DƏM QAZI: Səssiz və iysiz gələn təhlükədən qorunmanın yolları - VİDEO
Son günlər dəm qazından zəhərlənmə halları xeyli artıb. Bəzi hallarda bu cür hadisələr daha ağır nəticələrə, ölümə səbəb olur. Bəs səssiz və iysiz gələn bu təhlükədən necə qorunmaq olar? Mediaxeberleri.Az-ın məlumatına görə, komunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyib ki, dəm qazı olduqca yüksək təhlükə mənbəyidir. Ona görə də vətəndaşlar mütləq mavi yanacaqla davranış qaydalarını bilməli və ona əməl etməlidirlər. Təchizatçı ilə istehlakçı arasında daim rabitə olmalıdır. Həmçinin ildə iki dəfə mənzillərdə profilaktik yoxlamalar aparılmalıdır. Bundan başqa, qaz kəmərinin, onun avadanlıqlarının yerini icazəsiz dəyişmək olmaz. Bundan başqa, tüstü bacaları da ildə iki dəfə yoxlanılmalıdır. Çünkü bəzi hallarda bacalar tutulur və yanmış qaz sovrulmur. Su qızdırıcılarına isə ildə 4 dəfə texniki baxış keçirilməlidir. Ekspert onu da əlavə edib ki, qaz sistemini nəzarətsiz qoymaq olmaz. Bu, təkcə qazdan boğulmaya deyil, həm də ağır partlayışlara səbəb ola bilər. Nüsrət Qasımov deyib ki, mənzillərə xüsusi detektorlar da quraşdırıla bilər. Bu cihazlar vasitəsilə də təhlükəni əvvəlcədən bilmək və qarşısını almaq mümkün olar. Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: