20 Yanvar faciəsinin 35-ci ildönümü günüdə Ağstafada şəhidlərimizin xatirəsi qürur və ehtiramla yad edilib
Şəhidlərimizin qanı ilə yazılan və xalqımızın azadlıq mübarizəsinin simvoluna çevirilən 20 Yanvarla bağlı Ağstafa rayon Şəhidlər Xiyabanında keçirilən ümumrayon anım tədbirində RİH başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, məsul şəxslər, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mediaxeberleri.Az xəbər verir ki, əvvəlcə Seymur Orucov xiyabanın memorial xatirə abidəsi önünə əklil qoyub. Sonra şəhidlərimizin məzarları üstünə tər qərənfillər düzülüb, Vətən övladlarının ruhuna dualar oxunub. Saat 12:00-da 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Avtomobillərdən və qatarlardan səs siqnalları verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.