Mediaxeberleri.az
    
  • Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
    Azərbaycanın çoxşaxəli diplomatiyası: Regional platformalardan qlobal siyasi mərkəzə doğru
  • 
  • Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
    Azərbaycan üçün önəmli əlyazma Ermənistandadır
  • 
  • Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
    Elsevər Dünyamalıyevin 185 mini ələ keçirilib - Şöbə rəisi olmaq istəyirmiş
  • 
  • Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
    Murovdağda itkin düşmüş şəxslərin axtarışı davam etdirilir
  • 
  • "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
    "BİZ AZƏRBAYCANIN DAXİLİ SİYASİ İŞLƏRİNƏ QARIŞMALI İDİK?" - Putindən Paşinyana CAVAB
  • 
  • Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
    Ramiz Mehdiyev nə qədər rüşvət alıb?
  • 
  • 300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
    300 MANATLIQ YAŞAYIŞ MİNİMUMU DƏYİŞƏCƏK? - Və ya real yaşam xərcimiz nə qədərdir?
  • 
  • “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
    “10-15 İLDƏN SONRA KƏNDLƏRDƏ İNSAN QALMAYA BİLƏR” – “Xüsusi imtiyazları olmalıdır ki...”
  • 
  • Qızı Yaşar Nurini belə yad etdi - Foto
    Qızı Yaşar Nurini belə yad etdi - Foto
  • 
  • Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
    Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU
  • 
  • Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
    Dövlət Xidmətinin zabiti Asim Babayev dələduzluq ittihamı ilə həbs edilib
  • 
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
    “HƏM ƏMLAK, HƏM DƏ MALİYYƏ AMNİSTİYASI VERİLMƏLİDİR...” – “Qiymət artımı qaçılmaz olacaq"
  • 
  • UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
    UKRAYNADA SÜLH ÜMİDLƏRİ YENƏ PUÇA ÇIXIR - Zelenskinin Moldovada üzləşdiyi hadisə təsadüfdürmü?
  • 
  • Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
    Hacı İsmayılov Şarovskinin ölümündən danışdı
  • 
  • Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
    Qazaxda şair Kazım Kazımlının “İydələr çiçək açanda” şeirlər kitabının təqdimat mərasimi keçirilib
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
    Məscidə dua etməyə gedən aktyor cərimələndi - Foto
  • 
  • İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
    İcra başçısı vətəndaşların müraciəti ilə yerində tanış olub - FOTOLAR
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”

Son xəbərlər :
  • Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
  • Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
  • Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
  • Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
  • Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
  • Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
  • Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
  • AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
  • Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?
  • Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edildi
  • "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
  • Leysan yağır, şimşək çaxır - Hava məlumatı
  • Hacı Şahinin nəvəsi dünyaya gəlib
  • 200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
  • Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı
  • Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
  • Azərbaycanda leysan yağır - FAKTİKİ HAVA
  • UEFA Millətlər Liqasında günün əsas oyunları
  • “Tezliklə benzin qiymətləri düşəcək”
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

40 MİN İMZA BARYERİNİ KİMLƏR AŞA BİLƏCƏK? – Prezidentliyə namizədlər çətin sınaq qarşısında

  • Tarix: 28-12-2023, 21:09

2024-cü ilin 7 fevral tarixində Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri ilə bağlı birinci mərhələ davam edir. İlk mərhələdə prezidentliyə namizəd olan şəxslərin qeydiyyatı aparılır.

Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən təsdiq olunan təqvim planına görə, namizədliyin irəli sürülmə mərhələsi 2023-cü ilin 19 dekabr tarixində başlayıb, 2024-cü il yanvarın 8-i axşam saat 18:00-dək davam edəcək. MSK-dan verilən son məlumata görə, hələlik ümumilikdə 15 nəfərin namizədliyi təsdiqlənib.

Məlumat üçün bildirək ki, MSK dekabrın 19-da hakim Yeni Azərbaycan Partiyası tərəfindən İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Daha sonra MSK-nın dekabrın 21-də keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsi təsdiq olunub.

MSK son olaraq 2 gün əvvəl daha 8 nəfərin - namizədliyi özü tərəfindən irəli sürülən Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz və Qulamhüseyn Əlibəylinin namizədliyinin təsdiq olunmasını qəbul edib.

Qeyd edək ki, Seçki Məcəlləsində nəzərdə tutulan qaydalara uyğun olaraq, namizədin rəsmən qeydiyyata alınması üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairədən 40 min etibarlı imzaya ehtiyacı var.

Prezidentliyə namizədlər yanvarın səkkizinə qədər müvafiq sənədləri təqdim etməli, həmin imzalar isə MSK-da təsdiqlənməlidir. Bundan sonra namizədlər 15 yanvar – 6 fevral tarixlərində baş tutacaq 22 günlük seçkiqabağı təşviqat mərhələsində iştirak edə bilərlər.

Məlum məsələdir ki, namizədlər sırasında şansı və nüfuzu aşağı olan, bəlkə də çoxlarının adını belə eşitmədiyi şəxslər də var. Maraqlısı da odur ki, cəmiyyətə məlum olmayan bu şəxslər ciddi maddi və insan resursu tələb edən prosesin sonunda öz adlarını namizədlər siyahısına yazdıra biləcəklər, ya yox?

Açığı, partiya sədrlərinin bu mənada işi bir qədər yüngül olsa da, iki həftədən az müddət ərzində bütün fərdi namizədlərin MSK-ya 40 min imza təqdim edəcəkləri real görünmür.

Daha bir maraqlı məqam isə odur ki, namizədliyi tanınan 15 nəfərdən 10-u seçki prosesində fərdi qaydada iştirak edir.

“AzPolitika.info” mövzunun aktuallığını nəzərə alaraq namizədlərin bir neçəsi ilə əlaqə saxlayıb və sözügedən məqamlarla bağlı onların fikirlərini öyrənib. Düzünü desək, namizədlərin bir qismi cəmiyyətə məlum olmadığı kimi, elə mətbuata da yad isimlərdir. Adıçəkilən şəxslərin bir çoxu son vaxtlar medianın diqqətindən və maraq dairəsindən uzaq qaldıqları üçün onlarla əlaqə yaratmaq cəhdlərimiz uğursuz olub. Bu səbəbdən də mediaya daha yaxın olan şəxslərin fikirlərini öyrənməyə çalışmışıq.

Ələqə saxladığımız ilk şəxs Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa olub.



F. Mustafa bildirdi ki, artıq imzatoplama mərhələsini yekunlaşdırmaq üzrədirlər: “Bölgələrdə olan təşkilat üzvlərimiz prosesdə çox fəal iştirak edirlər. Əlbəttə, təcrübəmiz olduğundan bu prosesi sistemli şəkildə aparırıq. Digər tərəfdən, seçki qərargahımız gecə-gündüz toplanan informasiyaları bir araya gətirib, yekun sənədləri hazırlamaqla məşğuldur. Yəqin ki, yaxın günlərdə prosesi tamamlayıb, imzaları MSK-ya təqdim edəcəyik. Bir sözlə, proses düşündüyümüz qrafik üzrə davam edir. Hər halda məlumdur ki, qış fəslidir və belə bir dönəmdə qapı-qapı gəzməyin nə qədər çətin olduğunu hər kəs bilir. Ancaq inanırıq ki, sonda müsbət bir nəticə əldə olunacaq”.

Millət vəkili Zahid Oruc isə “AzPolitika.info”-ya bildirib ki, MSK-nın namizədliyini təsdiq etdiyi 21 dekabr tarixindən etibarən imzatoplama mərhələsinə start veriblər.



Z.Oruc qeyd edib ki, növbədənkənar prezident seçkiləri 60 dairənin hər birindən minimum 50 imza olmaqla ölkəmizin bütün coğrafiyasını əhatə edir: “Bunun üçün könüllülərdən ibarət böyük bir qrup yaradılıb. Artıq proses yekunlaşmaq üzrədir. Müəyyən edilmiş sayda imza təqdim olunduqdan sonra Seçki Qərargahı bütün imzaları yekun dəyərləndirmədən keçirir, ardınca hansı dislokasiyaları əhatə etdiyinə dair akt tərtib olunur və yekunda birinci maliyyə hesabatı deklarasiya ilə birlikdə MSK-ya təqdim olunur. Ötən illərdə mənimlə birlikdə çalışan fədakar insanların bu işdə zəhmətini ayrıca qeyd etmək istərdim. Ümid edirik ki, qarşıdakı günlərdə bu vacib mərhələni yekunlaşdıra biləcəyik”.

Zahid Oruc uzun illər siyasətdə olan biri kimi, fəaliyyətlərini çevik təşkilati mexanizmlər üzərində qurduqlarını və bunun üçün də 40 min imzanın toplanacağına inandıqlarını deyib.



Sabiq maliyyə naziri Fikrət Yusifov da “AzPolitika.info”-ya açıqlamasında imzatoplama kampaniyasına başladıqlarını bildirib: “Proses başlayıb və işlər sürətlə gedir. Məntəqələr üzrə şəxslər təyin olunub. Hədəfimiz qanunun müəyyən etdiyi çərçivədə 60 seçki dairəsi üzrə minimum 40 min imza toplamaqdır. Yanvar ayının 5-6-na qədər prosesi yekunlaşdırmaq istəyirik. Hesab edirik ki, təyin olunan vaxta qədər bu imzaları toplaya biləcəyik”.

Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev "AzPolitika.info"-ya bildirib ki, artıq onlar da imzatoplama kampaniyasına başlayıblar.



"İmza vərəqələrini götürməzdən əvvəl də biz artıq öz hədəflərimizi müəyyənləşdirmişdik. Müxtəlif yerlərdə hörmətli adamlarla danışıb, onlardan kömək istəmişdik. Deyə bilərəm ki, bir çox məsələləri həll etmişdik. Rəsmi imzatoplama kampaniyasına da başlamışıq və müxtəlif yerlərdə işlərimiz sürətlə gedir. Təbii ki, maliyyə və insan resursu baxımından çox ağır bir prosesdir. Lakin rayon şöbələrimiz olduğundan, hazırlığımızı əvvəlcədən görmüşdük. Deputat olduğum üçün tanınıram və tanındığıma, xalqın sözünü dediyimə görə imzatoplama kampaniyasında insanlar məmnuniyyətlə imza verirlər. Şükür Allaha, işimiz o qədər də çətin getmir. İnanıram ki, yaxın günlərdə imzatoplama kampaniyasını bitirəcəyik", - deyə o bildirib.



Namizədlərdən Elşad Musayev isə daha öncə mətbuta açıqlamasında 40 min imza tələbinin çətin məsələ olduğunu deyib: “Bunu etiraf etmək lazımdır. Qısa müddətdə 40 min imzanı toplamaq lazımdır. Siyasi partiyaların çoxu çalışacaq ki, seçkidə müəyyən uğurlar qazansınlar. Təəssüflər olsun ki, Azərbaycanda yeni gənc siyasi qüvvələr yoxdur, gənclər siyasətə gəlmir. Məhz bu cür problemləri aşmaq üçün seçkilərə qatılmaq lazımdır. Ən azından seçkilərin alternativsiz keçməsinə imkan verə bilmərik. Kənardan deməsinlər ki, “alternativ yoxdur”, nəticələri şübhə altına salmasınlar. Bütün siyasi qüvvələr əllərini daşın altına qoymalıdır. Dövlətçiliyimiz bunu tələb edir”.

Milli Məclisin sabiq üzvü Qulamhüseyn Əlibəyli isə “AzPolitika.info"-ya bildirib ki, artıq seçki dairələrində imzaların toplanması üçün məsul olan şəxslər müəyyən olunub.



“Seçki qərargahı da bu yaxınlarda digər məsələlərlə bağlı fəaliyyətə başlayacaq. İmza vərəqələrini alan kimi, məsul şəxslərə çatdırmağı düşünürük. Qarşıdan bayram günləri gəlir, vaxt da azdır, amma düşünürəm ki, əksər təşviqat işlərini bitirmişik. Artıq əsas iş imza toplayan şəxslərin qabiliyyətinə, bacarığına qalır. İmzaların toplanmasıyla bağlı əksər seçki dairələri üzrə 150 şəxs müəyyən etmişik. Bölgələrdə də olmaqla, təxminən 70 seçki dairəsində imza toplamağa çalışacağıq. Ümid edirəm ki, vaxtında bu imzaları toplayıb, MSK-ya təqdim edə biləcəyik”,- deyə o qeyd edib.

Xatırladaq ki, hələlik yalnız YAP öz namizədi İlham Əliyev üçün topladığı imzaları MSK-ya təqdim edib. İki gün öncə verilən açıqlamada qeyd olunub ki, YAP 50 min seçici imzasının olduğu imza vərəqələrini MSK-ya təqdim edib.

Elvin Bəyməmmədli

“AzPolitika.info”


Oxunub: 898
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 19:41 | Qazaxın azad edilən kəndlərində yeni mərhələ: Söküntü işlərinə başlanılır
    Dünən, 19:27 | Ağstafada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində atletika üzrə rayon turniri keçirilib
    Dünən, 19:22 | Şagirdinin anasından 65 min alıb qaytarmadı: HƏBS EDİLDİ
    Dünən, 18:41 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 18:26 | Ağstafada “Şəhərsalma və Memarlıq ili” çərçivəsində intellektual yarış keçirilib
    Dünən, 18:13 | Yeni icra başçısı kollektivə təqdim olundu - FOTO
    Dünən, 18:01 | Qazaxda icra başçısı Vətən müharibəsi şəhidi kapitan İmamverdi İsmayılovun ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    Dünən, 17:09 | Avropa Komissiyasının rəsmiləri Naxçıvanda - Foto
    Dünən, 17:06 | AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir
    Dünən, 14:31 | Minlərlə tələbə, uzun növbələr - “Elmlər Akademiyası”nda avtobusların sayı ARTIRILACAQ?
    Dünən, 14:30 | Rusiyadan Azərbaycana 1 milyon rubldan artıq nağd pulun çıxarılması qadağan edildi
    Dünən, 13:57 | "UĞUR 777" estetik mərkəzindəki qanunsuzluqlar: Zərərçəkən şok detalları açıqladı
    Dünən, 13:56 | Leysan yağır, şimşək çaxır - Hava məlumatı
    Dünən, 13:47 | Hacı Şahinin nəvəsi dünyaya gəlib
    Dünən, 13:22 | 200 milyondan çox insan evsiz qala bilər - XƏBƏRDARLIQ
    Dünən, 13:21 | Bu universitetlər Bakıdan kənara köçürülə bilər – Ərazilər açıqlandı
    Dünən, 13:19 | Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
    Dünən, 09:49 | Azərbaycanda leysan yağır - FAKTİKİ HAVA
    Dünən, 08:03 | UEFA Millətlər Liqasında günün əsas oyunları
    Dünən, 07:53 | “Tezliklə benzin qiymətləri düşəcək”
    Dünən, 07:52 | Yer kürəsində başqa bir nüvə: Elm adamlarını çaşdıran 5 sirr
    Dünən, 00:38 | Türkiyə İtaliyaya böyük hesabla məğlub oldu
    28-09-2026, 22:15 | Heyvan dişləyibsə, vaxt itirməyin: Həkimdən quduzluqla bağlı VACİB ÇAĞIRIŞ
    28-09-2026, 22:10 | Akif Aşırlıya AĞIR İTKİ
    28-09-2026, 21:28 | “Ağstafa Gəncləri” - dən vacib qələbə
    28-09-2026, 21:08 | Dəniz Əsədovanın Afət Fərmanqızına qarşı iddiası təmin olunmadı
    28-09-2026, 21:04 | "TikTok"da canlı yayım ona baha başa gəldi: Zakir Musayev saxlanıldı
    28-09-2026, 19:09 | Prezidentin başçı təyin etdiyi Babayev kimdir?
    28-09-2026, 18:31 | Qaradağ rayonuna yeni icra başçısı təyin edildi
    28-09-2026, 18:29 | Prezident 3 rayona icra başçısı təyin etdi
    28-09-2026, 17:42 | Əvəz Zeynallının dəfn olunacağı yer müəyyənləşdi
    28-09-2026, 17:41 | Gələn il minimum əməkhaqqı 460 manat ola bilər - TƏHLİL
    28-09-2026, 17:39 | Hindistanda daşqınlarda ölənlərin sayı 81 nəfərə çatdı
    28-09-2026, 17:38 | 13 yaşlı oğlan faciəvi şəkildə öldü
    28-09-2026, 17:31 | Kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olundu
    28-09-2026, 16:22 | Ailəsi Əvəz Zeynallının II Fəxri Xiyabanda dəfn olunmasını istəyir
    28-09-2026, 16:20 | "Tənək dolması yemək olmaz, QATIQLA YEMƏK İSƏ CİNAYƏTDİR" - Həkimdən ÇAĞIRIŞ
    28-09-2026, 15:38 | İcra başçısı Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ildönümündə əziz xatirəsini ehtiramla yad edib
    28-09-2026, 15:32 | Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...
    28-09-2026, 15:26 | Həyat yoldaşının gözünü "göyərtdi" - 1 il müddətinə məhkum edildi
    28-09-2026, 15:25 | “Fənərbağça” bu tarixdə Azərbaycana gələcək
    28-09-2026, 14:50 | Əvəz Zeynallının son mesajı...
    28-09-2026, 14:49 | Marketlərdə toyuq filesi niyə yoxdur?
    28-09-2026, 14:17 | Bu əsgərlər vaxtından əvvəl tərxis ediləcək
    28-09-2026, 14:14 | 24 yaşlı gəlinin ölümünə səbəb olan həkimə hökm oxundu
    28-09-2026, 14:11 | Vahid Ələkbərov "Forbes" reytinqində BİRİNCİ OLDU
    28-09-2026, 14:05 | Ukrayna körpünü vurdu, dəmir yolu dağıldı: 10 vaqon relsdən çıxdı
    28-09-2026, 14:01 | Hava şəraiti ilə bağlı xəbərdarlıq: Yağış, qar...
    28-09-2026, 13:56 | Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - DOSYE
    28-09-2026, 13:55 | Lamiyə insanları necə aldadıb? - "AzTV-də işləyirəm", deyibmiş...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.