İmmunoloq həyəcan təbili: “X xəstəliyinə” hazırlaşmalıyıq
“Dünya ictimaiyyətini ölümcül “X xəstəliyinə” hazırlamaq gələcək pandemiyalarla daha yaxşı mübarizə aparmağa imkan verəcək”. Bunu rusiyalı immunoloq, tibb elmləri namizədi Nikolay Kryuçkov deyib. Onun sözlərinə görə, gələcəkdə pandemiyaya səbəb ola biləcək bir sıra patogenlər var. Mütəxəssis bildirib ki, onlar mütləq böyük epidemiyaya səbəb olmayacaq, lakin belə potensiala malikdirlər. Mütəxəssislər koronaviruslar, hemorragik qızdırmalar, Zik virusu, Nipah virusu və başqaları kimi patogenlərə nəzarət edirlər. Kryuçkov qeyd edib ki, mütəxəssislər “X xəstəliyinə” ilk yoluxma halını müəyyən etdikdən sonra qısa müddətdə dərman hazırlamaq və istifadə etməyə imkan verəcək mexanizm hazırlamaq istəyirlər. Davosda keçiriləcək beynəlxalq forumda onlar bəşəriyyətin yeni bir pandemiya ilə qarşılaşacağı (və ya qarşılaşdıqda) halda nə etməli olduğunu müzakirə edəcəklər. ÜST əvvəlcədən hesablayır ki, hələ də məlum olmayan xəstəlik koronavirusdan 20 dəfə daha təhlükəli ola bilər. Gələcək pandemiya üçün ən çox ehtimal olunan namizədlər arasında quş qripi, hemorragik qızdırmalar, Zik və Nipah virusları var.