Gənc oğlan pnevmoniyadan vəfat edib
Gəncədə gənc oğlan pnevmoniyadan vəfat edib. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata əsasən, 2004-cü il təvəllüdlü Əli Cəfərov pnevmoniyadan vəfat edib. O, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinorejissorluq fakültəsini bitirib. Qeyd edək ki, Əli Cəfərov Gəncə Dövlət Milli Dram Teatrının quruluşçu rəssamı Vahab Cəfərovun oğludur.
Oxunub: 48
Xəbəri paylaş
Paylaş:





















