Tovuzda QƏZA: Ölən var
Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az xəbər verir ki, Mürvət Azad oğlu Həsənovun sürücülük hüququ olmadan idarə etdiyi VAZ-2106 markalı minik avtomobili Tovuz rayonu Aşırallar kəndi ərazisində aşıb. Sürücü hadisə nəticəsində aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Oxunub: 76
Xəbəri paylaş
Paylaş:





















