Gəncədə tələbə qızlar dəm qazından zəhərləndilər
Gəncədə zəhərlənmə hadisəsi baş verib. Mediaxeberleri.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal onlara yardım edilib, hazırda vəziyyətlərinin kafi olduğu bildirilir. Məlumata görə, hər 3 şəxs Zaqatala rayon sakinidir, onların tələbə olduqları bildirilir. Zəhərlənən şəxslər yaşadıqları evdə dəm qazından zəhərləniblər. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 44
Xəbəri paylaş
Paylaş:





















