Gömrükçülərə niyə 3 aydır maaş verilmir? - Sədrdən açıqlama
Son günlər mediada Dövlət Gömrük Komitəsi əməkdaşlarının 3 aydır əmək haqlarını ala bilməməsinə dair xəbərlər yayılıb. Həmin məlumatlarda bildirilir ki, səbəb göstərilmədən əmək haqları verilmir. Mediaxeberleri.Az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Gününsəsi.info-ya açıqlamasında iddialara aydınlıq gətirib. “Bəzi texniki məsələlər var. Onlar həll olunduqdan sonra hamı maaşını alacaq. Burada ajiotaj yaratmağa ehtiyac yoxdur”, - sədr qeyd edib.
Oxunub: 104
Xəbəri paylaş
Paylaş: