Həmid Herisçidən YENİ XƏBƏR: "Xəstəliyin ilk fəsadı..." - FOTO
"Bu gün xəstəlikdən sonra ilk dəfə Həmidlə evdən çıxdıq. Xəstəliyin ilk fəsadı görmənin zəifləməsidir". Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri tanınmış jurnalist İlhamiyyə Rza özünün "Facebook" hesabında yazıb. "Həmid üçün isə bu sadəcə göz zəifləməsi deyil, bu, oxumaq, yazmaq imkanlarının məhdudlaşmasıdır. Odur ki, ləngimədən Namiq Mustafayevin yanına gəldik. Namiq doktoru sadəcə görmək şəfa verir, inanın. Uzun sözün kəsəsi, çox yaxşı ovqatla geri döndük. Gözünüzün nuru azalmasın, işdi-şayəd azalıb eləsə, Namiq müəllimi görün. Sağ olun, doktor!", - o qeyd edib. Xatırladaq ki, tanınmış yazıçı Həmid Herisçi ötən həftə qızılca diaqnozu ilə Sabunçu Tibb Mərkəzinin nəzdində olan Məhəmmədi modul tipli xəstəxanaya yerləşdirilib. Qeyd edək ki, xəstəlikdən sağalan yazıçı, artıq evə buraxılıb.