Qazaxın kəndləri sabah qazsız qalacaq
Qazax rayonunun bir neçə kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Mediaxeberleri.Az xəbər verir ki, iyulun 17-i saat 10:00-dan etibarən işlər başa çatanadək Daş Salahlı, Bala Çaylı, Çaylı, Ülkməzli, Dəmirçilər, Alpoud, Abbasbəyli, Fərəhli, Quşçu Ayrım və Məzəm kəndlərinin qaz təchizatı dayandırılacaq. Ümumən 4 100 abonent bu fasilədən təsirlənəcək. Qurumdan bildirilib ki, işlər başa çatdıqdan sonra qaz təchizatı bərpa olunacaq. p
Oxunub: 119
Xəbəri paylaş
Paylaş: