Naxçıvanda istirahət mərkəzində bədbəxt hadisə baş verib: ölənlər və yaralananlar var - FOTO
Naxçıvanda bədbəxt hadisə baş verib.
Hadisə bu gecə Şahbuz rayonu Ayrınc kəndi ərazisində qeydə alınıb.
İstirahət mərkəzlərinin birində gölməçə üzərində olan platformanın aşması nəticəsində iki nəfər ölüb. Hadisə zamanı xəsarət alanlardan biri isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Onların bir ailənin üzvləri olduğu bildirilir.
Hadisədən sonra təcili tibbi yardım avtomobili ilə birgə xəstəxanaya yollanan ailə üzvləri isə yolda qəzaya düşüb. Yol qəzası zamanı Naxçıvan şəhər sakinləri, 1983-cü il təvəllüdlü Hüseynov Tural Əli oğlu və onun oğlu, 2007-ci il təvəllüdlü Hüseynov Nicat Tural oğlu xəsarət alıblar. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Hər iki faktla bağlı araşdırma aparılır.
Oxunub: 66
Xəbəri paylaş
Paylaş: