Dörd il əvvəl qardaşı, indi isə özü qəzada öldü - Foto
Oktyabrın 4-də İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində BMV və “Mersedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində hər iki sürücü ölüb. Mediaxeberleri.Az Unikal.az-a istinadən xəbər verir ki, qəza nəticəsində “Mercsdes”in sürücüsü Rəşad Ələsgərov hadisə yerində həyatını itirib. Əslən Kəlbəcər rayonundan olan R.Ələsgərov Oğuzda yaşayırdı. Mərhumun qardaşı da yol qəzasında ölüb. Belə ki, 2021-ci ildə 26 yaşlı Mehman Ələsgərov avtomobilin yolun kənarındakı ağaca çırpılması nəticəsində dünyasını dəyişib.
Oxunub: 156
Xəbəri paylaş
Paylaş: