Ağstafada baş verən qəzada xəsarət alanların kimliyi bəlli olub - YENİLƏNİB - FOTO
Mediaxeberleri.Az xəbər verir ki, avtomobil qəzası nəticəsində 5 nəfər xəsarət alıb.  “VAZ 2106” markalı avtomobillə “VAZ 2107” markalı avtomobillərin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Ağstafa Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyətləri kafi və orta ağır qiymətləndirilir. Qəza zamanı 1977-ci il təvəllüdlü V. Abbasov, 1970-ci il təvəllüdlü G. Məmmədova, 1997-ci il təvəllüdlü R. Əfəndiyev, 1998-ci il təvəllüdlü M. Əlizadə və 1989-cu il təvəllüdlü N. Məmmədova xəsarət alıb.  Faktla bağlı araşdırma aparılır.
 
Ağstafa rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə rayonun Poylu qəsəbəsi ərazisində baş verib.
 
Oxunub: 953
 
  
  	Xəbəri paylaş
	
			
		 
Paylaş: 
 
   
 
   
   
 





















