Rusiya nümayəndələri Dəməşqdə: 3 saat davam etdi...
Rusiyanın nümayəndə heyəti Dəməşqdə Suriya hökumətinin müvəqqəti rəhbəri Əhməd əş-Şara ilə danışıqlar aparıb. Mediaxeberleri.Az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat yayıb. Görüşün 3 saat davam etdiyi bildirilib. Danışıqların təfərrüatı barədə məlumat verilməyib. Qeyd edək ki, Rusiya nümayəndə heyətində Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov və Rusiya Prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev yer alıb.
Oxunub: 186
Xəbəri paylaş
Paylaş: