UEFA Avropa Liqası: "Qarabağ" Olimpiakos"a məğlub oldu
UEFA Avropa Liqasında sonuncu oyununa çıxan "Qarabağ" Yunanıstanın "Olimpiakos" klubu ilə qarşılaşır. Mediaxeberleri.Az xəbər verir ki, oyun başlayıb. Komandaların start heyətləri aşağıdakı kimidir: "Olimpiakos": Konstantinos Dzolakis, Kostinya, Julian Byankon, David Karmo, Pirola, Santyaqo Esse, Dani Qarsiya, Velde, Kostulas, Gelson Martins, El Kaabiş "Qarabağ": Koxalski, Bəhlul Mustafazadə, Mateus Silva, Kevin Medina, Elvin Cəfərquliyev, Julio Romao, Marko Yankoviç, Leandro Andrade, Yassin Benzia, Abdullah Zubir, Nəriman Axundzadə. Qeyd edək ki, doğma meydanda Rumıniyanın FKSB klubuna 2:3 hesabı ilə məğlub olan "Qarabağ" pley-off mərhələsinə vəsiqəni təmin edə bilməyib. 31 yanvar Avropa Liqası Liqa mərhələsi, 8-ci tur 00:00. "Olimpiakos" (Yunanıstan) - "Qarabağ" (Azərbaycan) - 3:0 Qol: El-Khabi, 56 (1:0), 60 (2:0), Biankon, 89 (3:0) Baş hakim: Redu Petresku (Rumıniya) Pirey. "Georgios Karaiskakis" stadionu