Sumqayıtda kişi öldürüldü, qızı bıçaqlandı - Kürəkən tutuldu - YENİLƏNDİ
İyulun 12-də gecə saat 3 radələrində Sumqayıt şəhəri ərazisində 1970-ci il təvəllüdlü Arif Bağıyevin öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 1998-ci il təvəllüdlü Nurulla Mərdanovun Sumqayıt şəhəri 2-ci mikrorayon ərazisində aralarında yaranmış mübahisə zamanı qayınatası Arif Bağıyevə bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nurulla Mərdanov iş üzrə şübhəli şəxs qismində tutulub. İbtidai istintaq davam etdirilir. *** 09:36 Sumqayıtda 55 yaşlı kişi qətlə yetirilib. Hadisə şəhərin 2-ci mikrorayon ərazisində baş verib. 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqla qətlə yetirilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, A.Bağıyevin kürəkəni Nurullah Mərdanov saxlanılıb. Məlumata görə, N.Mərdanov qayınatasını qətlə yetirməzdən əvvəl həyat yoldaşını da bıçaqlayıb. Faktla bağlı araşdırmalar davam etdirilir.