Mediaxeberleri.az
    
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
  • 
  • Kiçik pomidorlarda böyük təhlükə!
    Kiçik pomidorlarda böyük təhlükə!
  • 
  • Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
    Türkiyə Fələstin prezidentinin yunanlarla qucaqlaşmasına niyə səssiz qalır?
  • 
  • "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
    "Büdcədən pul ayrılıb və o pul yeyilib" - ETİRAZ VAR!
  • 
  • Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
    Azərbaycan öz addımlarını bu güclərin mövqeyi ilə uyğunlaşdırmaq məcburiyyətindədir...
  • 
  • "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
    "Məğlubiyyətin məsuliyyətini mən daşıyıram" - Dambrauskas
  • 
  • "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
    "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü - Foto
  • 
  • Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
    Son 120 ilin ən uğurlu layihəsi Bakıda… - İnfantino
  • 
  • Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
    Bulvar dənizdən 30 kilometr aralı qala bilər - Foto
  • 
  • VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
    VƏZİFƏLİ ŞƏXSLƏRİN GİZLİ BİZNESLƏRİ... – Yeni qanun nəyi dəyişəcək?
  • 
  • Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu
    Masaj salonunun sahibəsindən 30 min tələb etdi: hökm oxundu

Son xəbərlər :
  • “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
  • Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
  • Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
  • Hörmüzdə daha bir tanker minaya düşdü
  • Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
  • Fransa Türkiyəni məğlub etdi
  • Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
  • Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
  • Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
  • Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
  • Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
  • “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
  • Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
  • Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
  • Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
  • Həftənin ilk iş günü qar yağacaq
  • Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
  • Azərbaycanda həkim vəfat etdi
  • Bu dəfə general qızı onu məhkəməyə verdi
  • Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Cəmiyyətdən sərt təpki: "Uşaqlar sosial media qurbanına çevrilirlər"

  • Tarix: 23-08-2025, 15:04

Son günlər azyaşlı uşaqların iştirak etdiyi və onların yaşına uyğun olmayan məzmunlu videoların müxtəlif platformalarda sürətlə paylaşılması geniş rezonansa səbəb olub.

Mediaxeberleri.Az-ın məlumatına görə, bu videogörüntülərdə uşaqların sosial media baxış sayı və bəyənmələri naminə bir növ "istismar" olunduğu açıq-aşkar görünür.

Kadrlarda uşaqların rəqs etmək adı ilə heç bir rəqs hərəkətlərinə uyğun olmayan bayağı hərəkətləri, yaşlarına uyğun olmayan dialoqlarda iştirak etmələri və bu məzmunun gülüş və əyləncə adı altında təqdim olunması ciddi suallar doğurur.

Uşaq hüquqları üzrə mütəxəssislər bildirirlər ki, uşaqların bu şəkildə ictimai rəyə təqdim olunması, onların şəxsi sərhədlərinin pozulması və yetkinlik yaşına çatmamış fərdlərin sosial şəbəkə trendləri uğrunda alətə çevrilməsi narahatedici hal kimi qiymətləndirilir.

Məsələyə hüquqi prizmadan yanaşdıqda uşaqların iştirakı ilə yayımlanan bu cür videolar bir sıra qanunvericilik aktlarının pozulması deməkdir.


Mediaxeberleri.Az.ın məlumatına görə hüquqşünas Emil Aslanov Oxu.Az-a açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqlar onların həyatına, sağlamlığına və mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilə bilməzlər.

"15 yaşına çatmamış uşaqlar onların təhsilinə, yaşayış tərzinə və sağlamlığına təsir edə biləcək işlərlə məşğul ola bilməzlər. Bundan əlavə, Konstitusiyaya və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq 15 yaşına çatmamış şəxslərlə əmək müqaviləsi bağlana bilməz və hansısa əməyə cəlb edilə bilməzlər.

Bu səbəbdən də, əgər 15 yaşına qədər olan uşaqlar hansısa əməyə cəlb ediliblərsə, bu hallarda vəzifəli şəxslər 1000 manatdan 1 500 manata qədər məbləğdə, hüquqi şəxslər isə 3 000 manatdan 5 000 manata qədər cərimə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulub.

Bundan başqa, 15 yaşından 18 yaşınadək olan uşaqlara isə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrinin yazılı razılığı da alınmalıdır. Yəni bu hallarda uşaq əgər hansısa əməyə cəlb edilirsə, o reklam olunur, hansısa bir, belə deyək, istifadə olunursa, burada artıq əməyə cəlb etmə gedir", - deyə hüquqşünas bildirib.

Mediaxeberleri.Az.ın məlumatına görə  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin əməkdaşı Bahar Həsənli isə Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sosial şəbəkələrdə azyaşlı uşaqların yaşına uyğun olmayan qeyri-etik rəqs görüntülərinin yayılması, uşaqların davranışında və düşüncə tərzində neqativ meyillərin formalaşması, cəmiyyətə düzgün olmayan mesajların verilməsi, eyni zamanda, görüntülərlə bağlı yazılan rəylər uşaqlarda travmaların yaranması ilə nəticələnir, bu isə onların hüquqlarının pozulmasına səbəb olur.

"Azərbaycan Respublikasının Qanunvericiliyində də bu məsələ öz əksini tapıb. Ailə Məcəlləsində valideynlərin uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıdığı, qeyd olunub. Əgər valideynlər öz hüquqlarını uşaqların mənafeyinə zidd həyata keçirirlərsə, uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirirlərsə, bu zaman İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyətə cəlb olunurlar. 1992-ci ildən Azərbaycanın qoşulduğu BMT-nin Uşaq Hüquqları Konvensiyası uşaqların istismarının və zorakılığın bütün formalarına qarşı beynəlxalq hüquqi baza yaradır. Uşaqların qeyri-münasib formada çəkilmiş foto və videolarının sosial mediada paylaşılması uşaq hüquqlarının kobud pozuntusu olmaqla yanaşı, həm də pedofiliya və uşaq istismarı hallarının artmasına şərait yaradır", - deyə Komitənin məlumatında bildirilir.

Mütəxəssislər bildirirlər sosial mediada populyarlıq qazanmaq naminə uşaqların hüquqlarını və mənəvi sağlamlığını təhlükəyə atmaq yolverilməzdir. Bu həm də onların gələcəkdə psixoloji problemlərlə üz-üzə qalmalarına yol aça bilər.

Mediaxeberleri.Az.ın məlumatına görə Ombudsman Aparatından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, uşaqların mənafelərinə uyğun olmayan paylaşım və fəaliyyətlər onların psixoloji inkişafına və təhlükəsizliyinə mənfi təsir göstərməklə yanaşı, şəxsi həyatın toxunulmazlığı prinsipini pozur və istismar riskini artırır:

"Sosial şəbəkələrdə uşaqlarla bağlı hər hansı materialın yayılmasından əvvəl bunun səbəb ola biləcəyi nəticəyə mütləq diqqət yetirilməli, uşağın şəxsi və ailə həyatına, şərəf və ləyaqətinə hörmət edilməlidir. Hazırlanan materialın məzmunu uşaqların hüquq və azadlıqlarına zidd olmamalı, onların qanuni mənafelərinə uyğun şəkildə istifadə edilməlidir. Bununla yanaşı, uşaqlar üçün təhlükəsiz olan, onların hərtərəfli inkişafını və sosiallaşmasını təmin edən informasiya məhsullarının dövriyyəsinə də şərait yaradılmalıdır".

Mediaxeberleri.Az.ın məlumatına görə Psixoloq Ruhiyyə Rüstəmova isə Oxu.Az-a açıqlamasında bildirib ki, sosial mediada uşaqlar gördükləri davranışları təqlid edir, bu da onların xarakterinin formalaşmasına təsir göstərir.

"Onlar izlədikləri kontentə görə davranışlarını dəyişir, bəzən özlərini dəyərsiz və ya dəyərli hiss edirlər. "Layk"lara və şərhlərə asılılıq, uşaqlarda emosional zəiflik və özünəinam problemləri yarada bilər. Valideynlər uşaqların sosial mediadan təhlükəsiz və düzgün istifadə etməsi üçün onlara nəzarət etməli, düzgün məlumat verməli və səhifə istifadəsini məhdudlaşdırmalıdırlar. Uşaqların şəxsiyyət kimi dəyərləndirilməsi, emosional və sosial inkişaflarının qorunması önəmlidir. Sosial mediada uşaqların qorunması üçün təhlükəsizlik alətləri aktiv istifadə olunmalıdır", - deyə psixoloq bildirib.


Oxunub: 503
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 07:44 | “Başı ağrıyırmış, bacısına deyib hamama gedib” - VİDEO
    Bu gün, 07:42 | Pul axını başladı: Bu həftə varlanacaq BÜRCLƏR
    Bu gün, 07:38 | Millətlər Liqası: Türkiyə Fransaya məğlub oldu
    Bu gün, 07:36 | Hörmüzdə daha bir tanker minaya düşdü
    Bu gün, 02:06 | Ağstafada sursatın partlaması nəticəsində həlak olan şəxsin FOTOSU
    Bu gün, 01:53 | Fransa Türkiyəni məğlub etdi
    Bu gün, 00:00 | Bakıda yaşayış binasının zirzəmisi çirkab içindədir: "İllərdir bu vəziyyətdəyik" - Video
    Dünən, 20:43 | Niyazi Bayramov YOL ÜSTÜNDƏ - İLK "ATƏŞİ" DEPUTAT AÇDI
    Dünən, 20:05 | Ağstafada partlayış nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlandı
    Dünən, 18:30 | Küləyin sürəti 27 m/s-ə çatıb - Faktiki hava
    Dünən, 17:50 | Milli Qəhrəman Ehtiram Əliyevlə vida mərasimi keçirilməyəcək: Dəfnin vaxtı və yeri açıqlandı
    Dünən, 17:10 | “Ağstafa Gəncləri” və “Marafon”dan darmadağın - VİDEO
    Dünən, 16:37 | Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib - Foto
    Dünən, 15:36 | Arif Mirzəyevin nəşi Azərbaycana gətirildi
    Dünən, 14:37 | Qazaxda yaşayış evinin həyətyanı sahəsində yanğın - Video
    Dünən, 14:02 | Həftənin ilk iş günü qar yağacaq
    Dünən, 14:00 | Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
    Dünən, 13:59 | Azərbaycanda həkim vəfat etdi
    Dünən, 13:42 | Bu dəfə general qızı onu məhkəməyə verdi
    Dünən, 13:39 | Rusiyada benzin böhranı: Məhdudiyyətlər başlayır
    Dünən, 13:38 | Bu binalara istilik verilməyəcək
    Dünən, 12:51 | "Mahal MTK"da rüşvət və özbaşınalıq -Müştəriləri belə aldadırlar
    Dünən, 12:48 | Azərbaycanlıların olduğu daha bir gəmi dron hücumuna məruz qaldı
    Dünən, 12:47 | Sabahın hava proqnozu açıqlandı
    Dünən, 12:38 | Bakı şəhərinin Sulutəpə dairəsində səkilər zəbt edilib - sakinlər şikayətçidi
    Dünən, 12:28 | Avropa lideri Ukraynanı NATO-ya dəvət etdi
    Dünən, 12:26 | "Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
    Dünən, 12:25 | Bakıda universitet yataqxanasında tələbə qızın meyiti tapıldı
    Dünən, 12:22 | Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...
    Dünən, 12:18 | "Facebook" istifadəçilərinin gizli fotolarına daxil olub? - "Meta"ya 805 milyon avroluq cərimə
    Dünən, 12:15 | Ölüm saçan döşəklər: Yeddi nəfər həyatını itirib, 35 nəfər ağır xəsarət alıb
    Dünən, 12:11 | Rəşad Məcidə ağır itki
    Dünən, 11:16 | Rusiyanın nəhəng neft-kimya zavodu vuruldu - Video
    Dünən, 11:13 | Millətlər Liqası: Türkiyə üçün növbəti çətin sınaq
    Dünən, 11:10 | Azərbaycan XİN: Fələstin xalqını və hökumətini Milli Günü münasibətilə səmimi-qəlbdən təbrik edirik
    Dünən, 10:51 | Rəşad Məcidə AĞIR İTKİ
    Dünən, 10:49 | Tikintiyə icazə prosedurları sadələşdirilir - VİDEO
    Dünən, 10:48 | Hüseyn Abdullayevin anası: “Şikayət ərizəmizi geri götürmüşük, cənab Prezidentdən kömək istəyirik”
    Dünən, 10:46 | Tanınmış aparıcı Xəzər TV-dən getdi
    Dünən, 09:55 | Əgər Rusiya bunu işə salarsa, ciddi problem yaranacaq
    Dünən, 09:53 | Millətlər Liqası: Portuqaliya ağır məğlubiyyət aldı
    Dünən, 09:52 | Ət yeməyənlərdə xərçəng riski daha azdır - Diqqət!
    14-11-2026, 20:26 | İran Qeşm üzərində ABŞ PUA-sını məhv etdi
    14-11-2026, 19:45 | AzTV-nin sabiq idarə rəisi vəfat etdi
    14-11-2026, 19:43 | Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər
    14-11-2026, 19:42 | Küləkli hava şəraiti ilə bağlı müraciət edildi
    14-11-2026, 19:41 | Avtobusda sərnişini talan edən şəxs saxlanıldı
    14-11-2026, 19:39 | Azərbaycan nefti ucuzlaşdı
    14-11-2026, 19:06 | Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi
    14-11-2026, 19:04 | Həbsdəki jurnalist əməliyyat olunub
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.