Şahin Bağırov onların rütbəsini artırdı
Dövlət Gömrük Komitəsində bir neçə nəfərə növbəti xüsusi rütbə vaxtından əvvəl verilib. Mediaxeberleri.Az Unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı DGK sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov müvafiq əmr imzalayıb. Əmrə əsasən, aşağıdakı şəxslərin rütbəsi artırılıb: Aslanov İsmayıl Bahadir oğlu (Maliyyə və Təchizat İdarəsi, İdarə rəisi) Növbəti rütbə: Gömrük xidməti polkovniki. Bağırov İlkin Mahmud oğlu (Əməliyyat - İstintaq Baş İdarəsi/İstintaq idarəsi, İdarə rəisinin müavini) Növbəti rütbə: Gömrük xidməti polkovniki. Məmmədov Elvin Əli oğlu (Katiblik, Katibliyin rəisi) Növbəti rütbə: Gömrük xidməti polkovniki. Camalov İlqar Elmar oğlu (Əməliyyat - İstintaq Baş İdarəsi/Əməliyyat İdarəsi/Rəqəmsal ticarət araşdırmaları şöbəsi, Şöbə rəisi) Növbəti rütbə: Gömrük xidməti polkovnik-leytenantı.