Gədəbəydə müəllimləri daşıyan mikroavtobus aşıb, 16 nəfər xəsarət alıb
Sentyabrın 24-də saat 08:15 radələrində Gədəbəy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 16 nəfər (qadın cinsli) müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub. TƏBİB-dən verilən məlumata görə, bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları ilə 3 nəfər Gəncə Şəhər Birləşmiş Xəstəxanasına və 13 nəfər isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunublar. Zəruri tibbi yardım göstərilən 3 nəfər ambulator müalicə üçün evə buraxılıb. Müalicəsi tibb müəssisələrində davam etdirilən pasiyentlərdən 10 nəfərin vəziyyəti stabil, 3 nəfərin vəziyyəti isə orta ağır olaraq qiymətləndirilir.
Oxunub: 52
Xəbəri paylaş
Paylaş: