Körpələrin diş baxımı: Valideynlərin diqqət etməli olduğu nüanslar açıqlandı
Körpələrin süd dişləri çıxmağa başlayanda ağız və diş baxımına erkən başlamaq vacibdir. Mediaxeberleri.Az bildirir ki, süd dişlərinin vaxtından əvvəl çürüməsi gələcəkdə daimi dişlərin düzgün çıxmasına mane ola bilər. İlk dişlər adətən 6–8 aylıq körpələrdə çıxır. Dişlər görünən kimi gündə iki dəfə – səhər və axşam fırçalanmalıdır. 1 yaşından sonra uşaqlar üçün nəzərdə tutulmuş uşaq diş fırçası ilə dişlər və dil yumşaq şəkildə təmizlənməlidir. Fırçanı hər 3 ayda bir dəyişmək məsləhət görülür. Diş macunu seçimində diqqətli olmaq lazımdır, 3 yaşına qədər uşaq ağızını yaxşı çalxalama bacarığı qazanana qədər kiçik miqdarda diş macunu istifadə etmək kifayətdir. Uşaq butulkası ilə yatmaq və içərisində şəkərli içkilərin qalması “butulka çürüyü”nə səbəb ola bilər. Bu səbəbdən yatmazdan əvvəl körpəyə yalnız su verilməsi tövsiyə olunur. Diş həkimi ilə ilk görüş adətən 2 yaşına qədər, sonra isə hər 6 ayda bir aparılmalıdır. Qeyd: Uşaqlarda diş həkimi qorxusunun yaranmaması üçün valideynlər diş həkimi barədə müsbət mesajlar verməlidirlər.





















