Uşağın çantasında partlayan smartfon məktəbdə güclü yanğına səbəb oldu
Rusiyanın Vladivostok şəhərində məktəblilərdən birinin çantasında smartfonun partlaması nəticəsində təhsil müəssisəsində güclü yanğın baş verib. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə məlumatı Primorye diyarı üzrə Fövqəladə Hallar Nazirliyi yayıb. Hadisə ilə əlaqədar məktəbdən 570-dən çox insan təxliyə olunub. İlkin məlumatlara görə, yanğın soyunub-geyinmə otağında başlayıb. Uşaqlar həmin vaxt idman dərsində olduqları üçün xəsarət alan olmayıb. "Uşağım deyir ki, onları tüstünün içindən keçirərək çıxarıblar, ona görə də bir az tüstü udublar. Telefon haqqında sinif yoldaşları danışıblar, bir versiya da var ki, çantada poverbank olub", - deyə şagirdlərdən birinin anası yerli jurnalistlərə bildirib. Yanğınsöndürənlər gələnə qədər otaq tamamilə yanıb.