Prezidentin sədr müavini təyin etdiyi şəxs kimdir? - Dosye
Medıaxeberlerı.Az xəbər verir ki, Zaur Mikayılovun birinci müavini təyin edilən Xəyyam Məmmədov 1975-ci ildə Moskvada doğulub. X.Məmmədov 1997-2019-cu illərdə bir neçə xarici investisiyalı şirkətlərin törəmə müəssisələrində müxtəlif vəzifələrdə, eləcə də Ədliyyə Nazirliyinin Aparatında aparıcı mütəxəssis, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Aparatında şöbə müdiri kimi çalışıb. 2020-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktorunun müavini təyin edilib. 2021-ci ildə Prezidentin Sərəncamına əsasən, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Müşahidə Şurasının üzvü, 2022-ci ildə isə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin (ASCO) Müşahidə Şurasının üzvü təyin olunub. Xəyyam Məmmədovun son iş yeri isə Azərsığorta ASC-nin Direktorlar Şurasının üzvü vəzifəsi (16 iyul 2022-ci ildən) olub.
Xəbər verdiyimiz kimi, Prezidentin İlham Əliyevin sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinə yeni müavinlər təyin olunub.