“Sənsiz hər gecəni üşüyürəm mən” - Cavid Musanın şeirləri
Mediaxeberleri.Az informasiya portalı gənc şair Cavid Musanın şeirlərini təqdim edir: .............. ..... ..... ...... ..... Sənsiz hər gecəni üşüyürəm mən Kimsəsiz olanın ocağı olmur. Hirsimdən dünyanın üstünə cumum?! Dünyanın da ucu - bucağı olmur. Ən nikbin sevdalar gözlərdə olur, günahsızdır bütün səssiz baxışlar. Ən böyük ağrılar sözlərdə olur, xoş sözlərim üçün məni bağışla. Kölgə kirpiklərin hər gecə şəbnəm Gözlərin görmədi parlaq günəşi. Bir gözündə kədər, bir gözündə nəm. Çəkdi düz ürəyinə dağ günəşin. .......... .......... ........... Hamının arxasıyca birisi gəlir, Mənim arxamca gələn kölgədir. O da, işıqlı günlərin yoldaşlığıdır, Qaranlıq yerlərdə tərk edir məni. Yenə yalnızlığa bürünür ruhum, Yenə dərdlərim məni təkləyir, Bağırır üstümə elə kükrəyir. Yapışır əlləri çiyinlərimdən, Hey özünə tərəf əymək istəyir. Dərdlərim əynimdə bir nimdaş kimi, Boynumdan asılıb ağır daş kimi. Allahım içimdən bir dua keçir, Axı niyə balaca dünya yaratdın?! Ruhum yer tapmır dolaşmaq üçün. Bezmişəm dərdlərin köhnələrindən, Təzə dərd ver mənə savaşmaq üçün. ............ ........... .......... ............ Bulaqlar iki cür olur dədəmin oğlu. Biri sellər kimi çağlayır elə. Biri göz yaşı kimi ağlayır elə. Heç bir bulağa bənzəmirəm mən, Əsrlərdən bu günə axdım eləcə, Əyilib gözümdən su içənlərin, gözlərinin içinə baxdım eləcə. Səssizcə pıçıldadım qulaqlarına Tanıdınmı məni deyə soruşdum? İlahi, sular da gülə bilərmiş. Dedi, pürrəngi çay verim sənə. Su ömrümdən pay verim sənə. Dağların başından hay verim sənə. Çalış sən də heç vaxt quruma balam! Səsin, sorağın gəlsin həmişə. Düşmə, düşmənin toruna balam! Boyuna qurban olum, azarını alım!





















