UEFA ÇL: Liqa mərhələsi yekunlaşdı
UEFA Çempionlar Liqasının Liqa mərhələsinə yekun vurulub. Mediaxeberleri.Az xəbər verir ki, son oyun günündə 18 oyun keçirilib. İtaliyada "Yuventus" Portuqaliya "Benfika"sına 0:2 hesabı ilə məğlub olub. "Real Madrid" səfərdə "Brest"i 0:3 hesabı ilə üstələyib. "İnter" "Monako"ya 3:0, "Mançester Siti" "Brügge"yə 3:1 hesabı ilə qalib gəlib. Günün digər nəticələri: "Aston Villa" (İngiltərə) - "Seltik" (Şotlandiya) - 4:2 "Barselona" (İspaniya) - "Atalanta" (İtaliya) - 2:2 "Bayer" (Almaniya) - "Sparta" (Çexiya) - 2:0 "Bavariya" (Almaniya) - "Slovan" (Slovakiya) - 3:1 "Dinamo" (Zaqreb, Xorvatiya) - "Milan" (İtaliya) - 2:1 "Borussiya" (Dortmund, Almaniya) - "Şaxtyor" (Ukrayna) - 3:1 "Jirona" (İspaniya) - "Arsenal" (İngiltərə) - 1:2 "Lill" (Fransa) - "Feyenoord" (Niderland) - 6:1 PSV (Niderland) - "Liverpul" (İngiltərə) - 3:2 "Zaltsburq" (Avstriya) - "Atletiko" (İspaniya) - 1:4 "Sportinq" (Portuqaliya) - "Bolonya" (İtaliya) - 1:1 "Şturm (Avstriya) - "Leyptsiq" (Almaniya) - 1:0 "Ştutqart" (Almaniya) - PSJ (Fransa) - 1:4 "Yanq Boyz" (İsveçrə) - "Srvena Zvezda" (Serbiya) - 0:1. Beləliklə, "Liverpul", "Barselona", "Arsenal", "İnter", "Atletiko", "Bayer", "Lill" və "Aston Villa" 1/8 finala, "Atalanta", "Borussiya", "Real Madrid", "Bavariya", "Milan", PSV, PSJ, "Benfika", "Monako", "Brest", "Feyenoord", "Yuventus", "Seltik", "Mançester Siti", "Sportinq", "Brügge" pley-off mərhələsinə vəsiqə qazanıb.