Mediaxeberleri.az
    
  • PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
    PREZİDENT ONA YÜKSƏK VƏZİFƏ VERDİ - DSK-nın sədr müavini dəyişdi + DOSYE
  • 
  • “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
    “Dünyəvi dövlət modeli ilə dini dəyərlər arasında ziddiyyət yoxdur” - Komitə sədri
  • 
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
    Azərbaycanla Ermənistanın qarşısını müharibə alırdı - Yeni dönəmdə MDB-də nələr dəyişəcək?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
    Marketlərdəki bu qidalar ürək xəstəliyi riskini artırır
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...

Son xəbərlər :
  • "Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
  • Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
  • Fərid Usubov siqaret qaçaqmalçılığı üzrə məhkəmədə ifadə verdi
  • Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
  • "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi - Foto/Video
  • Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
  • Ət niyə bahalaşır?
  • Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
  • “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
  • "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
  • Ağstafada zəhərlənlərin adları məlum oldu
  • Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
  • 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
  • Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
  • Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
  • Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
  • Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
  • “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
  • TƏBİB sədri onu işdən çıxardı - Foto
  • Fatmayıda evdə partlayış: ər və arvad... - Video
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Dövlət, yoxsa özəl məktəb? - ARAŞDIRMA

  • Tarix: 18-03-2025, 11:10

Son illər Azərbaycanda fəaliyyət göstərən özəl məktəblərdə təhsilhaqlarının yüksək olması ilə bağlı şikayətlərin sayı artıb. Valideynlər təhsilhaqlarının göstərilən xidmətlə təzad təşkil etdiyini, xidmət səviyyəsinin aşağı olduğunu düşünürlər. Şikayətlər əsasında məlum olur ki, özəl məktəblər son bir neçə ildə təhsilhaqlarını 20-40% artırıblar. 

 

Mediaxeberleri.Az-ın araşdırmasına görə, ölkədə fəaliyyət göstərən özəl orta məktəblərin sırasında 2024-cü il üzrə valideynlər ən çox Azərbaycan Beynəlxalq Məktəbi (TISA), Bakı Oksford Məktəbi, Avropa Azərbaycan Məktəbi, “XXI Əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi, “Kaspi” Liseyi, “Hədəf” Liseyini seçməyə üstünlük veriblər. Digər sıralarda isə Oxbridge Academy, SABIS® SUN International School və Bakı Fransız Liseyi dayanır.

 

Bəs görəsən valideynlər övladları üçün özəl məktəb seçərkən hansı kriteriyalara üstünlük verməlidirlər?

 

Mövzunu mütəxəssislərlə də birgə araşdırdıq.

 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Samir Vəliyev bildirib ki, yeni tədris ilinin başlaması ərəfəsində valideynlər övladları üçün daha keyfiyyətli təhsil verən məktəb axtarışına çıxırlar:

Samir Vəliyev: Azərbaycan sərmayəsi Somalinin inkişafında vacib rol  oynayacaq

“Bəzi valideynlər özəl, yaxud dövlət təhsil müəssisələri arasında seçim edirlər. Azərbaycanda kifayət qədər dövlət və özəl məktəb var. Bildiyiniz kimi, dövlət məktəblərində təhsil ödənişsizdir. Ödənişli təhsil verən lisey və məktəblərimizin də sayı kifayət qədərdir. Vaideynlər seçim edərkən ilk növəbədə maddi imkanlarını nəzərə almalıdırlar. Bu gün Azərbaycanda fəaliyyət göstərən özəl təhsil müəssisələrinin ödənişli əsaslarla təşkili yetərincə fərqlidir. Bu baxımdan təhsil müəssisələri bir-birindən fərqlənir. Təbii ki, qiyməti formalaşdıran amillər sırasında məktəbin tədris dili, onun yerləşdiyi ünvan - lokasiya, daşıma xidmətləri dayanır. Əldə olunan dərs vəsaitləri də qiymətə təsirini göstərir. Bir çox özəl təhsil müəssisələrində uşaqların qidalanması ödənişsiz qarşılanır, əlavə məşğələlər təşkil olunur. Müəllimlərin yerli və əcnəbi olması məsələsi də bütövlükdə təhsil haqqının formalaşmasına təsirini göstərir. Təbii olaraq bəzi hallarda uyğunsuzluqlar, yəni təhsil haqqı məbləği ilə verilən təhsil arasında disbalans  mövcud olur. Belə halları da görürük. Ümumiyyətlə, istər dövlət, istərsə də özəl orta məktəb seçimi zamanı valideynlərin mütləq birinci növbədə məktəbin maddi-texniki bazasının səviyyəsini, müəllim potensialını qiymətləndirmələri xüsusi önəm kəsb edir. Ən önəmli məqam seçilən məktəbin məzunlarının hansı ali təhsil müəssisələrində təhsil aldıqlarıdır. Məsələn, məzunlar Azərbaycanda təhsil alsalar da, Dövlət İmtahan Mərkəzinin imtahanında hansı nəticələri göstəriblər? Bu, diqqətə alınmalıdır. Yaxud xarici ölkə universitetlərində təhsil alan məzunlar hansı universitetlərdə təhsil alırlar? Həmin universitetlərin dünya reytinqinə düşüb-düşmədikləri də nəzərə alınmalıdır. Bütün bu göstəricilər  bütövlükdə götürüləndə valideynin seçim etdiyi məktəb haqqında təsəvvürü yaranmış olacaq. Nəticədə, seçdikləri təhsil müəssisəsinin gələcəkdə övladlarına verəcəyi təhsilin kifayət qədər dünyəvi olduğunun şahidi olacaqlar”.

 

Deputat vurğulayıb ki, bəzi ekspertlər özəl təhsil müəssisələrində təhsil haqlarının çox yuxarı olduğunu deyirlər: “Hesab edirəm, bu yanaşma doğru deyil. Çünki özəl təhsil müəssisəsinin təhsil haqqının məbləğinin müəyyənləşdirilməsi həm də birbaşa müəssisənin sahibkarı ilə də əlaqəlidir. Təhsil haqlarının məbləği fərqli ola bilər. Bu fərqliliyin nədən ibarət olduğunu da valideynlər orta məktəb seçimini edərkən nəzərə almalıdırlar. Digər önəmli amil uşaqlara tədris ediləcək təhsil proqramıdır. Bu beynəlxalq təhsil proqramlarının səviyyəsindən, gələcəkdə hansı ali təhsil müəssisələrində keçərli olmasından çox şey asılıdır. Valideynlər nəzərə almalıdırlar ki, qoyduqları sərfiyyat müqabilində övladları orta məktəbi bitirdikdən sonra nəyə nail olacaq? Hansı beynəlxalq sertifikatlar, imtahanlarla gələcəkdə hansı universitetlərə müraciət etmək hüququ əldə edə biləcəklər? Bütün bunlar valideynlər üçün önəmli kriteriya olmalıdır”.

 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov isə bildirib ki, Azərbaycanda son illərdə özəl məktəblərin sayı sürətlə artıb və valideynlər arasında dövlət məktəbləri ilə müqayisədə özəl məktəblərə maraq yüksəlib:

Kamran Əsədov: “Texniki problem olan suallara görə maksimum bal  verilməlidir” Pravda.az

“Özəl məktəblərin seçimi valideynlər üçün vacib qərarlardan biridir, çünki təhsilin keyfiyyəti uşağın gələcək inkişafına birbaşa təsir edir. Özəl məktəblərə marağın artmasının əsas səbəbləri arasında daha yaxşı maddi-texniki baza, fərdi yanaşma, xarici dillərin intensiv tədrisi və əlavə dərs proqramlarının olması göstərilir. Lakin özəl məktəbə yüksək təhsil haqqı ödəmək onun mütləq şəkildə keyfiyyətli olması demək deyil. Buna görə də valideynlər seçim edərkən bəzi əsas göstəricilərə diqqət yetirməlidirlər. Məktəbin akademik göstəriciləri önəmli faktorlardan biridir. Özəl məktəblərin əksəriyyəti şagirdlərinin ali məktəblərə qəbul göstəricilərini və beynəlxalq sertifikat proqramlarında, məsələn, IB, A-level, SAT, IGCSE və s., nəticələrini paylaşır. Yüksək qəbul göstəriciləri məktəbin tədris səviyyəsinin və şagird hazırlığının keyfiyyətini göstərə bilər. Lakin bəzi məktəblər yalnız ən yaxşı nəticə göstərən şagirdlərin uğurlarını ön plana çıxarır. Buna görə də məktəbin real akademik göstəricilərini qiymətləndirərkən ümumi nəticələr və şagirdlərin orta göstəriciləri nəzərə alınmalıdır”.

 

Ekspert qeyd edib ki, müəllim heyətinin peşəkarlığı da mühüm faktordur: “Keyfiyyətli təhsil müasir proqramlardan və texnologiyalardan istifadə edən, peşəkar və motivasiyalı müəllimlər tərəfindən təmin edilir. Özəl məktəblərdə bəzən xarici müəllimlərdən reklam məqsədilə istifadə edilir, lakin müəllimin haradan gəldiyindən çox, onun pedaqoji bacarığı önəmlidir. Valideynlər məktəbə gedərək müəllimlərin ixtisas səviyyəsi, təcrübəsi və tədris metodları barədə məlumat əldə etməlidirlər. Müəllimlərin sertifikatlaşdırma proqramlarında iştirakı və onların təkmilləşdirilməsi üçün nə qədər resurs ayrıldığı da önəmlidir. Tədris proqramının məzmunu və tətbiq olunan metodologiyalar da ciddi nəzərə alınmalıdır. Bəzi özəl məktəblər kurikulumlarını beynəlxalq standartlara uyğun hazırlayır və xarici ölkələrdə qəbul edilən proqramlardan istifadə edirlər. Məsələn, British School in Baku və European Azerbaijan School İngilis kurikulumu - Cambridge, IB əsasında təhsil verir. XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi və Dünya məktəbi (World School) isə daha çox yerli və beynəlxalq proqramların kombinasiyasını təqdim edir. Lakin bəzi özəl məktəblərdə “beynəlxalq” adı altında yerli proqramın, sadəcə, fərqli dizaynda təqdim edildiyi də müşahidə olunur. Valideynlər məktəbin təqdim etdiyi proqramın real olaraq hansı standartlara əsaslandığını öyrənməli və bunun beynəlxalq səviyyədə tanınıb-tanınmadığını yoxlamalıdırlar. Siniflərin ölçüsü və fərdi yanaşma imkanları da mühüm şərtlərdən biridir. Kiçik siniflərdə hər bir şagirdə daha çox diqqət ayrılır və təhsil fərdiləşdirilmiş olur. Adətən özəl məktəblər siniflərdəki şagird sayını 10-15 nəfər səviyyəsində saxlamağa çalışır. Bəzi özəl məktəblər isə yüksək gəlir əldə etmək məqsədilə çox sayda şagird qəbul edir və bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərə bilər. Məktəbin maddi-texniki bazası və resursları da diqqətlə qiymətləndirilməlidir. İnfrastruktur, laboratoriyalar, idman zalları, kitabxana və texnologiyaların mövcudluğu təhsil keyfiyyətinə birbaşa təsir edir. Müasir özəl məktəblərin bir çoxu STEM və STEAM laboratoriyaları ilə təchiz olunub, lakin bəzi məktəblərdə bu texnologiyalar mövcud olsa da, onların effektiv istifadə edilməsi ilə bağlı problemlər yaşanır”.

 

Kamran Əsədov deyib ki, psixoloji dəstək və şagirdin sosial-emosional inkişafına verilən diqqət də məktəb seçimində mühüm rol oynayır: “Uşaqların təhsil aldığı mühit onların psixoloji sağlamlığına təsir edir və məktəbdə psixoloq və mentorluq sisteminin olması onların tədrisə adaptasiyasını asanlaşdırır. Keyfiyyətli özəl məktəblər yalnız akademik nailiyyətlərə deyil, həm də şagirdlərin emosional və sosial inkişafına fokuslanmalıdır. Valideynlərin özəl məktəb seçimində nəzərə almalı olduqları digər vacib amillərdən biri də məktəbin valideyn-şagird münasibətlərinə yanaşma tərzidir. Peşəkar məktəblər valideynlərlə müntəzəm əlaqə saxlayır, onların rəyini nəzərə alır və şagirdin inkişafı haqqında vaxtaşırı məlumat verir. Bəzi məktəblər isə yalnız rəsmi tədbirlər zamanı valideynlərlə ünsiyyət qurur və bu, məktəb-valideyn əməkdaşlığının zəif olmasına gətirib çıxarır. Məktəbin ödəniş sistemi və əlavə xərclər də diqqətdən kənarda qalmamalıdır. Bəzi özəl məktəblər ilkin ödənişi təqdim edərkən əlavə xidmətlərin həmin məbləğə daxil olduğunu bildirsələr də, sonradan əlavə xərclər tələb edirlər. Bu, dərsdənkənar fəaliyyətlər, məktəb forması, yemək xərcləri və əlavə dərs materialları ilə bağlı ola bilər. Valideynlər məktəb seçərkən bütün mümkün xərcləri əvvəlcədən öyrənməli və sonradan gözlənilməz xərclərlə qarşılaşmamaq üçün müqaviləni diqqətlə oxumalıdırlar. Özəl məktəblərin seçimi təkcə qiymət əsasında aparılmamalıdır. Məktəbin bahalı olması onun keyfiyyətli təhsil verdiyi anlamına gəlmir. Bir çox hallarda məktəblər yüksək ödənişlər təyin edərək özlərini prestijli məktəb kimi təqdim etsələr də, real olaraq təhsil keyfiyyətləri yüksək olmaya bilər. Buna görə də, valideynlər məktəbin imicinə deyil, real nəticələrinə, akademik göstəricilərinə və pedaqoji heyətin səviyyəsinə diqqət yetirməlidirlər. Nəticə olaraq, özəl məktəb seçimi zamanı valideynlər təkcə məktəbin prestiji və reklamına deyil, real akademik nəticələrə, müəllim heyətinə, tədris proqramına, sinif ölçülərinə, maddi-texniki bazaya və psixoloji dəstək sisteminə diqqət yetirməlidirlər. Özəl məktəblərin bəzən yüksək ödəniş tələb etməsi onların keyfiyyət göstəricisi deyil və buna görə də hər bir məktəb fərdi şəkildə araşdırılmalıdır. Ən yaxşı seçim, uşağın maraqlarına və təhsil ehtiyaclarına uyğun olan məktəb olacaqdır”.

 

Təhsil məsələləri üzrə ekspert Elçin Süleymanov isə məsələni belə dəyərləndirib:

Qarabağda üç universitetin açılması nəzərdə tutulur” – Təhsil eksperti Elçin  Süleymanov

“Azərbaycanda orta məktəblərdə özəl təhsil təcrübəsi 1990-cı illərdən başlayıb. Doğrudur, bizdə özəl məktəblər ümumtəhsil müəssisələrinin 1 faizindən də azdır. Azərbaycanda 4500-ə yaxın orta təhsil müəssisəsi var. Özəl təhsil müəssisələrinin sayı, təxminən, 100-ə yaxındır. Təbii ki, özəl məktəb imkan və seçim məsələsidir. Şagirdlərin xarici dil, müxtəlif texnologiyalardan istifadə bacarıqları, eyni zamanda təhsil prosesində müəyyən qədər əyləncəli metodlardan istifadə onların dünya görüşlərinin inkişafına müsbət təsir göstərir. Özəl təhsil müəssisələri iki şəkildə fəaliyyət göstərir: birincisi, lokal təşəbbüslərin açdığı təhsil müəssisələri, ikincisi, beynəlxalq təhsil müəssisələrinin akreditə olunmuş Azərbaycandakı filialları. Valideynlər daha çox belə təhsil müəssisələrinə beynəlxalq səviyyədə tanınmış diplomlarına görə üz tuturlar, çünki sonradan övladlarını xaricdə oxutmaq istəyirlər. Bu tipli məktəblərin diplomlarının tanınması prosesi daha sadə olur. Valideynlərin özəl məktəb seçərkən ən birinci məktəbin infrastrukruna, müəllim kollektivinə, nəzarət sisteminə, əvvəlki illərdəki məzunların qəbul göstəricilərinə baxmaları faydalı olar”.

 


Oxunub: 389
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Bu gün, 09:01 | "Turan Tovuz" "Qarabağ"ı belə məğlub etdi - Video
    Bu gün, 08:58 | Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
    Bu gün, 08:53 | Fərid Usubov siqaret qaçaqmalçılığı üzrə məhkəmədə ifadə verdi
    Bu gün, 08:50 | Məcburi köçkün tərəfindən zəbt edilən mənzilin başqasına satıldığı iddia olunur - VİDEO
    Bu gün, 08:33 | "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi - Foto/Video
    Bu gün, 08:31 | Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu
    Dünən, 22:34 | Ət niyə bahalaşır?
    Dünən, 22:32 | Cəlilabadda kartof sahələri xəstəliklərə yoluxaraq məhv olur - FOTO
    Dünən, 22:30 | “Başçının köməkçisi dedi ki, get evində sakit otur, çağıranda gələrsən” - NARAZILIQ VAR...
    Dünən, 21:55 | "Neftçi" "Kəpəz"ə qalib gəldi, Qarabağ"dan bu mövsümün ilk məğlubiyyəti
    Dünən, 21:50 | Ağstafada zəhərlənlərin adları məlum oldu
    Dünən, 21:44 | Ramiz Mehdiyev hakimiyyəti ƏLƏ KEÇİRSƏYDİ... ONLAR VƏZİFƏYƏ GƏLƏCƏKDİ! - SİYAHI YAYILDI
    Dünən, 20:52 | 8 Noyabr – Zəfər Günü Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qazax” Əlahiddə Sərhəd Diviziyasında da qeyd olunub
    Dünən, 20:34 | Qazax Dövlət Dram Teatrında “Səhnədən zəfərə...” tamaşası təqdim olunub
    Dünən, 20:12 | Tanınmış jurnalist Şəhid kapitan Mühüd Orucova görə Müdafiə Nazirinə müraciət etdi - FOTO
    Dünən, 19:16 | Vətən müharibəsi şəhidi Elşən Orucov ildönümündə ehtiramla anılıb
    Dünən, 16:27 | Sosial şəbəkələrdə təhqir edilənlər hüquqlarını necə qoruya bilərlər?
    Dünən, 16:20 | “Megastore” marketdə “Sirab” suyunun qiymətini fərqli satdılar – 4 min manat cərimə qüvvədə qaldı
    Dünən, 15:26 | TƏBİB sədri onu işdən çıxardı - Foto
    Dünən, 15:14 | Fatmayıda evdə partlayış: ər və arvad... - Video
    Dünən, 14:47 | Bakı bu ölkəyə neft ixracını 3 dəfə artırdı
    Dünən, 14:46 | İlham Əliyev və xanımı Zəngilanda açılışda iştirak etdilər
    Dünən, 14:44 | Kameraları qırıb 10 minlik oğurluq etdi, həbs olundu
    Dünən, 13:51 | İcbari tibbi sığorta fondunun gələn ilki xərcləri... - Nazir
    Dünən, 13:50 | Ermənistan balığı Rusiya bazarından tamamilə çıxarılır
    Dünən, 13:47 | 24 il əvvəl ali məktəbdə törədilmiş qətlin üstü açıldı
    Dünən, 12:51 | Taksi xidmətləri üzrə yeni vergi tətbiqi mexanizmi necə olacaq?
    Dünən, 12:49 | AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
    Dünən, 10:43 | Kənd təsərrüfatında uçot qaydaları dəyişdi: Təkrar əkinlər də ayrıca hesablanacaq
    Dünən, 09:33 | Misli Premyer Liqası: "Qarabağ" və "Neftçi" meydana çıxırlar
    Dünən, 07:54 | Noyabrın ilk maqnit qasırğası yaxınlaşır - XƏBƏRDARLIQ
    Dünən, 07:52 | Toyda ölən iş adamı icra başçısının qohumu imiş - TƏFƏRRÜAT
    Dünən, 07:12 | Avropa Liqası: "Beşiktaş" "Seltik"ə uduzdu
    Dünən, 07:10 | Bakı-Ankara münasibətləri Astananı da narahat edir
    Dünən, 07:04 | Konfrans Liqası: III turun oyunları keçirildi
    5-11-2026, 22:36 | İcra Başçısı şəhid ailələrinin arzusunu yerinə yetirdi
    5-11-2026, 20:09 | Qazaxda 8 Noyabr – Zəfər Günü ilə bağlı şəhid ailələri və qazilər üçün bayram süfrəsi təşkil edilib
    5-11-2026, 18:06 | Bu türk ölkəsi eneji içkilərini qadağan edir
    5-11-2026, 18:04 | Onlara da məcburi köçkün statusu veriləcək
    5-11-2026, 18:01 | Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
    5-11-2026, 17:59 | Gəncə-Mingəçevir-Gəncə istiqamətində əlavə reyslər təyin edildi
    5-11-2026, 16:11 | Qorxmaz Hüseynovun dövründəki milyonluq mənimsəmələr üzə çıxdı
    5-11-2026, 16:09 | Dövlət başçısı bu qanunu təsdiqlədi
    5-11-2026, 16:07 | Ağıllı saatlara görə aksiz vergisi alınacaq - Hər birinə 20 manat
    5-11-2026, 16:05 | Prezident fərman imzaladı
    5-11-2026, 16:02 | Bir qrup media nümayəndəsi təltif edildi
    5-11-2026, 15:06 | Ağstafada müəllimlər arasında Zəfər Gününə həsr olunmuş intellektual yarış keçirilib
    5-11-2026, 13:34 | Başçı oğlunu aldadan qardaşlar həbs olundu
    5-11-2026, 13:32 | Bakıda dünya çempionatının açılış mərasimi olub - Foto/Video
    5-11-2026, 12:58 | Ağstafada Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası...
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.