Ağstafanın sabiq icra başçısı vəfat etdi - FOTO
Mediaxeberleri.Az xəbər verir ki, 64 yaşlı keçmiş məmur onkoloji xəstəlik səbəbindən dünyasını dəyişib. Ayvazalı Həmid oğlu Orucov 1961-ci il martın 11-də Qazax rayonunun Qaçaq Kərəm kəndində anadan olub. 1968–1978-ci illərdə Ağstafa şəhər 24 saylı Dəmir Yol Məktəbində (indiki 3 saylı tam orta məktəb) təhsil alıb, daha sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna (indiki İnşaat və Memarlıq Universiteti) daxil olub və 1983-cü ildə həmin ali məktəbi bitirib. 1980-ci illərin sonlarından ölkədə baş verən siyasi proseslərə biganə qalmayan Ayvazalı Orucov 1988-ci ildən Milli Azadlıq Hərəkatına qoşulub. O, meydan hərəkatının fəal üzvlərindən biri kimi Azərbaycanın dövlət müstəqilliyinin bərpasında və milli idealların reallaşmasında mühüm rol oynayıb. Ayvazalı bəy Ermənistanın təcavüzünə qarşı silahlı müqavimət hərəkatında da yaxından və bilavasitə iştirak edib. Müstəqillik əldə edildikdən sonra, 1992–1993-cü illərdə o, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Ayvazalı Orucov fəaliyyət dövründə prinsipiallığı, vətənpərvərliyi və sadəliyi ilə tanınıb. Vəfat etməsi səbəbi xərçəng xəstəliyi ilə bağlıdır. Ailəli idi, dörd övladı, üç qızı və bir oğlu var. Allah rəhmət eləsin.Milli Azadlıq Hərəkatının fəal iştirakçılarından biri, mərhum prezident Əbülfəz Elçibəyin hakimiyyəti dövründə Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Ayvazalı Həmid oğlu Orucov dünyasını dəyişib.