İnfarkt öncəsi bu ağrılar olur - Diqqət
İnfarktdan öncə infarktönü vəziyyət yaranır. Çox xəstələr bu məqamı gözdən qaçırır. Mediaxeberleri.AZ Medicina.az-a istinadən xəbər verir ki, kardioloq Anastasiya Fomiçeva ürək üçün tipik olmayan kardial simptomları açıqlayıb. “Tipik simptomlara döş qəfəsində ağrı, sancı, təngnəfəslik, təzyiqin qəfil düşməsi, ürək ritminin pozulması – ya aritmiya, ya bradikardiya aiddir. İnfarkönünün qeyri-tipik simptomları: qəfil zəiflik, tərləmə, ürəkbulanma, qusma, öyümə, qarında ağrı, öskürək, huşun itməsi, ölüm qorxusu, ayaqların gücsüzləşməsi. Aşağıdakı simptomlar isə artıq infarktın kəskin fazasını göstərir: - Sinədə sanki beton plitə varmış kimi ağırlıq; - Sinədə alov, yanma hissi; - Sanki öndən və arxadan bıçaq kəsirmiş kimi hiss; - Ağrının boyun, çənə, qola, qarına yayılması; - Nitroqliserin qəbulundan sonra da ağrının kəsməməsi; - Ağrı 20-30 dəqiqədən tutmuş 5 saata kimi davam edə bilər", - kardioloq qeyd edib.