AQTA sədri Ağstafada vətəndaşları qəbul edəcək
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli fevralın 21-i saat 14:00-da Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa, Qazax, Tovuz rayonlarından olan vətəndaşları qəbul edəcək. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə info@afsa.gov.az elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq fevralın 20-dək qəbula yazıla bilərlər. Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər.
Oxunub: 108
Xəbəri paylaş
Paylaş: