Məşğulluq Agentliyi yenə ofis icarəyə götürür – Bu dəfə 1,5 milyon manata
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Məşğulluq Agentliyinin Aparatı üçün ofis sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderin qalibi Gülnarə Sultan qızı İbadova (VÖEN – 1605375812) olub.
Məşğulluq Agentliyi Gülnarə İbadovaya məxsus 8 335 kvadratmetr qeyri-yaşayış sahəsini icarəyə götürəcək və icrə haqqı olaraq 1 milyon 499 min 299 manat 80 qəpik ödəyəcək.
Qeyd edək ki, açıqlanan məlumatlarda icarə müddəti barədə məlumat verilməyib.
Onu da bildirək ki, Məşğulluq Agentliyi daha əvvəl də müxtəlif şəxslərdən ofis sahələri icarəyə götürüb.
Oxunub: 67
Xəbəri paylaş
Paylaş: