Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
  • Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
  • Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
  • Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
  • Əbu-Dabidəki danışıqlar başa çatdı
  • Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
  • İlham Əliyev Türkiyəyə getdi
  • "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
  • Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
  • Aslan Fətullayev Moskvada vəfat etdi
  • Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
  • Sabiq məmur doğum günündə vəfat etdi
  • “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
  • Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
  • KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
  • Məktəblərdə 7 gün dərs olmayacaq
  • "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
  • Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
  • 2-ci liqada 10-cu tur başa çatır
  • Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Zəngəzur dəhlizi: Azərbaycanın haqlı olduğu daha bir layihə

  • Tarix: 30-01-2025, 19:06

Zəngəzur yolu regional və qlobal əhəmiyyətli bir ideyadır. Bu layihənin təşəbbüsçüsü Azərbaycandır.

Ona qarşı çıxanlar regional əməkdaşlığa, təhlükəsizliyə, qarşılıqlı etimadın yaranmasına, möhkəmlənməsinə, iqtisadi əlaqələrin coğrafiyasının genişlənməsinə mane olmağa səy göstərənlərdir. Bir sıra hallarda isə onlar təşəbbüskar olmadıqları üçün layihənin reallaşmasına qısqanclıqla yanaşır, müxtəlif adda planlar təqdim edirlər.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur yolundan da danışıb. O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İkinci Qarabağ müharibəsində Azərbaycanın zəfərindən sonra onun beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındığını, artıq dünyada qəbul edilmiş ifadə, qəbul edilmiş termin olduğunu vurğulayıb: "Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq".

Onun sözlərinə görə, Ermənistan tərəfi dörd ildən çoxdur, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir.

Dövlət başçısı Naxçıvana lazım olan ehtiyacların müxtəlif yollarla təmin olunduğunu qeyd edib: "Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır".

Prezident İran ilə Araz çayının üstündə avtomobil körpüsünün tikintisinin icra edildiyini və bu il tamamlanacağını nəzərə çatdırıb.

Birinci körpü Zəngilan rayonu, ikinci isə Naxçıvan ərazisindən keçəcək.

Zəngəzur dəhlizinin əhəmiyyətini, mahiyyətini azaltmaq üçün Ermənistan və İran müxtəlif iddialarla çıxış edir. Bu məsələdə rəsmi İrəvan Tehranla birlikdə "Şimal-Cənub", "Sülh kəsişməsi" kimi reallaşması mümkün olmayacaq layihələr irəli sürərək Azərbaycan ərazisindən keçəcək Şimal-Cənub dəhlizi və Zəngəzur yoluna alternativ yaratmağa çalışır.

Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri onların təşəbbüslərinin yerində sayacağını deməyə əsas verir.

Ermənistan iqtisadi cəhətdən dünyanın heç bir ölkəsi üçün cəlbedici sayılmır. Heç bazar kimi də əlverişli deyil. Digər tərəfdən isə o, dalandır. Ermənistan dalanından erməni cəmiyyəti belə qaçmağa çalışır. Yeri gəlmişkən, ABŞ-də qanunsuz yaşayan üç minə yaxın erməninin deportasiya edilməsinin nəzərdə tutulması da bu ölkədəki siyasi-ictimai və iqtisadi vəziyyətin göstəricisi sayıla bilər.

Azərbaycan lideri Ermənistanın tranzit dövlət olması istəyinə də münasibət bildirərək deyib:

"Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi".

Prezident bununla beynəlxalq ictimaiyyətə, qonşu dövlətlərə və Ermənistan rəhbərliyinə xatırlatma edib. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafanda konsulluq açanlar və açmaq niyyətində olanlar var. İki ölkənin şərti sərhədində isə Avropa İttifaqının Mülki Müşahidə Missiyası yerləşdirilib. Ötən gün onun həmin ərazidə qalması müddəti daha iki il uzadılıb.

Prezident Azərbaycana qarşı törədilən cinayətləri də ardıcıllıqla qeyd edib. O, ölkə ərazisində qondarma "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin yaradılması, bundan əvvəl ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, Qarabağ xanının öldürülməsindən bəhs edib. Dövlət başçısı Azərbaycana qarşı 20-ci əsrdə törədilən cinayətlərin də göz önündə olduğunu bildirib: "Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq".

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin reallaşmasına mane olanlara tarixi faktları xatırlamaqla rəsmi Bakının regional məsələlərlə bağlı yürütdüyü siyasətin, energetika, nəqliyyat layihələrinin öz töhfəsini verdiyinə də işarə edib.

Qərbi azərbaycanlıların Ermənistan vətəndaşı olaraq hüquqları pozulub. Rəsmi Bakı 300 minə yaxın azərbaycanlının tapdanmış hüquqlarının bərpasını tələb edəndə Ermənistan və havadarları guya Azərbaycanın bu respublikaya ərazi iddiası ilə çıxış etdiyi kimi cəfəng iddialar irəli sürülür.

Zəngəzur dəhlizi layihəsi gündəliyə gələn gündən onun əleyhdarları "sərhədlərin toxunulmazlığı", "ərazi bütövlüyü", "Ermənistanla tarixə əlaqələr" kimi boş, mənasız, əsassız iddialar irəli sürməyə başlayıblar.

Dövlət başçısı onlara bir daha cavab verib:

"Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir".

Prezident bununla Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra - 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü şifahi və yazılı öhdəliklərə əməl etməsini vurğulayıb.

Zəngəzur yolunun açılması Ermənistanın da regional və qlobal əhəmiyyətinin artmasına təsir göstərər. Bu onu dalandan çıxarıb, ölkəyə coğrafi mahiyyət verər.

Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığına diqqət yetirmək kifayətdir. Bu ölkədən tranzit olaraq energetika xətləri, yol-nəqliyyat marşrutları keçir.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı deyib ki, Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər:

"Bu bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik".

Hazırda Zəngəzur dəhlizi Ermənistanın nicat yoludur. Bu onun müstəqilliyi, suverenliyinin təminatı ola bilər. Onun asılılığını azaldar və s.

Vaxtilə Azərbaycanın həmmüəllif olduğu neft, təbii qaz və nəqliyyat layihələrinin reallaşmasına da indi ona ən yaxın dost kimi görünənlər mane olurdu. Ancaq onların hamısı həyata keçdi və rentabelli işləyir. Ona görə Zəngəzur dəhlizinə qarşı çıxanlar da Azərbaycanın haqlı olduğunu etiraf edəcəklər. Bu layihə də reallaşacaq...

"Report" İnformasiya Agentliyi



Oxunub: 373
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Dünən, 20:16 | Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
    Dünən, 20:01 | Əbu-Dabidəki danışıqlar başa çatdı
    Dünən, 19:43 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
    Dünən, 19:40 | İlham Əliyev Türkiyəyə getdi
    Dünən, 19:39 | "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
    Dünən, 19:38 | Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
    Dünən, 19:36 | Aslan Fətullayev Moskvada vəfat etdi
    Dünən, 18:21 | Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
    Dünən, 18:20 | Sabiq məmur doğum günündə vəfat etdi
    Dünən, 18:19 | “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
    Dünən, 18:16 | Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
    Dünən, 14:57 | KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
    Dünən, 14:49 | Məktəblərdə 7 gün dərs olmayacaq
    Dünən, 14:21 | "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
    Dünən, 14:18 | Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
    Dünən, 14:04 | 2-ci liqada 10-cu tur başa çatır
    Dünən, 13:54 | Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
    Dünən, 13:49 | Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü
    Dünən, 13:21 | “Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
    Dünən, 13:19 | Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
    Dünən, 13:17 | Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 13:15 | Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi
    Dünən, 12:41 | Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 12:25 | Şəkiyə 33 sm qar yağdı
    Dünən, 12:18 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
    Dünən, 12:18 | İlham Əliyev polşalı həmkarına başsağlığı verdi
    Dünən, 11:45 | İşsizlikdən sığorta haqqı nağdsız formada ödəniləcək
    Dünən, 11:44 | Qazaxda avtomobil yandı
    Dünən, 11:43 | Bakıda məşhur xəstəxana bağlanır
    Dünən, 11:41 | 5 günlük tətil başlayır - Tarixlər
    Dünən, 11:40 | Erməni əsgər intihar etdi, iki həbsçi həbs olundu
    Dünən, 10:17 | Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Dünən, 10:15 | ABŞ Rusiyadan Ukrayna üçün NATO mexanizmlərinə oxşar təminatlar istəyəcək
    Dünən, 10:12 | Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
    Dünən, 10:04 | Sabirabadda məktəblini avtomobil vuraraq öldürdü
    Dünən, 10:01 | Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
    Dünən, 09:50 | UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi
    Dünən, 09:44 | Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?
    Dünən, 09:27 | Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
    Dünən, 00:33 | Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür
    9-11-2026, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    9-11-2026, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    9-11-2026, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    9-11-2026, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    9-11-2026, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    9-11-2026, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    9-11-2026, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.