” kimi yanaşma da düz deyil. Vaxt həmişə azdır. Düşünürəm ki, hədəf də ancaq karyera üzərində qurulmamalıdır. Yaşamağı da unutmaq lazım deyil. Ancaq karyera dalınca qaçıb özünü unutmağı düzgün qəbul etmirəm.


- “Həmişə arzulardan qaçıb daha real ola biləcək ssenari ilə gedərək, həyatımda çox səhvlər etmişəm” deyirsiniz. Sizcə, arzular reallıqdan öndə olmalıdır?

-Bəli. Məncə, arzuların olmalı, onlara doğru çalışmalısan. Ola bilər ki, sənin arzuladığın səmt başqa yerdədir. Amma sən əgər çalışırsansa, ona çatmaq olar. Mənim problemim o olub ki, reallıqla getmişəm. İstədiyim bir neçə istiqamət olub, onlardan hansı daha tez reallaşa bilər düşüncəsi ilə yanaşmışam. Əgər bir ideyanı beynində canlandıra bilirsənsə, onu reallaşdıra da bilərsən.

- Həm oxuyur, həm işləyirsiniz. Boş vaxtlarınızda da sosial şəbəkələrdə insanları maarifləndirməyə, onların suallarına cavab verməyə çalışırsınız. Nə üçün?

- Öyrəndiklərimi paylaşmağı sevirəm. Bu, məktəbdə də belə olub, universitetdə də. İlk dəfə Almaniyaya gedəndə də tələbələri xaricdə oxumaqla bağlı məlumatlandırır, çətinliklərini deyirdim ki, buna hazır olsunlar. Mən özüm də araşdırma etmişəm, insanlar təcrübələrini paylaşıblar. Təcrübəli adamla danışdıqda onlar sənə yol göstərdikdə arzularını reallaşdırmağa bir addım da yaxınlaşırsan. Çünki qarşında sənin istədiyini bacaran real insan təcrübəsi olur. Ona görə tələbələrin arzularını reallaşdırmaq üçün əlimdən nə gəlirsə, etməyə çalışıram.


Oxunub: 1 021
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:01 | KORRUPSİYAYA GÖRƏ HƏBS OLUNAN İCRA BAŞÇILARI - Kim nə qədər cəza alıb? + SİYAHI
    Dünən, 21:51 | Salyanda ağır qəzada ölən şəxslərin fotoları - Yenilənib - təfərrüat
    Dünən, 21:45 | Goranboyda avtomobil piyadanı vuraraq öldürdü
    Dünən, 20:31 | TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT
    Dünən, 18:18 | 2-ci Liqa: "Ağstafa Gəncləri" “Şəki”ni darmadağın etdi - Video
    Dünən, 18:01 | Zərdüşt Əlizadənin bacısı vəfat etdi
    Dünən, 17:56 | “Neftçi” liderliyə yüksəldi
    Dünən, 16:23 | Putin-Tramp-Szinpin görüşü olmayacaq - Bovt
    Dünən, 16:22 | Media və Yayım Şurasından jurnalistlərə qarşı hücumlarla bağlı BƏYANAT
    Dünən, 16:21 | "İnci" körpələr evində azyaşlıya şiddət iddiası: Polis hərəkətə keçdi
    Dünən, 16:20 | 30 illik media salnaməsi: Mətbuat Şurası “Şərq”in xidmətlərini önə çəkdi
    Dünən, 16:19 | Üç gündə Rusiyanın neft emalı gücünün 10 faizi sıradan çıxarıldı
    Dünən, 16:17 | “Qalatasaray” vitse-prezidenti istefa verdi
    Dünən, 16:15 | Rusiya Azərbaycan Ordusunun bəzi müəssisələrinin modernləşdirilməsində iştirak edəcək
    Dünən, 16:03 | DİN: "APA Group" un əməkdaşına xəsarət yetirən mühafizəçi saxlanılıb, cinayət işi başlanılıb - YENİLƏNİB
    Dünən, 15:54 | Ağstafada məktəbin həyətində qəza baş verib - FOTO
    Dünən, 14:10 | Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı bəyanat
    Dünən, 14:03 | Bakıda məşhur restoranda zəhərlənmə iddiası: AQTA araşdırmalara başladı - FOTOLAR
    Dünən, 14:01 | Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri
    Dünən, 12:53 | Erməni ordusunda on ayda 17-ci ölüm hadisəsi – Daha bir əsgər güllələnib
    Dünən, 12:45 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:36 | Bakıda daha bir jurnalistə hücum edildi - Video
    Dünən, 12:35 | Qəhrəman şəhidlərimizin unudulmaz xatirəsi hər zaman böyük ehtiram və dərin minnətdarlıq hissi ilə yad olunur
    Dünən, 12:20 | Azərbaycanda bəzi kolleclər ləğv olunur? - Foto
    Dünən, 12:19 | Prezident İlham Əliyev Əlcəzair Prezidenti Abdelmacid Tebbunu təbrik edib
    Dünən, 12:10 | Göygöldə qəzada dörd nəfər xəsarət aldı
    Dünən, 12:01 | VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    Dünən, 11:44 | Yer kürəsində qəfil maqnit qasırğası başladı
    Dünən, 11:21 | “Neftçi” “Şamaxı” sınağında
    Dünən, 11:00 | Salyanda ağır qəza: ölənlər var
    Dünən, 10:59 | Ukrayna daha bir neft emalı zavodunu vurdu
    Dünən, 10:33 | Soğan niyə bahadır? - VİDEO
    Dünən, 10:32 | Almaniyada etiraz aksiyalarına 100 mindən çox insan qatılıb
    Dünən, 10:31 | Türkiyə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə qadağa qüvvəyə mindi
    Dünən, 10:29 | Bakıda kombinatda yanğın baş verdi - Video
    Dünən, 09:33 | Ermənistanda hərbçinin meyiti tapıldı
    Dünən, 09:23 | Bu gün hava necə olacaq?
    Dünən, 09:15 | Kombilərlə bağlı yeni qayda: noyabrın 6-dan qüvvəyə minir
    Dünən, 09:12 | Payız xəstəliklərindən qorunmaq üçün nələr edilməlidir?
    Dünən, 09:08 | “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
    Dünən, 09:01 | Bakıda əlilliyi olan şəxslərin toplantısı yarımçıq qaldı: Məşhur restoranda zəhərlənmə şübhəsi
    Dünən, 08:57 | Tramp və Putinin növbəti görüşü ilə bağlı mühüm müzakirə: Detallar bəlli oldu
    Dünən, 08:54 | Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır - Foto
    Dünən, 08:52 | Şagirdləri aqressivləşdirən üç əsas amil açıqlandı - Video
    31-10-2026, 19:20 | "Qarabağ" və "Zirə" xal itirdi
    31-10-2026, 16:24 | Türkiyədə zəlzələ oldu
    31-10-2026, 15:47 | Hər kəs Bakıda buna aşiq oldu - Venger
    31-10-2026, 15:43 | FHN zavodda təlim keçirdi - Video
    31-10-2026, 15:38 | "Rosneft"ə məxsus neft bazası vuruldu, yanğın başladı - Video
    31-10-2026, 15:34 | Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.