DİQQƏT! Uşaqlar üçün bu öskürək siropları qadağan edildi - Öldürür
Hindistan keçən il öskürək siropları səbəbiylə çoxlu uşağın ölümündən sonra 4 yaşdan kiçik uşaqlar üçün soyuqdəymə və öskürək müalicəsində istifadə edilən "xlorfeniramin maleat və fenilefrin qarışığı" şərbət və həblərini qadağan edib. Mediaxeberleri.AZ BBC-yə istinadən xəbər verir ki, qadağa 2022-ci ildə Qambiya, Özbəkistan, İndoneziya, Kamerun və Hindistan kimi bəzi ölkələrdə Hindistan istehsalı olan öskürək siroplarından ən azı 141 uşağın ölməsindən sonra qoyulub. Hindistan Baş Dərman Nəzarətçisi (DCGI) soyuqdəymə və öskürək kimi xəstəliklərin müalicəsində istifadə edilən "xlorfeniramin maleat və fenilefrin qarışığı" şərbət və həblərinin 4 yaşdan kiçik uşaqlarda istifadəsinin qadağan edildiyini açıqlayıb. DCGI istehsalçılara bu dərmanların qutularına “4 yaşdan kiçik uşaqların istifadəsi qadağandır” xəbərdarlığını qoymağa məcbur edib. Bildirilir ki, Hindistanda 2019-2020-ci illərdə ən azı 12 uşaq bu qarışıqları ehtiva edən şərbətlərdən istifadə etdikdən sonra ölüb. Oktyabr ayında Qambiyada ən azı 70 uşağın tərkibində parasetamol olan şərbətdən istifadə etdikdən 3-5 gün sonra öldüyü iddia edilmişdi. Polis ilkin araşdırma hesabatında uşaq ölümlərinin Hindistanda istehsal olunan və ABŞ-da yerləşən əczaçılıq şirkəti vasitəsilə idxal edilən 4 öskürək siropu ilə əlaqəli olduğunu açıqlayıb.