Maştağanın yolları nə vaxt asfaltlanacaq? - VİDEO
Bakının ən böyük kəndlərindən biri olan Maştağada yolun asfaltlanması işi yarımçıq görülüb. Xezerxeber.az-ın məlumatına görə, məhəllənin daxili yollarına vurulan asfalt heç bir yolsalma normalarına uyğun gəlmir. Kəndin içməli su problemi həll edilərkən qazılan yollara asfalt çəkilmək əvəzinə yamaq vurulub. Sakinlər deyirlər ki, yağış yağanda buradan piyada keçmək demək olar ki, qeyri-mümkündür. Baş yola çıxmaq üçün digər alternativ çıxış olmadığından sakinlər ərazidə əmələ gələn dərin gölməçələri çətinliklə də olsa keçməyə məcburdurlar. Hətta qış aylarında su basmış yollardan keçmək üçün qaz borularının üstü ilə hərəkət etməyə məcbur qalırlar. Onlar iddia edir ki, bir neçə dəfə problemlə bağlı aidiyyəti orqanlara müraciət olunsa da, heç bir nəticə yoxdur. Məsələ ilə bağlı Sabunçu rayonu, Maştağa Bələdiyyəsindən bildirilib ki, qeyd olunan küçələrə asfalt örtüyünün vurulması ilə bağlı işlər aidiyyəti üzrə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Dövlət investisiya proqramları çərçivəsində icra olunur. Bununla bağlı Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən AAYDA-ya və Nazirlər Kabinetinə məktubla müraciət olunub. Hazırda məhəllədaxili küçələrin asfalt örtüyü ilə təmin olıunması üçün vəsait ayrılmayıb. Ətraflı süjetdə: