Mediaxeberleri.az
    
  • İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
    İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış oldu - Foto/Yeniləndi
  • 
  • Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
    Azər Qasımovun qardaşı 200 mini ödəmir - Həbsi tələb edildi
  • 
  • Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
    Baş prokuror: "Cinayətlərin təxminən 40-50 faizi yeni informasiya texnologiyalarından istifadə edilməklə törədilir"
  • 
  • MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
    MİNİMUM ƏMƏKHAQQI 700 MANAT OLACAQ? - Ekspert gözləntiləri AÇIQLADI
  • 
  • Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
    Bu şəxslər işdən çıxarıla bilməyəcək – YENİ TƏMİNATLAR
  • 
  • "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
    "Cənnətin iqamətgahı” filminin premyerası keçirilib
  • 
  • Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
    Azərbaycan mədəniyyəti Tbilisoba festivalında
  • 
  • “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
    “İRANIN TƏSİR İMKANLARI SIFIRA BƏRABƏRDİR...” - "Azərbaycan və ABŞ mövqeyini sərtləşdirə bilər"
  • 
  • MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
    MUSTAFAYEV MƏNİMSƏDİYİ 12 MİLYONU NEYNƏYİB? - Oğlu əmlakları barədə ifadə verdi
  • 
  • Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
    Qazaxda daha dörd küçənin işıqlandırılması təmin edilib
  • 
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ
    Dövlətçilik tariximizdə dönüş nöqtəsi - MƏQALƏ

Son xəbərlər :
  • Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
  • AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
  • Dollar alıb-satanlara vacib xəbər...
  • Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
  • Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
  • Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
  • Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
  • Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
  • Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
  • Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
  • Həsrət Cəfərov DÇ-də medalsız qaldı
  • Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
  • Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
  • Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
  • TƏBİB Bahadur Rzayevə həvalə olundu
  • Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
  • Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
  • Həkəri çayı üzərində su anbarı tikiləcək
  • Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
  • Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

YEKATERİNBURQ DƏHŞƏTİ: Şovinizm, milli ayrı-seçkilik Rusiyanın dövlət siyasətinə çevrilir

  • Tarix: 30-06-2025, 09:45

Son dövrlər Rusiya daxilində baş verən ictimai-siyasi hadisələr, bu ölkədə dövlət səviyyəsində aparılan irqçi və şovinist siyasətin nəinki dərinləşdiyini, hətta ifrat formaya keçdiyini bütün çılpaqlığı ilə göstərir. Kreml daxili narazılığı boğmaq və totalitar nəzarəti möhkəmləndirmək üçün qeyri-rus xalqları və miqrantları hədəf seçərək onları günah keçisi rolunda təqdim edir. Rəsmi Moskvanın “xarici düşmən” mifologiyasını canfəşanlıqla diriltməsi, əslində, sistemli repressiya maşınının miqrantlara, etnik azlıqlara və fərqli düşünən hər kəsə qarşı yönəldiyini gizlətmək cəhdidir. Artıq bu basqılar fərdi hallarla məhdudlaşmır – etnik ayrı-seçkilik, zorakılıq və məcburi səfərbərlik kimi cinayət xarakterli siyasətlər dövlətin ideoloji dayağına çevrilib. Rusiya hakimiyyəti, açıq şəkildə, çoxmillətli cəmiyyət modelini dağıdaraq, monoetnik və aqressiv imperiya xülyasını reallaşdırmağa çalışır.

Vüqar İskəndərov: Azərbaycan-Özbəkistan münasibətləri yüksək səviyyədədir

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, deputat Vüqar İskəndərov APA-ya açıqlamasında qeyd edib ki, Rusiyada ultramillətçilik və qorxu siyasəti dövlətin rəsmi alətinə çevrilir.

“Böyük imperiyalar ya böyüməlidir, ya da kiçilib dağılmalıdır. Təəssüflər olsun ki, bu gün dünyada məhz dediyimiz bu məsələlərin şahidi oluruq. Baş verən hadisələr bir daha göstərir ki, bu gün qanun aliliyi deyil, gücün qanunlar üzərində hökmü hər kəsə açıq-aşkar nümayiş etdirilir. Rusiyada baş verən son hadisə və onun doğurduğu rezonans deməyə əsas verir ki, bu ölkədə zaman-zaman ultramillətçilik və fobiya siyasi alət kimi istifadə olunur. Müəyyən dairələr tərəfindən komandalar verilir və həmin şəxslər dövlətin açıq şəkildə ifadə etmədiyi, lakin sifariş verdiyi tezisləri cəmiyyətə sırımağa çalışırlar. Hazırda Rusiyanın düşdüyü çətin vəziyyət, müharibənin yaratdığı psixoloji gərginlik və cəmiyyətdəki sarsıntı demək olar ki, federasiyanın bütün bölgələrinə yayılıb. Bu isə əhali arasında bir psixoz yaradıb. Həmin psixozun qarşısını almaq üçün isə müvəqqəti olaraq ultramillətçilik “rusiyalı ruslar” üçün daxili düşmən axtarışı ilə əvəz olunub. Bu mənzərə hazırda açıq-aşkar şəkildə görünməkdədir.”

Ceyhun Məmmədov: Ermənistanın təxribatları Qarabağ və Şərqi Zəngəzurdakı  layihələrin qarşısını ala bilməz

Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü, Milli Məclisin Deputatı Ceyhun Məmmədov isə APA-ya açıqlamasında bildirib ki, miqrantlara, xüsusilə azərbaycanlılara qarşı Rusiya rəsmilərinin ayrı-seçkiliyi açıq-aydın görünür.

“Rusiya hüquq-mühafizə orqanlarının vəhşiliyinə məruz qalan şəxslərin verdikləri ifadələr bir daha təsdiqləyir ki, miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı ciddi ayrı-seçkilik və xoşagəlməz münasibət mövcuddur. Rusiya tərəfi bu kimi hallar və proseslərin qarşısını almalı, gələcəkdə belə hadisələrin baş verməməsi üçün qəti tədbirlər görməlidir. Əks halda, bu cür hallar xalqlar arasında etimada ağır zərbə vuracaq, nifrət və qarşıdurmanı daha da artıracaq və nəticədə ciddi problemlərə yol açacaq. Belə addımlara və bu cür təhlükəli meyillərə dərhal son qoyulmalıdır”.

Repressiv dövlət maşını və milli təqib dalğası

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO

Rusiyanın müxtəlif regionlarında, xüsusilə də böyük şəhərlərində qeyri-rus mənşəli vətəndaşlara, o cümlədən Azərbaycan əsilli insanlara qarşı basqılar sürətlə artır. Ötən gün Yekaterinburqda FSB tərəfindən azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilmiş xüsusi əməliyyat zamanı iki nəfərin amansızcasına qətlə yetirilməsi, 9 nəfərin isə həbs olunması ölkədə hüququn deyil, etnik nifrətin hökm sürdüyünü göstərir. Əməliyyatın detalları ilə bağlı heç bir şəffaflıq təmin olunmadan, hüquq-mühafizə orqanlarının özbaşınalığı dövlət siyasətinə çevrilib.

Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyanat yayıb. Bəyanatda rəsmi Bakı Rusiyadan azərbaycanlıların Yekaterinburqda qətlinin araşdırılmasını və günahkarların cəzalandırılmasını tələb edib.

“İyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqını nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri nəticəsində yaralanması, habelə 9 nəfərin saxlanması ilə bağlı dərin narahatlığımızı bildiririk. Rusiya tərəfindən məsələ ilə bağlı təxirəsalınmaz araşdırılma aparılmasını və bu qəbuledilməz zorakılığı törədənlərin qısa müddət ərzində məsuliyyətə cəlb edilməsini gözləyirik", deyə bəyanatda vurğulanıb.

Yekaterinburqda işgəncələrə məruz qalan Vüqar Səfərov: “QAZel”in içindəki palçığı bizə yedizdirmək istəyirdilər - FOTO

Vüqar İsgəndərovun sözlərinə görə, Yekaterinburqda soydaşlarımıza qarşı törədilən vəhşilik bir daha sübut edir ki, Rusiyada hüquq deyil, qorxu və qərəz hökmranlıq edir.

“Rusiyada yaşayan, əksəriyyəti də bu ölkənin vətəndaşı olan soydaşlarımıza qarşı Yekaterinburqda baş verən bu qəddar hadisə deyilənlərə bariz nümunədir. 25 il əvvəl hər hansı bir cinayətə görə səhərə yaxın, insanların yatdığı vaxt evlərinə vəhşicəsinə girilərək qəddarlıq nümayiş etdirilməsi, insanlara işgəncə verilərək öldürülməsi artıq müasir dövrdə ən geri qalmış ölkələrdə belə baş vermir. Lakin bu cür hadisənin Rusiyada baş verməsi və onun xüsusi qəddarlıqla, fobiya mühitində müəyyən dairələr tərəfindən idarə olunması ciddi şübhələr yaradır. Biz inanmaq istəyirik ki, Rusiya dövləti bununla bağlı ölçü götürəcək və bu cinayətdə əli olan, bu vəhşiliyi həyata keçirən hər bir şəxs barəsində ciddi hüquqi addımlar atılacaq. Hüquq-mühafizə orqanları onlara qarşı cinayət işi açacaq və bunun siyasi sifariş deyil, dövlətin ədalətli mövqeyi olduğunu nümayiş etdirəcək. Lakin təəssüf ki, hələlik baş verən hadisələr bunun əksini göstərir – sanki bütün bunlar müəyyən dairələrin sifarişi ilə həyata keçirilir və xüsusi qəddarlıq da məhz həmin sifarişin tərkib hissəsidir. Hüquq normalarına görə, əgər bir insan cinayət törədibsə, onun cəzasını yalnız məhkəmə verməlidir. Heç bir polis və hüquq-mühafizə orqanı insanlara işgəncə verməyə, onları öldürməyə ixtiyar sahibi deyil. Belə halların qarşısı Rusiyada təxirəsalınmaz şəkildə alınmalıdır.”

Ceyhun Məmmədov qeyd edib ki, son olaylar göstərir ki, Rusiyada miqrantlara, xüsusilə azərbaycanlılara qarşı artan təzyiqlər təkcə insan haqlarının pozulması deyil, həm də ikitərəfli münasibətləri sarsıdan təhlükəli və sistematik bir siyasətin bariz göstəricisinə çevrilib.

“Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, son vaxtlar Rusiyada miqrantlara, xüsusilə də azərbaycanlılara qarşı təzyiqlər və repressiv tədbirlərin sayı artmaqdadır. Dünən baş verən hadisə isə bu tendensiyanın nə qədər təhlükəli və narahatedici xarakter aldığını bir daha ortaya qoyur. Azərbaycan vətəndaşlarına qarşı bu cür münasibət təkcə insan haqlarına zidd deyil, eyni zamanda iki ölkə arasındakı münasibətlərə də ciddi zərbə vurur. Hazırda demək olar ki, Rusiyanın Avropa ölkələri ilə münasibətləri pozulmuş vəziyyətdədir. Kreml, az-çox münasibət saxladığı MDB respublikaları və onların xalqları ilə də əlaqələri risk altına atır. Görünən odur ki, Rusiya hakimiyyəti bu münasibətləri də məqsədli şəkildə sarsıtmaq niyyətindədir. Dünənki insident – iki azərbaycanlının qətlə yetirilməsi və doqquz nəfərin saxlanılması – vəziyyətin nə qədər təhlükəli həddə çatdığını göstərir.”

Miqrantlara qarşı şantaj və müharibəyə məcburi səfərbərlik

Russians who fled Putin's mobilization speak out - ABC News

Ukrayna müharibəsində ciddi insan resursu çatışmazlığı yaşayan Rusiya, bu boşluğu miqrantların hesabına doldurmağa çalışır. Lakin könüllülük prinsipi burada keçərli deyil – Kreml miqrantları törətmədikləri cinayətlərdə ittiham edərək, müxtəlif şantaj yolları ilə onların ailə üzvlərini təhdid edir və nəticədə yüzlərlə insan məcburiyyət qarşısında müharibəyə göndərilir. Bu, insan haqlarının və beynəlxalq humanitar hüququn açıq-aşkar pozuntusudur.

Rusiyanın bu siyasətinə dair fikir bildirən Vüqar iskəndərov deyib ki, Rusiyada əsgər çatışmazlığının miqrantlara qarşı zorakılıqla kompensasiya edilməsi, dövlət səviyyəsində sinofobiya və islamofobiyanın alətə çevrilməsi ölkəni içəridən çökdürən təhlükəli bir ideoloji iflasa işarədir: “Rusiyada hazırda əsgər çatışmazlığı müşahidə olunur, müharibəyə göndəriləcək insan tapmaq çətinləşib və bu çatışmazlıq miqrantların hesabına kompensasiya edilməyə çalışılır. Təzyiq aləti kimi bu gün Rusiya məhz miqrantlara, qeyri-rus millətlərə qarşı yönəlmiş zorakı üsullara əl atır. Zaman-zaman bu cür hadisələr törədilərək cəmiyyət bir növ “süni vətənpərvərlik” adı altında birləşdirilməyə cəhd edilir. Amma bu, yalnız müvəqqəti təsirə malikdir. Bu cür hadisələr – sinofobiya, islamofobiya və digər millətlərə qarşı qeyri-insani rəftar – cəmiyyətin parçalanmasına xidmət edir. Rusiya tərəfi bu təhlükəli tendensiyaları gözardı etməməli, ona qarşı qətiyyətli mövqe nümayiş etdirməlidir.”

Ceyhun Məmmədov isə qeyd edib ki, insan resursu tükənən Rusiya miqrantları təzyiq və şantajla müharibəyə sürükləyir və dünənki hadisə bu riyakar və qəddar siyasətin daha bir bariz nümunəsidir: “ Təəssüf ki, insan resursu çatışmazlığı yaşayan Rusiya, müxtəlif təzyiq və şantaj üsulları ilə miqrantları müharibəyə cəlb etməyə çalışır. Bu proses artıq sistematik xarakter alıb və dünənki hadisə bu siyasətin növbəti acı nümunəsidir.”

Kreml mediasının anti-Azərbaycan isteriyası

Solovyov anti-Azərbaycan təbliğatı ilə nəyə nail olmaq istəyir? – Rusiya  saytından etiraz

Moskvanın anti-Azərbaycan ritorikası təkcə hüquq-mühafizə orqanlarının hərəkətləri ilə məhdudlaşmır. Kremlə bağlı olan media ruporları – xüsusən də Solovyov kimi təxribatçı fiqurlar – Azərbaycana qarşı açıq şəkildə düşmənçilik mövqeyi sərgiləyirlər. Azərbaycanın ərazi bütövlüyünü hədəfə alan, regiondakı sabitliyi pozmağa yönəlmiş təxribatçı çağırışlar Rusiya mətbuatında sistemli şəkildə yer alır. Bu isə rəsmi Moskvanın Azərbaycanla münasibətləri pozmaq niyyətinin mərkəzində informasiya müharibəsinin dayandığını təsdiqləyir. Bir müddət əvvəl Azərbaycanın əsas informasiya resurslarına qarşı həyata keçirilən genişmiqyaslı kiberhücumların arxasında da Rusiya kəşfiyyat strukturlarının dayandığına dair güclü əsaslı şübhələr mövcuddur. Bu akt bir daha sübut edir ki, Rusiya yalnız fiziki zorakılıqla deyil, informasiya texnologiyaları vasitəsilə də Azərbaycana qarşı mübarizə aparır və bu mübarizəni dövlət strategiyası səviyyəsinə qaldırıb.

Vüqar İskəndərovun fikrincə Anti-Rusiya meyillərinin artması və Rusiyanın beynəlxalq aləmdə təklənməsi fonunda Rusiya sanki özünümüdafiə forması olaraq belə xoşagəlməz üsullara əl atır.

“Cəmiyyəti qorumaq adı ilə həyata keçirilən bu tədbirlərin əsas zərbəsi isə məhz Rusiyada yaşayan qeyri-rus millətlərə dəyir. Yekaterinburqda baş verən son hadisə bir daha göstərir ki, Rusiya federativ formatda belə ciddi hadisələrə çevik reaksiya verməlidir. Bu qatı cinayətdə əli olan bütün tərəflər məsuliyyətə cəlb edilməli, Rusiya dövləti Azərbaycan Xarici İşlər Nazirliyinin verdiyi notaya rəsmi cavab təqdim etməlidir. Təbii ki, Azərbaycanın regionda və qlobal səviyyədə artan gücü, sürətli inkişafı bəzi dairələri narahat edir və bu hadisələrdə həmin narahatlığın izləri görünməkdədir. Təəssüf ki, Rusiyada belə qüvvələrin sayı kifayət qədərdir. Onlar həm hakimiyyətə, həm də mediaya sızaraq zərərli ideologiyalarını yaymaqdadırlar. Azərbaycanın inkişafına qısqanclıqla yanaşan bu dairələr tərəfindən həyata keçirilən antihumanist addımlar həmin zəhərli ideoloji təsirlərin nəticəsidir”, - deyə o əlavə edib.

Fevralda Azərbaycan media resurslarına kiberhücum Rusiyadan təşkil edilib

Ceyhun Məmmədovun qənaətinə görə Rusiya rəsmiləri və mediasının Azərbaycana qarşı apardığı təxribat kampaniyası açıq şəkildə düşmənçilik mövqeyidir və bu, strateji tərəfdaşlıq anlayışına zərbə vuran siyasi riyakarlıqdan başqa bir şey deyil.

“Təəssüf ki, son vaxtlar Rusiyada – həm deputatlar, həm rəsmilər, həm də mətbuat orqanları tərəfindən – ölkəmizə qarşı təxribat xarakterli addımların və açıqlamaların sayı artır. Xüsusilə də Rusiya mediasında və Dövlət Dumasının bəzi deputatları tərəfindən Azərbaycana qarşı davamlı şəkildə sərt, radikal və böhtan xarakterli məlumatlar yayılır. Bu cür çıxışlar isə iki ölkə xalqları arasında münasibətlərin pozulmasına səbəb olur. Azərbaycan hər zaman Rusiya ilə əlaqələrin inkişafında maraqlı olub. Cənab Prezident də Rusiya ilə münasibətlərə daim xüsusi önəm verib və bu məsələlərə son dərəcə həssas yanaşıb. Lakin təəssüf ki, bu gün biz əks mənzərəni müşahidə edirik – Rusiya rəsmiləri, dövlət qurumları və Dumanın bəzi üzvləri ölkəmizi hədəf alır, Azərbaycana qarşı ardıcıl şəkildə təbliğat aparılır və müxtəlif təxribat xarakterli addımlar atılır. Bu isə münasibətlərə ciddi şəkildə zərbə vurur. Belə təxribatlara, açıqlamalara və addımlara dərhal son verilməlidir”, deyə o fikrini yekunlaşdırıb.

Avtoritarizmin və imperiya təfəkkürünün iflası

Rusiya daxilində şovinizmin və etnik ayrı-seçkiliyin dərinləşməsi təkcə bu ölkədə yaşayan azsaylı xalqlar üçün deyil, bütövlükdə regionun sabitliyi üçün ciddi təhdid yaradır. Kreml rejimi artıq çoxdan multikulturalizmi və beynəlxalq hüququ deyil, qorxu, təzyiq və nifrət üzərində qurulmuş bir ideologiyanı dəstəkləyir. Azərbaycanın hədəfə alınması isə Rusiyanın post-imperial iddialarının bir növ təzahürüdür.


Oxunub: 3 032
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 22:29 | Yaşar Gülərdən Azərbaycanla bağlı mühüm mesaj..
    Dünən, 22:28 | AMEA rəhbərliyi Ramiz Mehdiyevlə bağlı iclas çağıracaq
    Dünən, 22:26 | Dollar alıb-satanlara vacib xəbər...
    Dünən, 21:47 | Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər
    Dünən, 21:45 | Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı
    Dünən, 21:44 | Ramiz Mehdiyevin əmlakları müsadirə edildi, təltifləri isə...
    Dünən, 21:26 | Baxçalıdan Azərbaycan açıqlaması: Türk dünyasının gücü...
    Dünən, 20:52 | Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edib - FOTO - VİDEO - YENİLƏNDİ
    Dünən, 20:48 | Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edildi
    Dünən, 20:43 | Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto
    Dünən, 20:37 | Həsrət Cəfərov DÇ-də medalsız qaldı
    Dünən, 19:49 | Komaya düşərək vəfat edən sabiq icra başçısı dəfn olundu - FOTO
    Dünən, 19:48 | Sultan Qasımov 191 minlik dələduzluqda ittiham olunur
    Dünən, 19:46 | Metro stansiyalarında ürək aparatları quraşdırılacaq
    Dünən, 18:48 | TƏBİB Bahadur Rzayevə həvalə olundu
    Dünən, 18:10 | Bu qaydanı pozanlar 400 manat cərimələnəcək
    Dünən, 17:49 | Tanınmış jurnalistin qardaşı və qardaşıoğlu vəfat etdi - FOTO
    Dünən, 17:47 | Həkəri çayı üzərində su anbarı tikiləcək
    Dünən, 16:59 | Anasını, atasını və qardaşının arvadını bıçaqladı - ana öldü - YENİLƏNİB
    Dünən, 16:58 | Leysan, dolu və qar yağacaq - XƏBƏRDARLIQ
    Dünən, 16:56 | Bu cərimələr yenilənir
    Dünən, 16:55 | ADY yeni rayonlararası sərnişin qatarları alır
    Dünən, 16:53 | Bununla bağlı yeni cərimələr müəyyənləşir
    Dünən, 08:17 | Rusiya Kiyevə raketlərlə hücum etdi: ölü və yaralılar var
    Dünən, 08:12 | Oktyabrın sonunda şanslı olacaq BÜRCLƏR: pul artıq qapınızın ağzındadır
    Dünən, 07:32 | Bakıda daha bir kütləvi dava - ANBAAN VİDEO
    Dünən, 07:25 | Yasamalın bəzi ərazilərində bu gün işıq olmayacaq
    Dünən, 07:24 | İlin ən yaxşı gənc futbolçusu bəlli oldu
    Dünən, 07:23 | Trombdan qorunmaq üçün səhərlər bunu edin!
    26-10-2026, 18:12 | 800 manat alıb ər-arvadı barışdıracağını dedi - Boşandılar...
    26-10-2026, 18:09 | Azərbaycan və Yaponiya arasında vizasız rejim... - Hacıyev
    26-10-2026, 18:08 | Bakıda dəhşətli qəza: Tanınmış şairənin həyat yoldaşı öldü
    26-10-2026, 18:06 | Şirkət rəhbərinin ölkədən çıxışına qadağa qoyuldu
    26-10-2026, 17:26 | Keçmiş icra başçısı Rusiyada vəfat etdi
    26-10-2026, 15:55 | 72 manatlıq ilk qonorar, 30 illik sevda - “Şərq”də keçən ömrüm
    26-10-2026, 14:22 | Bəzi gənclər niyə öz ixtisasları üzrə işləmək istəmirlər?
    26-10-2026, 14:12 | Azərbaycan idmançıları natural bodibildinq və fitnes üzrə Avropa çempionatında uğur qazanıblar - Video
    26-10-2026, 13:45 | Azərbaycan QHT-ləri İran Prezidenti Məsud Pezeşkiana açıq məktub ünvanlayıb
    26-10-2026, 13:44 | Dövlət başçısından daha bir SƏRƏNCAM
    26-10-2026, 13:42 | Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul edib
    26-10-2026, 13:23 | YAP-ın Balakən təşkilatının eks-sədri həbs edildi
    26-10-2026, 13:21 | Ermənistana keçən azərbaycanlı çoban geri qaytarıldı
    26-10-2026, 13:10 | Qarabağ qazisi vəfat etdi
    26-10-2026, 12:57 | Həyətdəki ağacı kəsdi: arvadı faciəvi şəkildə öldü
    26-10-2026, 12:54 | Azərbaycanın Milli Qəhrəmanının son durumu açıqlandı
    26-10-2026, 12:50 | İranda Azərbaycan dilində tədris aparılan bir məktəb yoxdur – Nazirlik
    26-10-2026, 12:45 | Qadınlar əcnəbilərlə görüşdürülür, azərbaycanlı kişilər qapıdan qaytarılır- Dilsuz Dəmirçiyevin klubunda nələr yaşanır?
    26-10-2026, 12:43 | EYNİ DƏRMAN APTEKLƏRDƏ NİYƏ FƏRQLİ QİYMƏTƏ SATILIR? - Tarif Şurasından açıqlama
    26-10-2026, 12:40 | U-15 dünya çempionatı: Azərbaycan millisi İsrail yığmasını məğlub edib
    26-10-2026, 12:34 | Aqil Babayevin ailəsindən müraciət: “Səsimiz eşidilsin, müraciətimiz diqqətdən kənarda qalmasın və iş ədalətlə araşdırılsın”
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.