Şəxsi məlumatları ələ keçirən sığortaçı ifşa olundu
Naxçıvanda ticarət mərkəzində yerləşən ev alqı-satqı ofisində çoxsaylı vətəndaşlara məxsus anket məlumatları aşkar olunub. Bu barədə Mediaxeberleri.Az -a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, aparılan araşdırmalar zamanı N.Məmmədovun sığorta şirkətində çalışdığı müddətdə vətəndaşlara onların evlərini sığortalamağı təklif etməklə məlumatlarını əldə etdiyi məlum olub. N.Məmmədov ifadəsində 2000-dən çox şəxsin məlumatlarını bu yollarla əldə etdiyini və ev alqı-satqı işində həmin məlumatlardan istifadə etdiyini etiraf edib. Faktla bağlı araşdırmalar davam etdirilir. Daxili İşlər Nazirliyi vətəndaşaları ayıq-sayıq olmağa işbazların şirnikləndirici təkliflərinə inanmamağa və onların qurbanına çevrilməmək üçün bu kimi detallara diqqət etməyə çağırır.