Sumqayıtda avtomobildə yanaraq ölən şəxs oğru imiş? - İDDİA
Sumqayıt şəhərində bir nəfər avtomobildə yanaraq ölüb. Mediaxeberleri.Az Xəzər TV-yə istinadən xəbər verir ki, avtomobilin sahibi Rusif Nəzərov bildirib ki, hadisə səhər saat 6 radələrində baş verib. Avtomobilin alovlandığını görən qonşular yanğına müdaxilə etməyə çalışıblar. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Avtomobildə ölən şəxsin kimliyi hələ ki bəlli deyil. Onun oğurluq məqsədilə avtomobilə daxil olduğu iddia edilir. Faktla bağlı araşdırma aparılır. Ətraflı süjetdə: Sumqayıt şəhərində kişi avtomobildə yanaraq ölüb. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, KIA markalı minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.