İmişlidə toyda zəhərlənənlərin sayı 50 nəfəri ÖTDÜ - Prokurorluq ARAŞDIRMALARA BAŞLADI
Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən cavab olaraq bildirilib. Zəhərlənmənin səbəbini müəyyənləşdirmək məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının iştirakı ilə evdəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin olunub, zəruri prosessual hərəkətlər icra edilib. Hazırda zərərçəkənlərin müalicəsi davam etdirilir.
Oxunub: 69
Xəbəri paylaş
Paylaş: