"Mersedes"lə "QAZel" toqquşdu, biri yandı
Göyçay rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Mediaxeberleri.Az Oxu.az-a istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Şəhər sakini, 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi "Mersedes" və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi "QAZel" markalı avtomobillər toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb. Qəza zamanı "QAZel"də baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.
Oxunub: 32
Xəbəri paylaş
Paylaş:





















