Polkovnik-leytenant vəfat etdi
Daxili Qoşunların sıralarında xidmət yolu keçmiş, müharibə veteranı, ehtiyatda olan polkovnik-leytenant Soltan Mahmudov Gəncə şəhərində vəfat edib. Bu barədə "Qarabağ Qaziləri" Birliyindən bildirilib. Soltan Mahmudov Daxili Qoşunlarda müxtəlif məsul vəzifələrdə, o cümlədən hərbi hissə komandirinin texniki hissə üzrə müavini kimi xidmət edib. Mərhumla vida mərasimi 25 iyul tarixində Gəncə şəhərində keçiriləcək.
Oxunub: 29
Xəbəri paylaş
Paylaş:





















