Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • Ağdaşda “Heyva festivalı” keçirildi - Video
  • Noyabrda bu balıqları yemək olmaz
  • “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
  • Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
  • FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
  • Şəkidə ağır qəza: ölən var
  • Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
  • Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
  • Yaqub Eyyubov təqaüdə göndərilir
  • Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
  • Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
  • Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
  • Röya bu gün açıq havada konsert verəcək - Foto
  • Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
  • Azərbaycan nefti bahalaşıb
  • Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
  • İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
  • Sabah Bakıda intensiv yağış yağacaq
  • Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
  • Yol polisindən sürücü və piyadalara müraciət
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

ŞƏRQ ƏDƏBİYYATINDA QURANİ-KƏRİMİN ÖNƏMİ

  • Tarix: 30-05-2025, 09:23

Prof. Ramazan SİRACOĞLU

Çox qədim tarixə, inkişaf mərhələlərinə malik olan dilimizə iqtisadi, siyasi, dini, mədəni, elmi münasibətlər və coğrafi qonşuluq səbəbindən fərqli dillərdən xeyli söz, deyim keçmişdir. Alınma sözlərin bir qismi dilimizin fonetik və qrammatik təbiətinə uyğunlaşaraq bu gün də öz varlıqlarını qorumaqdadır.

Azərbaycan Respublikasında yaşayanların böyük əksəriyyəti müsəlman olduğu üçün, ərəb mənşəli dini sözlər və deyimlər vətəndaşlarımız arasında çox yayğındır. Dilimizdə geniş şəkildə işlənən dini sözlərin və deyimlərin çox cüzi bir qismini bu yazıda bir yerə toplayıb onların anlamlarını imkanımız daxılındə açıqlamaq gərəyi duyduq. Bu qəbildən olan sözlərin və ifadələrin etimoloji açıqlaması geniş oxucu auditoriyası üçün də maraqlı olacağını düşünürük. Yazıya daxil edilən sözlərin və deyimlərin bəziləri dilimizə, həm də fars dilindən keçdiyini xatırlatmaqda fayda vardır. Bu bir gerçəkdir ki, bizim şairlərimiz, ədiblərimiz öz əsərlərində bəzən nüktədanlıq edərək öz əsərlərində bədii söz sənətinin uğurlu nümunələrini yaratmışlar. O tərz beytləri açıqlamaq üçün Qurani- kərimi bilmək lazımdır. Məsələn:

Bu qəmlər kim, mənim vardır, bəirin başinə qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli-əzab, oynar. ( Füzuli)

Bu beyti açıqlamaq üçün Əraf surəsinin 40-cı ayəsində buyurulmuş “Dəvə iynənin gözündən keçənədək Cənnətə girə bilməzlər— لَا يَدْخُلُونَ الْجَنَّةَ حَتّٰى يَلِجَ الْجَمَلُ ف۪ي سَمِّ الْخِيَاطِۜ” hökmünün hikmətini idrak etmək lazımdır. Füzuli öz dərdlərinin çoxluğunu nəzərdə tutaraq “mənim dərdlərimi dəvəyə yükləsələr, dəvə həmin qəm yükünün ağırlığından iynənin gözündən keçəcək dərəcədə zəifləyər, sonucda da Cəhənnəm əhli bağışlanar, əzabdan qurtulduğuna görə sevinər” şəklində mübaliğə etmiş, həm də təlmih sənəti yaratmışdır.

Yaxud:

Gücnən deyil, əzizim, bu şəhabi – eşqdir, eşq

Ki, o bərqi- nəxli- iymən hər odun yığana gəlməz. ( Nəbati )

Xançobanı təxəllüsü ilə tanınan Nəbatı qeyd olunan beytdə Qəsas surəsinin 29-cu- 30-cu ayələri əsasında gözəl bir təlmih nümunəsi yaratmışdır. Ailəsi ilə yola çıxmış Musa Peyğəmbər Turi- Sina ( Sina dağı ) tərəfdən işıq gəldiyini görmüş, ailəsinə “siz burada gözləyin, mən alov gördüm; gedib oradan sizin isinməniz üçün köz gətirim” demişdi. Alov görünən yerə çatdığında həmin vadinin sağ tərəfindəki bir ağacdan ( xurma ağacından) səs gəlmişdi : “Ey Musa, mən aləmlərin Rəbbi ALLAHam— يَا مُوسٰٓى اِنّ۪ٓي اَنَا اللّٰهُ رَبُّ الْعَالَم۪ينَۙ “. Nəbati də qeyd olunan beytdə “əzizim, o parıltı, sevgidir, ilahi eşqdir; mübarək vadinin sağ tərəfindəki xurmada təcəlli edən işıq hər odun yığanın qarşısına çıxmaz, hər köz axtarına zühur etməz” söyləmişdir.

Və ya:

چو رسی به کوه سینا ارنی مگو و بگذر که نیرزد این تمنا به جواب لن ترانی (Sədi) 

Sina dağına çatanda “Mənə görün” söyləmə, keç get;

Çünki, sənin bu istəyin “Məni görə bilməzsən” cavabına layiq deyil. 

Sədi Şirazi qeyd olunan beytdə Əraf surəsinin 143-cü ayəsi əsasında çox hikmətli, olduqca mənalı bir fikir bildirmiş, Musa Peyğəmbərə irad tutmuşdur. Qurani- kərimin qeyd olunan ayəsində buyurulmuşdur ki, Musa Peyğəmbər Sina dağında ( Turi- Sinada ) ALLAHa “Rəbbim, mənə görün, sənə baxım— رَبِّ اَرِن۪ٓي اَنْظُرْ اِلَيْكَۜ “ söyləmişdi. ALLAHdan səda gəldi ki, “Sən məni görə bilməzsən- لَنْ تَرٰين۪ي”. Sədi Şirazi də Musa Peyğəmbərə, “sən hansı cəsarətlə on səkkiz min aləmin əbədi tək sahibinə “mənə görün” deyə bilərsən, axı sən hər şeydən öncə, möhtac bir bəndəsən, Onun istəmədiyini sən necə israr edərsən?” buyurmuşdur. Başqa sözlə, hər kəs öz həddini bilməlidir. Əlavə açıqlanmağa ehtiyac duyulan başqa bir numunəyə nəzər yetirək:

Səyyafa bədəl hər kimi cəm eyləsə arif,

Səyyadi- əcəl gəlsə məcal eyləmək olmaz. ( S. Ə. Şirvani )

Müqtədir şairimiz S. Ə. Şirvani nümunə gətirdiyimiz beytdə cahiliyyə dönəmi ərəbləri arasında yayğın olan bir adəti xatırlatmışdır. Cahiliyyə dövründə bütpərəst ərəblər inanırdılar ki, müəyyən bir yolla Ölüm mələyini aldatmaq olar. Ona görə də xəstə adamın yatağının yanına bir neçə maket qoyurdular. Həmin maketə “bədəl” deyirdilər. Ölüm mələyini də müxtəlif adlarla çağırırdılar ki, adının çəkildiyini bilməsin. Həmin adlar arasında “səyyaf- سیاف - və səyyad - صیاد -“ sözləri də vardı. “Səyyaf” sözünün hərfi mənası “əli qılınclı, qılınc tutan, cəllad”, “səyyad” isə “ovçu” anlamı bildirir. S. Ə. Şirvani də yazıb ki, “çoxbilmiş adam Ölüm mələyini aldatmaq üçün xəstə adamın yanına nə qədər oxşarlar, maketlər, bədəllər yığsa da faydası yoxdur. Ölüm ovçusu gələndə heç kimə bir saniyə də olsun qurtuluş üçün fürsət verməz. S. Ə. Şirvani bu beytdə Qurani- kərimin Cümə surəsinin 8-ci ayəsinə bir göndərmə etmişdir: اِنَّ الْمَوْتَ الَّذ۪ي تَفِرُّونَ مِنْهُ فَاِنَّهُ مُلَاق۪يكُمْ – Qaçdığınız ölüm mütləq sizinlə qarşılaşacaqdır.”

Tədricı-lətafətlə sən İsayi-zəmansan,

İsayə, nigarım, qəmi - Məryəm nə üçündür? (S. Ə. Şirvani )

Qeyd olunan beytdə işlənmiş “qəmi- Məryəm” ifadəsi oxucular üçün maraqlı ola biləcəyi ehtimalına dayanaraq onu bir qədər genış şəkildə açıqlamaq istəyirik.

Kitablarda böyük sayğı ilə haqqında bəhs olunan Həzrət Məryəm binti İmran ( مریم بنت عمران ) dünya dillərində bir qədər fərqli fonetik şəkillərdə məşhurdur. Dini məlumatlara görə, Həzrət Məryəm İsrailin şimalında, Nazaret ( ərəb mənbələrində bu yaşayış məntəqəsi Ən- Nasirə— النَّاصِرَة adlanır ) adlı şəhərdə anadan olmuşdur. Məryəm— مریم – sözü Tövratda “Miryam— מִרְיָם", İncildə "Mariya" variantında təqdim olunur. Qurani- kərimin 19-cu surəsi Məryəm adlanır. Maraq üçün xatırlatmabq lazımdır ki, Qurani- kərimdə qadınlara aid xüsusi isimlər arasında yalnız Həzrət Məryəmin adı qeyd olunmuşdur. Qurani- kərimdə Məryəm adı 34 dəfə çəkilmişdir. Məsələn, Bəqərə surəsinin 253-cü, Ali-İmran surəsinin 45-ci, Nisa surəsinin 171-ci, Maidə surəsinin 17-ci, Zuxruf surəsinin 57-ci, Hədid surəsinin 27-ci, Muminun surəsinin 50-ci, Tövbə surəsinin 31-ci ayəsi buna nümunə ola bilər. Dini ədəbiyyatda Həzrət Məryəm, həm də Məryəm ana və Bakirə Məryəm – Məryəmü Əzra – مریم عذراء - kimi təqdim olunur. İnanca görə, Məryəm bakirə ikən Həzrət İsaya hamilə qalmışdır. Ali- İmran surəsinin 36-cı ayəsinə görə, Həzrət Məryəmin atasının adı İmran ( عمران ) olub. Tövratda İmran adı “Amram” ( עמרם ) şəklində verilmişdir. Məryəmin adını anası qoymuşdur. Bu barədə Ali- İmran surəsinin 36-cı ayəsində məlumat vardır: “Onu Məryəm adlandırdım— سَمَّيْتُهَا مَرْيَمَ .“ Həzrət Məryəmin bakirə ikən dünyaya uşaq gətirməsi onun tayfasında hiddətlə qarşılanmışdır. Məryəm özünün günahsız olduğunu söyləmiş, şahid kimi də öz körpəsini göstərmişdir. Adamlar da “o çağa bizə nə söyləyəcək ki?”- dediklərində körpə İsa danışaraq insanları heyrətə düşürmüşdür. Bu barədə Məryəm surəsinin 30-cu — 33-cü ayələrində bəhs olunmuşdur. Məryəm sözünün qədim yəhudicədə “istəkli, sevimli” mənaları ifadə etməsi barədə ehtimallar söylənilir. Bəzi dinşünaslar isə Məryəm sözünün qədim yəhudi dilində “acı, üzüntü, kədər” mənaları bildirən “mərər— מרר “ feilindən yarandığını və “gün” anlamı bildirən “yom— “יום “ sözü ilə birləşərək “acı günlü, kədərli taleli, qaragün” mənasında işlənmiş olduğunu iddia edirlər. Ali-İmran surəsinin 42-ci ayəsində Məryəmin dünyadakı bütün qadınlardan üstün olduğu barədə bilgi verilmişdir: “Mələklər “Ey Məryəm, ALLAH səni seçdi, səni pak etdi, səni dünya qadınlarından üstün eylədi” söylədilər— وَإِذْ قَالَتِ الْمَلاَئِكَةُ يَا مَرْيَمُ إِنَّ اللّهَ اصْطَفَاكِ وَطَهَّرَكِ وَاصْطَفَاكِ عَلَى نِسَاء الْعَالَمِينَ.” Maidə surəsinin 75-ci ayəsində Həzrət Məryəm “siddiqə- صِدّ۪يقَةٌۜ - çox dürüst, doğru, düzgün” şəklində təqdim olunmuşdur. Dini kitablarda Həzrət Məryəmin toplumun təzyiqi qarşısında dayanmaqda çətinlik çəkməsi, atasız doğulan körpəsinə görə iztirablara məruz qalması, özünə ölüm arzulaması barədə bəhs olunmuşdur. Məryəm surəsini 23-cü ayəsində Həzrət Məryəmin “Kaş ki, bundan daha öncə ölsəydim, bütün unudulanlar kimi unudulsaydım— يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَذَا وَكُنتُ نَسْيًا مَّنسِيًّا” – söyləməsi məhz bu ictimai qınağın bariz nəticələrindəndir. S. Ə. Şirvani qeyd olunan qəzəlində Həzrət Məryəmin iztirablarını xatırladaraq belə buyurmuşdur:

Batdın genə bəxtim kimi bilməm nə qərayə,

Qurban sənə, bu şiveyi-matəm nə üçündür?

Xristianların əqidəsinə görə, Həzrət Məryəm, oğlu İsa Məsihin çarmıxa çəkilməsindən sonra onun təlimlərini özü təbliğ etmiş, insanları tək ilahi varlığa inanmağa çağırmışdır. Rəvayətə görə, Həzrət Məryəm Kipri və Efesi ziyarət etmiş, geri qayıtdıqdan sonra Qüdsün ətrafındakı Sion dağında (ərəb mənbələrində “Səhyun dağı— جبل صهيون) vəfat etmiş, məqbərəsi Gesimaniyadadır ( ərəb məxəzlərində “Cissimania—جثسيماني ). Xristianlar aprel, iyun və iyul aylarından başqa, hər ay Həzrət Məryəmlə bağlı müəyyən bayramı qeyd edib onun şərəfinə dualar oxuyurlar.

Sənə bürhan deyil təriqi-pədər,

Gör nə yol getdi zadeyi-Azər?! (S. Ə. Şirvani )

S.Ə. Şirvani “zadeyi-Azər – Azər oğlu” ifadəsində İbrahim Peyğəmbəri nəzərdə tutmuşdur. İbrahim peyğəmbərin atasının adı Azər idi. Qurani- kərimin “Ənam” surəsinin 74-cü ayəsində bu barədə məlumat var: قَالَ اِبْرٰه۪يمُ لِاَب۪يهِ اٰزَرَ اَتَتَّخِذُ اَصْنَامًا اٰلِهَةًۚ - İbrahim atası Azərə “Bütləri özünə tanrılar olaraqmı götürürsən?” – söylədi. ) S.Ə. Şirvani öz oğluna bildirir ki, “atanın yolu övlad üçün nümunə və ya dəlil deyil; görürsənmi, Azərin oğlu, yəni Həzrəti- İbrahim, necə yol getdi? Burada, İbrahim peyğəmbərin öz bütpərəst dədə-babalarının ibadət etdikləri bütləri qırdığı xatırladılır.

Rübailəri ilə ədəbiyyatımızda məşhur olan Məhsəti Gəncəviyə aid olan bir rubaidə Qurani- kərimdən edilmiş iqtibas çox maraqlıdır:

دوشینه شبم بود شبیه یلدا آن مونس غم گسار نآمد عمدا شب تا به سحر ز دیده دُر می سفتم می گفتم رب لا تذرنی فردا

Dünənki gecəm oldu bir Yəlda,

Gəlmədi munisim, göz qaldı yolda.

Gecə sübhə qədər göz yaşı tökdüm,

Dedim “Ya Rəbbi, la təzərni fərda!”

Rübainin sonuncu misrasındakı “Rəbbi, la təzərni fərda- رَبِّ لا تَذَرْنی‏ فَرْداً -” ifadəsi Ənbiya surəsinin 89-cu ayəsindən alınmışdır. Qocalmış Zəkəriya peyğəmbər övlad sahibi olmaq arzusu ilə ALLAHa yalvarır ki, “Ey Rəbbim, məni yalqız qoyma.” Məhsəti Gəncəvi də Qurani- kərimdəki həmin ifadəni eyni ilə rubaisində işlətmişdir. Qeyd olunan rübainin birinci misrasındakı “Yəlda” sözü ilin ən uzun gecəsi üçün işlənən sözdür. Zərdüştlikdə payız fəslinin sonuncu ayı olan azər ayının 30-cu gecəsini qış fəslinin ilki sayılan dey ayının 1-ci gününə bağlayan vaxt, yəni, miladi təqvimə görə, dekabr ayının 21-ci gecəsi qış fəslinin başlanğıcı hesab olunur. Həmin gecəyə “şəbi- Yəlda— شب یلدا -Yəlda gecəsi” deyilir. Yəlda sözü “yaranış, milad, doğuş” mənasındadır. Çağdaş deyimlə, “şəbi- Yəlda” “doğum gecəsi” anlamı daşıyır. O gecə ilin ən uzun və ən qaranlıq gecəsidir. O gündən başlayaraq Şimal yarımkürrəsində yerləşən ərazilərdə gecələr qısalmağa və gündüzlər uzanmağa başlayır. Zərdüştilərin inancına görə, şəbi- Yəlda, Günəşin doğuşudur, o gecədən etibarən Əhrimən yavaş- yavaş geriyə çəkilir və Hörmüz ( Ahura Məzda ) ön plana çıxır. Atəşpərəstlər həmin gecədə nar və qarpız yeməyə çalışarlarmış, çünki həm nar, həm də qarpız Günəşin rəmzi hesab olunurdu. Digər tərəfdən, çox dənələri olan nar və çoxlu tumu olan qarpız bolluq və bərəkətin də simvolu sayılırdı. Şəbi- Yəlda həm də Böyük çilənin başlaması anlamına gəlirdi. Çilə sözü fars dilində 40 anlamı bildirən “çehel- چهل “ sözünün qısaldılmış şəklidir. Qış fəsli əkinçilik və heyvandarlıqla məşğul olan qədim insanlara müxtəlif çətinliklər yaratdığı üçün onlar da həmin fəsli qısa görünsün deyə Böyük çilə, Kiçik çilə, Alaçalpov, Boz ay kimi zaman fasilələrinə bölmüşlər. Çilə məcazi mənada “əzab, əziyyət, məşəqqət” sözlərinin sinoniminə çevrilmişdir. Atəşpərəstlər şəbi- Yəldanı böyük coşğu ilə bayram edərlərmiş.

Azərbaycan ədəbiyyatında satirik şeirləri və “Hophopnamə”si ilə tanıdığımız Mirzə Ələkbər Sabirin bir şeirində Yəlda sözünün işləndiyini görürük:

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,

Gördü zülfü tökülüb, çün şəbi-Yəlda üzünə.

Beytdə adı keçən Leyla binti Əbi Mürrə ( لَیلیٰ بنت اَبیمُرَّة ) 25 yaşında Kərbəlada faciəvi şəkildə qətl edilən şəhid Əliəkbərin ( - علی اکبرtam adı: Əli bin Hüseyn bin Əli bin Əbi Talib - علی بن حسین بن علی بن ابیطالب ) anasıdır, başqa sözlə, İmam Hüseynin xanımıdır. 10 oktyabr 680-ci ildə Kərbəlada Mürrə bin Munkiz nizə ilə Əliəkbər bin Hüseyni kürəyindən vurub şəhid etmiş, sonra da onun başını kəsərək nizəyə keçirmişdi. M. Ə. Sabir bildirir ki, anası Leyla, oğlu Əliəkbərin kəsilib nizəyə keçirilmiş başına baxdı və Yəlda gecəsi kimi qapqara saçlarının onun məsum sifətinə dağıldığın gördü. Ümumiyyətlə, Şərq ədəbiyyatında şairlər uzun, zil qara saçları şəbi- Yəldaya bənzədirlər.

Bu nümunələrin sayını istənilən qədər artırmaq olar. Mübaliğəsiz qeyd etmək olar ki, Şərq ədəbiyyatını, mədəniyyətini, fəlsəfəsini, tarixini, əxlaq və düşüncə tərzini doğru şəkildə qavramaq üçün, ayrı-ayrı dönəmlərdə müxtəlif məqsədlərlə yazılmış, xalq arasında birtərəfli qaydada məqsədyönlü olaraq təbliğ olunmuş xurafatlardan qurtulmaq naminə Qurani- kərimin özünü bilmək lazımdır. Əks təqdirdə, Cəlil Məmmədquluzadənin ədəbi qəhrəmanı Usta Zeynal kimi, Ömər Xəyyamın rübaisini Quran ayəsi sanacaq, “Min bir gecə” nağıllarında söylənənləri ehkam biləcək çox “savadlı”lar ortaya çıxacaq, qaynağı bəlli olmayan mənbələrdən eşitdiklərini efir boşluqlarına üfürəcək çox carçılar meydan sulayacaqdır.


Oxunub: 3 353
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 17:50 | Ağdaşda “Heyva festivalı” keçirildi - Video
    Bu gün, 17:47 | Noyabrda bu balıqları yemək olmaz
    Bu gün, 17:45 | “Tut Əlimdən” Uşaq Reabilitasiya Mərkəzində Tarixi Zəfərin ildönümü münasibətilə bayram şənliyi keçirilib - FOTO
    Bu gün, 17:41 | Prokurorluq orqanlarında çalışmaq istəyənlərin diqqətinə
    Bu gün, 16:48 | FHN-də Zəfər Günü ilə bağlı tədbir keçirildi - Video
    Bu gün, 16:47 | Şəkidə ağır qəza: ölən var
    Bu gün, 16:38 | Qazaxda 8 Noyabr – Zəfər Günü münasibətilə “Yurdumun zəfər səsi” başlıqlı bayram konserti təşkil edilib
    Bu gün, 14:16 | Azərbaycanlı bacı-qardaş dünya çempionatında gümüş medal qazandı
    Bu gün, 14:09 | Yaqub Eyyubov təqaüdə göndərilir
    Bu gün, 14:06 | Prezident bu şəxslərə “general-leytenant” və “general-mayor” rütbəsi verdi - SİYAHI
    Bu gün, 14:03 | Qazaxıstanın TRIPP layihəsinə qoşulması Azərbaycanın regional nəqliyyat-logistika strategiyası üçün yeni imkanlar yaradır
    Bu gün, 13:43 | Sevdiyi qıza görə cinayət törədən məktəbliyə bu cəza verildi
    Bu gün, 13:42 | Röya bu gün açıq havada konsert verəcək - Foto
    Bu gün, 13:39 | Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
    Bu gün, 13:23 | Azərbaycan nefti bahalaşıb
    Bu gün, 13:17 | Ağstafada bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu - Video
    Bu gün, 13:15 | İsa Həbibbəyli ilə Ramiz Mehdiyev arasında nə baş verib? - AMEA detalları açıqladı
    Bu gün, 13:08 | Sabah Bakıda intensiv yağış yağacaq
    Bu gün, 13:06 | Bu gün açılışı olan Xankəndi şəhər stadionundan fotolar
    Bu gün, 12:59 | Yol polisindən sürücü və piyadalara müraciət
    Bu gün, 12:32 | İlham Əliyev Xankəndi Stadionunun açılışında - Foto
    Bu gün, 12:28 | Bu ərazilərə qar yağdı
    Bu gün, 11:31 | Media və Yayım Şurasının rəhbərliyi Çində qlobal sammitdə iştirak edir - Foto
    Bu gün, 11:09 | Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb - Foto
    Bu gün, 10:48 | Bakıda avtobus minik maşını ilə toqquşdu
    Bu gün, 10:45 | Azərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
    Bu gün, 10:43 | Həmin şəxslərə 20 milyon mükafat verəcəklər
    Bu gün, 10:38 | Gübrə kəskin bahalaşır: Ərzaq bazarını hansı risklər gözləyir? - VİDEO
    Bu gün, 10:33 | ASAN Xidmət bu tarixlərdə işləməyəcək
    Bu gün, 09:01 | "Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
    Bu gün, 08:58 | Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
    Bu gün, 08:53 | Fərid Usubov siqaret qaçaqmalçılığı üzrə məhkəmədə ifadə verdi
    Bu gün, 08:50 | Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
    Bu gün, 08:33 | "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi - Foto/Video
    Bu gün, 08:31 | Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.