Gəncədə evdə yanğın: zəhərlənənlər var
Gəncədə evdə yanğın baş verib. Mediaxeberleri.Az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin qəsəbələrindən birində qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı 2004-cü il təvəllüdlü Gülər Nəbiyeva və 1989-cu il təvəllüdlü Nümət Mövsümov tüstüdən zəhərlənib. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın söndürənləri cəlb olunub. Alovun söndürülməsi istiqamətində iş aparılır.
Oxunub: 28
Xəbəri paylaş
Paylaş:





















