Namiq Qaraçuxurlunun həbs xəbəri yayıldı - Bu, şərəfsizlikdir
Dünəndən bəri Namiq Qaraçuxurlunun həbs olunması ilə bağlı məlumat sosial şəbəkələrdə sürətlə yayılır. Mediaxeberleri.Az "Yenisabah.az"a istinadən bildirir ki, meyxanaçı məsələyə aydınlıq gətirib. O, həbsinə dair informasiyaların yanlış olduğunu bildirib. Dəmir barmaqlar arxasında "çəkilən" fotosunu paylaşan ifaçı xəbərçiləri təhqir edib: "Yayılmış bu məlumat "fake"dir (saxta). Nə məqsədlə edilibsə, anlamadım. Lakin tərkibində dələduzluq, şərəfsizlik olduğu məlumdur. Aldanmayın".
Oxunub: 328
Xəbəri paylaş
Paylaş: