Bakıda yanğın: zəhərlənən var
Bakıda yanğın olub, bir nəfər tüstüdən zəhərlənib. Bu barədə Mediaxeberleri.Az-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Nizami rayonunda ümumi sahəsi 550 m² olan birmərtəbəli obyektin dam örtüyünün taxta atmaları 15 m² sahədə və 1 otağına yığılan mallar 5 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxunub: 63
Xəbəri paylaş
Paylaş: