Xırdalanda nazirlik əməkdaşları alpinist ləvazimatı ilə mənzilə girdilər - Azyaşlının xilasedilmə GÖRÜNTÜLƏRİ
Abşeron rayonunun Xırdalan şəhərində xilasedicilərin operativ müdaxiləsi sayəsində faciənin qarşısı alınıb. Mediaxeberleri.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, qurumun "112" qaynar telefon xəttinə yaşayış binasında 2022-ci il təvəllüdlü azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması ilə bağlı məlumat daxil olub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları dərhal hadisə yerinə yollanıblar. Xilasedicilər alpinist ləvazimatlarından istifadə edərək 12 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsinə qalxıblar. Eyvandan mənzilə daxil olan xilasetmə qrupu giriş qapısını açaraq azyaşlını valideynlərinə sağ-salamat təhvil veriblər.
Oxunub: 27
Xəbəri paylaş
Paylaş:





















