Mediaxeberleri.az
    
  • Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
    Həmidə Ömərova narazılıq etdi: “Nəinki mənə, heç mənim adımdan danışmaq istəyənlərə də söz verilmədi”
  • 
  • Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
    Ramiz Mehdiyev işində sensasion adlar - Sərdar Cəlaloğlu, Eldar Namazov...
  • 
  • 300 min mənimsəyən falçıya hökm oxundu
    300 min mənimsəyən falçıya hökm oxundu
  • 
  • İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
    İlahiyyatçı: “Haram və günah barədə suallara süni intellektdə cavab axtarmaq dini yöndən qadağandır”
  • 
  • Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
    Ağstafada arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu
  • 
  • Uzun illər sonra efirə qayıdır
    Uzun illər sonra efirə qayıdır
  • 
  • I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
    I Türk Dünyası Bəstəkarlar İttifaqının Qurultayı çərçivəsində "Turkic Union of Composers" təsis edilib
  • 
  • MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
    MİT zabitinin şübhəli ölümü: Məşhur bloqerin polkovnik atası barədə saxlanılma qərarı verildi
  • 
  • Dövlətçilik tariximizin şanlı salnaməsi
    Dövlətçilik tariximizin şanlı salnaməsi
  • 
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
    Aşıq İsgəndər Ağbabalının 100, Aşıq Faxfur Ağbabalının 70 illik yubileylərinə həsr olunmuş tədbir keçirilib - (Foto)
  • 
  • Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
    Azərbaycanın yeni tarixi: Suverenlikdən qayıdışa, qayıdışdan dirçəlişə
  • 
  • Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
    Ceyran Rəhimova yenidən efirə çıxır - FOTO
  • 
  • MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
    MAAŞIMIZIN 2 FAİZİ BURA GEDƏCƏK - Gələn ildən tətbiq olunacaq + RƏY
  • 
  • Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
    Korrupsiya ilə əlaqədar məlumat verənlər həvəsləndiriləcək
  • 
  • Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
    Azərbaycanda korrupsiya barədə məlumat verənlərə MÜKAFAT veriləcək
  • 
  • Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
    Qazax Dövlət Dram Teatrında “Şəhid atası” tamaşası nümayiş etdirilib
  • 
  • Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
    Hormonal preparatlar kökəldir və sonsuzluq yaradır? - Ginekoloqla MÜSAHİBƏ
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI

Son xəbərlər :
  • Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
  • Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
  • Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
  • Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
  • Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
  • "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
  • Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
  • Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
  • İsmayıllıda ev və köməkçi tikili yandı
  • Repetitorlar çətin sınaq qarşısında
  • Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
  • Bu rayonlara qar yağıb - Hava məlumatı
  • Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
  • Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
  • İlham Əliyev fərman imzaladı
  • Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
  • "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
  • Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
  • "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
  • “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Bakıda qızının intim videolarından xəbər tutan kişi görün nə etdi - Təfərrüat

  • Tarix: 12-10-2023, 22:38

"Mənə qızımla cinsi əlaqədə olduğu dedi. Heç soruşmamışdım. Hətta video çəkilişlər etdiyini də etiraf etdi".

Bu sözləri qızının sevdiyi oğlanı iplə boğub öldürməkdə şübhəli bilinən Babək Quliyev hakim qarşısında deyib.

Hadisə ötən ilin sentyabrın 6-sı Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciətdən sonra araşdırılıb.

Aparılmış istintaqdan sonra 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədi ilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsi, daha sonra iplə boğaraq öldürməsi əsaslı şübhələrlə müəyyən edilib. İlkin araşdırmada məlum olub ki, Hüseynağa Babək Quliyevin qızı G.Q.-lə sevgi və intim münasibətdə olub. 

Babək Quliyevə tutulub və ona Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb. 

Cinayət işinə baxış Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilib. 

Lent.az hadisə ilə bağlı istintaq materiallarını əldə edib. 

Təqsirləndirilən şəxs Babək Quliyev ötən ilin avqustun 24-də həyətdən səs gəldiyini deyib:

"Həyətdəki səsə çölə çıxdım. Darvazadan kiminsə tullandığını gördüm. Elə bildim oğrudur. Qaçıb tutdum, həyətə gətirib 1-2 şillə vurdum. Şillədən sonra adının Hüseynağa olduğunu, qızımı sevdiyini dedi. Bir az duruxdum. Sonra onların yaşlarının az olduğunu, dərsləri ilə maraqlanmalarını tapşırıb yola saldım. 

Səhəri gün qızım mənə dedi ki, Hüseynağa onu biabır etməklə hədələyib. Buna əsəbiləşib qızıma şillə vurub, telefonunu əlindən aldım. Elə həmin günün axşamı Hüseynağa ilə söhbət etməyə getdim. Onunla danışıb, evlilik düşünməyinin hələ düzgün olmadığını başa saldım. Sonra maşınımla onu aparıb evlərinin qarşısında düşürtdüm". 

İlk dəfə Hüseynağanı evinin həyətində tutduğu günün səhəri Babək Quliyev yoldaşına başına belə bir işin gəldiyini danışıb. Arvadı ona Hüseynağanı hələ iki ay əvvəl - iyun ayında evlərinin həyətində tutduğunu və ona bura gəlməyi qadağan etdiyini deyib. Babək Quliyev arvadının dediklərindən sonra başa düşüb ki, qızı Günay da həmin oğlanla danışır. 

Bu hadisələrdən sonra Hüseynağa xəbərdarlıqlara məhəl qoymur. Belə ki, Babək Quliyev ifadəsində Hüseynağanın gəlib qızına telefon verdiyini, onunla danışmasa, biabır edəcəyi ilə hədələdiyini açıqlayıb:

"Avqustun 28-i atam rəhmətə getdi. Başımız yas mərasimlərinə qarışdı. Bir müddət sonra qızım G.Q. gəlib dedi ki, Hüseynağa evlərinin pəncərəsinə gətirib telefon qoyub. Deyib ki, onunla danışmasa biabır edəcək. Yenə əsəblərimi cilovlayıb, zəng elədim Hüseynağaya, onu özünə yığışsın deyə tənbeh etdim". 

Günlərin bir günü qonşusu Babək Quliyevə onların evindən tanımadığı bir oğlanın çıxdığını xəbər verir. Təsadüf elə gətirir ki, Babək bir axşam saat 11-də evə gələndə oradan çıxan həmin oğlanla - Hüseynağa ilə həyətdə qarşılaşır:

"Qonşum evdən bir oğlanın çıxdığını dedi. Bildim ki, Hüseynağadır. Yenə zəng edib tənbehlədim. Bir gün oğlumun idman paltarı Bilgəhdəki evdə qaldığı üçün axşam saat 11 olardı getdim oradakı evə. Hüseynağanın həyətdən çıxdığını gördüm, onunla qarşılaşdım. Bu hadisə sentyabrın 6-sı, elə hadisə baş verən gün olub.

Onu tutub qaraja apardım. Elədiyim tənbehlərin heç bir faydasının olmadığını gördüyüm üçün onu qorxutmaq istədim. Əl-qolunu bağlayıb maşına atdım. Dəniz kənarına apardım". 

Hüseynağa yolda Babəkə qızını ona məcbur da olsa verməli olduğunu deyib. Dəniz kənarına çatdıqdan sonra əl-qolu açılan Hüseynağa buna səbəb olaraq qızı ilə dəfələrlə cinsi əlaqədə olduğunu, həmin anları videoya çəkdiyini deyib:

"Ora çatanda əl-qolunu açdım. Hüseynağa başladığı danışmağa. Mənə qızımla dəfələrlə cinsi əlaqədə olduğunu, həmin anları videoya çəkdiyini və telefonunda saxladığını dedi. Heç mən ondan bu barədə soruşmadım. Bunları bildikdən sonra artıq dözə bilmədim. Maşında olan iplə onu boğdum. Öldükdən sonra meyitini isə Qaradağ rayonunda basdırdım".  

Hadisədən sonra arvadını evə aparmaq üçün gedən Babək Quliyev ona baqajda Hüseynağanın meyitinin olduğunu bildirməyib. 



Ətraflı






Cinayət əməlinə görə özünü qismən təqsirli bilən Babək Quliyev törətdiyi əməldən peşman olduğunu deyib. O, Hüseynağanı öldürmək fikri olmadığını bildirib. Meyiti isə tutulacağından qorxduğu üçün gizlədib. 

İstintaq materiallarında göstərilib ki, Hüseynağanın G.Q. ilə hadisədən bir neçə ay öncədən münasibətləri başlayıb. Son aylarda isə intim əlaqələri olub. Hüseynağa qızın evinə gəlib, bəzən həyətdə, bəzən isə evlərinin içərisində onunla cinsi əlaqədə olub. 

Zərərçəkmişin hüquqi varisi olan qardaşı ifadəsində göstərib ki, G.Q. Hüseynağa ilə könüllü şəkildə cinsi əlaqədə olub:

"Bir gün qardaşım üstü başı toz olmuş və döyülmüş vəziyyətdə evə gəldi. Nə olduğunu soruşanda sevdiyi qızın atası tərəfindən döyüldüyünü dedi. Hamımız tanıyırdıq onun sevdiyi qızı. Qardaşıma bir də o qızla danışmamasını tapşırdım. Hadisə günü Hüseynağaya zəng etdim açmadı. Telefonu sönülü idi. Polisə şikayət etdikdən sonra öyrəndim ki, qızın atası onu öldürüb. 

Qardaşımın heç bir günahı yox idi. Qız öz istəyi ilə bizə gəlib-gedirdi. Cinsi əlaqədə də öz istəyi ilə olub. Anam dəfələrlə qıza bizə gəlməməsi üçün xəbərdarlıq eləmişdi". 

Hüquqi varis qardaşını öldürməkdə təqsirləndirilən Babək Quliyevə ömürlük həbs cəzasının verilməsini istəyib. 

Hüseynağanın anası məhkəmə ifadəsində qeyd edib ki, oğlu ötən ilin may ayından həmin qızla danışır və qız dəfələrlə onların evlərinə gələrək Hüseynağanın otağına girib:

"Oğlum o qızı istədiyini mənə dedi. 2022-ci ilin mayından bəri danışırdılar. Bir gün qızı bizim evə gətirib mənimlə tanış elədi. Bir müddət sonra Hüseynağa ilə qız yenə bizə gəldi. Onlar Hüseynağanın otağına keçib qapını bağladılar. Bu hərəkət mənə heç xoş gəlmədiyi üçün oğlumu bir də o qızla münasibət qurmasın deyə tənbeh etdim. Amma oğlum deyirdi ki, hərbi xidmətə getməmişdən qabaq o qızla nişanlanacaq. Qayıtdıqdan sonra isə evlənəcək".  

Bütün hadisələrin üzərində cərəyan elədiyi G.Q. ifadə verib. Onun sözlərinə görə, Hüseynağa ilə "Instagram" sosial şəbəkəsində tanış olub:

"2022-ci ilin fevral ayında Hüseynağa mənə instaqramda yazdı. Xoşu gəldiyini, mənimlə danışmaq istədiyini dedi. Mən də razı oldum. Beləliklə münasibətimiz fevral ayında başladı. Mart ayına qədər danışdıqdan sonra görüşdük. Hazırlığa gedəndə Hüseynağa gəldi və biz də elə görüşdük. Münasibətimiz bir müddət belə davam etdi. 

Aprel ayında Hüseynağa Bilgəhdəki evimizə gəldi. Mənimlə zorla cinsi əlaqədə oldu. Bir neçə ay sonra atam bundan xəbər tutdu. Məni vurub, telefonumu əlimdən aldı. Sonra Hüseynağa ilə görüşüb onu vurdu ki, mənimlə görüşməsin. Hüseynağa mənə "Instagram"da üzünün şəkillərini atdı. Onun üzündə atamın şillə vurduğu izlər qalmışdı. Bilgəhdə bizimlə birlikdə qalan bibim münasibətimizi bilirdi. Mənə dedi ki, artıq qonşular Hüseynağanı bilir və ailəmiz gözdən düşüb. Amma yenə də münasibətimiz davam etdi. 

Sentyabrın 6-sı atamla anam evdən çıxıb Qara Qarayevdəki evimizə getdilər. Mən bibimlə qaldım. Ondan Hüseynağanı evə dəvət etməsini xahiş etdim. Bibim Hüseynağaya zəng edib bizə çağırdı. O, gəldikdən sonra oturub söhbət etdik. Cinsi əlaqədə olduq". 

Qız Hüseynağanın onu zorla cinsi əlaqədə olduğunu etiraf edib:

"Mən onunla könüllü münasibət qurmamışam. O, nə edibsə, zorla edib. Hüseynağa məni məcbur edib".

Şahid qismində ifadə verən bibi Hüseynağa ilə qızın cinsi əlaqəsindən xəbərsiz olduğunu deyib:

"Mənim bundan heç bir xəbərim yoxdur. Onlara cinsi əlaqə üçün heç bir şərait yaratmamışam. Hadisə olan gün Hüseynağanı evə mən yox, G.Q. çağırdı. Oğlanı dəhlizdə gördüm. Məcbur olub evə çağırdım. Qızla oğlanın söhbəti 10-15 dəqiqə çəkdi. Hüseynağa evdən gedəndən sonra qapını bağladım. Babəki isə görmədim". 

Babək Quliyev Cinayət Məcəlləsinin 120.2.9 və 145.2.3-cü maddələri ilə ittiham edilib. Məhkəmənin qərarına əsasən, 18 il azadlıqdan məhrum edilib. 

O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.


Oxunub: 747
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 12:07 | Rusiya Trampla razılaşmadan 7 milyard dollar qazanacaq
    Bu gün, 12:04 | Maşını elektrik dirəyinə çırpan sürücünü tok vurub öldürdü
    Bu gün, 12:02 | Dünya çempionatı: Millimiz Avstriyaya qalib gəldi
    Bu gün, 12:00 | Ukrayna “Yandeks”in daha bir data mərkəzini vurdu
    Bu gün, 00:00 | Ramzan Kadırovun Azərbaycana səfəri ilə bağlı videoicmal
    Dünən, 23:32 | "Biri varlı geyinir, biri kasıb, vahid forma olmalıdır" - Sakinlər nə düşünürlər? - Video
    Dünən, 16:56 | Qazaxda ilk dəfə bədii gimnastika üzrə "Grace of Nature" adlı turnir keçirilir
    Dünən, 13:04 | Ermənistan silahlanır, generalları tez-tez sərhədə gəlir - Niyə?
    Dünən, 13:02 | İsmayıllıda ev və köməkçi tikili yandı
    Dünən, 11:40 | Repetitorlar çətin sınaq qarşısında
    Dünən, 11:29 | Prezident 7 rayonun icra başçısı ilə bağlı sərəncam İMZALADI
    Dünən, 11:15 | Bu rayonlara qar yağıb - Hava məlumatı
    Dünən, 11:14 | Birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi
    Dünən, 11:06 | Gürcüstanla bağlı bu komissiyanın yeni tərkibi - Sərəncam
    Dünən, 11:05 | İlham Əliyev fərman imzaladı
    Dünən, 07:33 | Məktəbdə hicab müzakirəsi: Maarifçilər nəyin savaşını aparırdı?
    Dünən, 07:31 | "Qarabağ"ın hücumçusu “Olimpiakos”un düşərgəsində
    9-10-2026, 21:54 | Tovuzda ildırım yaşayış binasına düşdü - Foto
    9-10-2026, 21:27 | "Neftçi" "Sabah"la heç-heçə etdi, "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəldi
    9-10-2026, 20:20 | “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Nəbi Hüseynov ildönümündə ehtiramla yad edilib
    9-10-2026, 20:14 | Övladını dərsdən yayındıran valideynləri hansı məsuliyyət gözləyir? - RƏSMİ
    9-10-2026, 20:06 | Qida zəhərlənmələrinin böyük qismi ev şəraitində gigiyena tələblərinə uyğun hazırlanmayan konservlərdir - RƏSMİ
    9-10-2026, 18:42 | Ağstafada vətəndaşların növbəti səyyar qəbulu keçirilib
    9-10-2026, 18:34 | Qazaxda Vətən müharibəsi şəhidi əsgər Anar Vəliyevin əziz xatirəsi ehtiramla anılıb
    9-10-2026, 16:33 | Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb
    9-10-2026, 15:40 | PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    9-10-2026, 12:59 | Lukaşenko Moldovanın MDB-dən çıxmaq qərarını tənqid etdi
    9-10-2026, 12:57 | Azad edilmiş ərazilərdə güzəşt tətbiq edilən yeni istehsal və sənaye sahələri məlum oldu - Foto
    9-10-2026, 12:16 | Söhbət sağ qalmaqdan gedir – Kliçko Kiyev sakinlərinə müraciət etdi
    9-10-2026, 12:01 | Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
    9-10-2026, 11:56 | Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    9-10-2026, 11:52 | DİM-DƏ KADR DƏYİŞİKLİYİ - Abbaszadə əmr imzalayıb + FOTO
    9-10-2026, 11:49 | Çindən ABŞ-yə kimi 28-dən çox ölkənin rəsmiləri Bakıya gəlir
    9-10-2026, 11:42 | Məşhur görəndə özünü itirmək xəstəlikdir? - Bir FOTOnun min hoqqası
    9-10-2026, 11:39 | Yasamal rayonunda şəhidlərin anım mərasimi keçirildi
    9-10-2026, 11:37 | Azərbaycanın strateji valyuta ehtiyatları 89 milyard dolları keçdi
    9-10-2026, 11:35 | Bu gün Azərbaycan kubokunda I mərhələ başa çatır - TƏQVİM
    9-10-2026, 11:29 | “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    9-10-2026, 11:26 | Noyabrda neçə gün iş olmayacaq? - TƏQVİM
    9-10-2026, 11:22 | ADY-nin ən çox sərnişin gedən 5 stansiyası açıqlandı
    9-10-2026, 11:19 | Qaradağda əsgərləri daşıyan avtobus aşdı
    9-10-2026, 11:06 | Azərbaycan 2028-ci ildə MDB-yə sədrlik etməyə hazırdır - Prezident
    9-10-2026, 10:58 | Paşinyan Azərbaycan mahnısı ilə videosunu paylaşdı – "Sizi sevirəm"
    9-10-2026, 10:55 | 6 yaşlı uşağı döyən müəllim saxlanıldı
    9-10-2026, 10:54 | “Azərsun“ məşhur şirkəti özünə birləşdirdi
    9-10-2026, 10:26 | “TikTok”da “Daşqın əmlak ofisi” vətəndaşları necə aldadıb?
    9-10-2026, 10:19 | C5-DƏN C6-YA TARİXİ KEÇİD... - Azərbaycanın Mərkəzi Asiya həmləsi
    9-10-2026, 10:12 | VALIDEYNLƏR TƏDRISƏ CƏLB EDILSƏ NƏ BAŞ VERƏR?
    9-10-2026, 10:03 | AFFA UEFA-nın qərarına qarşı çıxıb
    9-10-2026, 09:55 | Elvin Mahmudzadə həbs edildi
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.