Bakıda atanın qızını cinsi zorakılıqla hədələdiyi iddia olunur - Polis araşdırmaya başladı
Bakı şəhəri, Sabunçu rayonunda atanın qız övladını cinsi zorakılıqla hədələdiyi iddia olunub. Mediaxeberleri.Az xəbər verir ki, sözügedən iddia ilə bağlı ana "Qadın Dəstək Xətti"nə zəng edərək müraciət edib. Ana bildirib ki, özü və üç azyaşlı övladı həyat yoldaşı tərəfindən davamlı olaraq məişət zorakılığı və ölüm təhdidlərinə məruz qalır: "Narkotik maddə təsiri altında olan ata ailə üzvlərini, o cümlədən azyaşlı qız övladını cinsi zorakılıq edəcəyi ilə hədələyir, onu məktəb yaxınlığında izləyir və tapacağını bildirir. Bu şəxs doğma atadır, bununla bağlı qaynar xəttə müvafiq materiallarda təqdim edilib". Sözügedən şəxs əvvəllər narkotik maddə istifadəsinə görə həbs olunub, bir müddət əvvəl azadlığa buraxılıb. Mediaxeberleri.Az-ın məlumatına görə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, iddiaların təfərrüatı ilə bağlı aidiyyəti üzrə ərazi polis idarəsində araşdırma aparılır: "Həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcək".





















