14 yaşlı oğlan 15 yaşı oğlanı qız üstündə öldürübmüş...
Yasamal rayonunda baş verən qətl hadisəsi ilə bağlı yeni detallar üzə çıxıb. Mediaxeberleri.Az Globalinfo.az-a istinadla xəbər verir ki, mübahisəyə səbəb qız üstündə yaranan anlaşılmazlıq səbəb olub. Mübahisə qısa zamanda nəzarətdən çıxıb və nəticədə 2010-cu il təvəllüdlü H.Mirzəyev qətlə yetirilib. Hazırda hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparır. Qeyd edək ki, hadisə noyabrın 17-də gecə saatlarında paytaxtın Yasamal rayonu ərazisində baş verib. 2010-cu il təvəllüdlü H.Mirzəyev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, həkimlərin bütün müdaxilələrinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. DİN-in Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 2011-ci il təvəllüdlü Ə.Novruzlu saxlanılıb.





















