Mediaxeberleri.az
    
  • Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
    Dini atributların məktəbə gətirilməsi doğru deyil – Musa Quliyev
  • 
  • Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
    Elşad Miri: "Özlərini ətrafdakılara daha dindar göstərmək üçün uşaqlarının başını bağlayırlar" - VİDEO
  • 
  • “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
    “Neftçi”nin “Qarabağ” üzərində cüzi üstünlüyü var” - Arif Əsədov
  • 
  • Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
    Hicablı uşaqlarla bağlı sensasiya: elə bir məlumat ortaya çıxdı ki… – Sirlər açılır
  • 
  • Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
    Məktəbli formalarında hicab amili qeyd olunmayıb - Şeyx
  • 
  • İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
    İRAN MÜHARİBƏSİNİN EKOLOJİ FƏSADLARI... - Xəzər və Azərbaycan üçün hansı risklər var?
  • 
  • Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
    Hicabın yaranması və yayılması: Azərbaycan doğrumu qərar verdi?
  • 
  • Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
    Baba Vəziroğlu: "Çinqaçuklar" bəyəm məktəbə dəbilqə ilə, əlində nizə ilə gəlməlidirlər?"
  • 
  • Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
    Xalqımızın milli kimliyini və özünəməxsusluğunu yaşadan dəyər - Kəlağayı
  • 
  • KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
    KREDİT FAİZLƏRİ İLƏ BAĞLI MEYAR DƏYİŞDİ - Kazımov qərar imzalayıb + VİDEO
  • 
  • Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
    Leyla Əliyeva mühüm beynəlxalq tədbirdə çıxış etdi
  • 
  • Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
    Hikmət Babaoğlu: "Türkiyə və Azərbaycan liderləri qardaşlığın əsas simvollarıdır" - Foto
  • 
  • “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
    “Kəramət Böyükçölü yazıçı hesab etmək utancdır” – AÇIQLAMA
  • 
  • Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
    Elşad Miri: ““Quran”da Adəmin ilk insan olmasına dair bir ayə belə yoxdur”
  • 
  • Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
    Xəzərdə kütləvi tələfat: Azərbaycana təhlükə gözlənilir?
  • 
  • Zeytun Festivalının açılışı olub - Foto
    Zeytun Festivalının açılışı olub - Foto
  • 
  • Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
    Şəkinin 100 illik muzeyində gizlənən tarix - Qədim əlyazmalar, qızıl əşyalar və...
  • 
  • Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
    Şəhid anası 21 ildir mənzil növbəsindədir: "Öz evimdə yaşamaq istəyirəm" - Video
  • 
  • Aqroservisin sədri həbs edildi
    Aqroservisin sədri həbs edildi
  • 
  • Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
    Quba Olimpiya Kompleksinin direktoru və mühasibi HƏBS OLUNDU - TƏFƏRRÜAT
  • 
  • Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video
    Suriyada azərbaycanlı qadının başına nələr gəlib? - Video

Son xəbərlər :
  • İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
  • Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
  • Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
  • Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
  • Əbu-Dabidəki danışıqlar başa çatdı
  • Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
  • İlham Əliyev Türkiyəyə getdi
  • "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
  • Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
  • Aslan Fətullayev Moskvada vəfat etdi
  • Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
  • Sabiq məmur doğum günündə vəfat etdi
  • “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
  • Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
  • KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
  • Məktəblərdə 7 gün dərs olmayacaq
  • "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
  • Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
  • 2-ci liqada 10-cu tur başa çatır
  • Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
  • Ana səhifə
  • İqtisadi xəbərlər və təhlil
  • Siyasi analitik yazılar
  • Ölkə
  • Bölgə
  • Mədəniyyət
  • Şou-biznes
  • Dünya
  • Kriminal
  • Din
  • İdman
  • Tarix
  • Müsahibə
  • Hadisə
  • Sosial
  • Problem
  • Gündəm
  • Korrupsiya
  • Foto reportaj
  • Video müsahibə

Pensiyalara dair “humanist minnət”... - Onlar niyə narazıdır?

  • Tarix: 23-11-2024, 09:42

"Sosial sığorta alan şəxslərə ödədikləri sosial sığortaya əsasən pensiya versəydik, onlar 110 manatdan yuxarı pensiya almazdılar... Biz çox böyük sosial sığorta ilə bağlı amnistiyaya getmişik... Bu gün bizim pensiya sistemimiz çox humanistdir... Bu gün biz sığortanın prinsiplərini birəbir tətbiq etsək, şərtləri qat-qat sərtləşdirməliyik".

Bunlar Sahil Babayevin son çıxışından “seçmələrdir”.

Beləliklə, nazir hesab edir ki, Azərbaycanda əsasını vaxtilə hazırda korrupsiyaya görə həbsdə olan nazir Səlim Müslümovun qoyduğu pensiya sistemi çox humanistdir(!). Ancaq yəqin ki, tarixdə “humanizm” sözünün bu qədər təhrif olunduğuna, hörmətsiz, urvatsız vəziyyətə salındığına dair nümunə tapmaq çox çətindir. Minimum pensiyanın 280 manat, yəni 160 dollardan bir az çox, qiymətlərin isə ən inkişaf etmiş (pensiyaların ortalama 3000-4000 dollar olduğu) ölkələrdəki qədər, hətta bəzən ondan da baha olduğu Azərbaycanda pensiya sistemini necə “humanist” adlandırmaq olar, axı?

Məsələn, Azərbaycanda vaxtilə(!) müqəddəs peşə sahibləri sayılan müəllimlərin pensiyalarına baxın. Müəllim onun maaşının 400-500 manat olmasına görə günahkar deyil. Bu, Sahil Babayevin də təmsil olunduğu hökumətin müəllimə rəva bildiyi, layiq gördüyü əmək haqqıdır və o da bu məbləğdən pensiya kapitalı toplayıb, pensiyaya çıxandan sonra(yaşaya bilsə) həmin maaşa uyğun(300-400 manat) da pensiya almalıdır. Yəni, həmin “müqəddəs” müəllim az qala “dilənçi maaşı” aldığı kimi, “dilənçi pensiyası” da almağa məhkumdur.

İndi nazir bu müəllimin, yaxud eyni vəziyyətdə olan və dövlətdən qəpik-quruş maaş və pensiya alan digər vətəndaşın üzünə deyə bilərmi ki, bizim pensiya qanunu humanistdir?

Bu adamların nəyi nə xalqın səsinin, nə də seçiminin heç bir aidiyyatı olmayan və parlamentdə yatan bir çox deputatlardan əksikdir ki, onlardan 10 dəfə az pensiya alır, dərmana, ərzağa möhtac qalırlar? Niyə müəllim, fəhlə, satıcı və s. pensiya kapitalı yığmalı və bu yığıma uyğun qəpik-quruş pensiya almalı olduğu halda, deputat, prokuror, polis rəisi, hakim və digər vəzifəlilərə pensiya başqa cür hesablanmalıdır? Nəticədə zatən heç də ölkənin kasıb təbəqəsinə aid olmayan bu keçmiş vəzifəli şəxslər 4000-5000 manat pensiya alırlar.

Pensiyalarda 10 faiz artım ediləndə müəllim və digər az pensiya alanlar üçün bu 30-50 manatı keçmir. Rəislərin, prokurorların, hakimlərin, deputatların və digər “seçilmişlər”in pensiyası 10 faiz artanda(400-500 manat) isə bu pensiyanın təkcə artım hissəsi müəllimin bütünlükdə aldığı pensiyadan çox olur. Budurmu, “çox humanist pensiya qanunu”?

İndi müəllim, həkim və digər az maaşlı peşə sahibləri nə etsin? İndidən bütün gənclər getsin polis, prokuror, hakim, deputat olsun ki, yüksək pensiya alsın? Bəs başqa peşələrdə, hökumətin aşağı maaş verdiyi yerlərdə kimlər çalışsın?

Yaxud hökumət hər nə qədər guya şəffaflaşdırmağa çalışsa da, buna nail ola bilmədiyi özəl sektor olsun. Burada çalışanların çox böyük əksəriyyətinin maaşı rəsmi hesabatda sahibkar tərəfindən azaldılmış məbləğdə - minimum əmək haqqına uyğun göstərilir. Yəni, sahibkar məsələn, 1000 manat maaş verdiyi işçiyə 345 manat rəsmi əmək haqqı göstərir ki, DSMF-yə az pul ödəsin.

Əslində, sahibkar da bunu kefindən etmir. Sosial sığorta faizləri o qədər yüksəkdir ki, sahibkar maaşları olduğu kimi göstərsə, ya müflisləşməlidir, ya da satdığı məhsulun qiymətini artırmalıdır ki, bu xərcləri ödəyə bilsin. Lakin bu variantların heç biri məqbul deyil və bunun da ilk növbədə günahkarı yenə Babayevin də təmsil olunduğu hökumət və müvafiq vergi, sosial sığorta, pensiya qanunvericiliyini təsdiqləyən parlamentdir.

Ümumiyyətlə, olmazmı ki, neft-qaz ölkəsi olan Azərbaycanda pensiya yükünün əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürsün və bunu bütünlükdə vətəndaşın, zəif qeyri-neft sektoruna malik iqtisadiyyatın, inhisarçılıqdan, bahalı kreditlərdən, ağır vergi qanunvericiliyindən, cərimələrdən və s. əziyyət çəkən özəl sektorun, sahibkarın üzərinə atmasın? Bunun üçün sadəcə, büdcə oğurluqlarını azaldıb, həmin vəsaitləri sosial sahəyə yönəltmək bəlkə də kifayət edərdi.

Təcrübə göstərir ki, ölkə iqtisadiyyatının qeyri-neft sektoru, özəl sektor hələ əhalinin yüksək maaş və pensiya təminatını reallaşdıra biləcək səviyyədə, potensialda deyil. Olduqca zəifdir. Odur ki, bu “humanist pensiya sistemi” daha inkişaf etmiş və güclü iqtisadiyyatlara yarayır, bizdəkinə yox...

Vətəndaşın hüquqsuzluğunu pensiya qanununun “humanistliyini” ifadə edən daha bir kobud misal göstərmək olar. Necə olur ki, kredit alan şəxs öləndə onun ailəsi kreditdən azad edilmir, məbləğ ailə üzvlərinə “yüklənir”, amma həmin vətəndaşın ölənə qədər yığdığı pensiya kapitalı onun ailəsinə verilmir, faktiki olaraq “batır”? Bəlkə sosial nazir bunu da pensiya qanunumuzun “çox humanist” olması ilə izah edə bilər?

Nazir deyir ki, pensiya qanunu daha sərt ola bilərdi. Yəni, zatən 280 manatla yarıdilənçi kimi yaşayan pensiyaçını bundan da ağlar günə qoymaq, dilənçi edib küçələrə salmaq olardı! Marqlıdır, Azərbaycandakı nazirlərin hansının ətrafında, yaxınları, qohum-əqrabaları, hətta qulluqçuları arasında 280 manatla dolanan ahıl, imkansız adamlar var?

Normal hüquqi dövlətdə nazir postu həm də siyasi vəzifədir. Ancaq təəssüf ki, bizdə nazirlər də daxil olmaqla bir çox yüksək kürsülərdə oturan məmurlar öz vəzifələrinin ictimai, xüsusilə də siyasi yükünü anlamaqda çətinlik çəkirlər. Buna görə də danışmağı bacarmırlarsa, heç olmasa susmağı öyrənmələri pis olmazdı..

Belə açıqlamaların, bəyanatların əhalinin həssas təbəqələrində qıcıq yaratdığını ya görmürlər, ya görməzdən gəlirlər, ya da reallıq hissini itirdiklərindən heç o təbəqə tərəfə baxmırlar belə.

Milyonluq villalarda yaşayıb, yüz minlərlə qiyməti olan avtomobillərdə gəzib, 280 manat pensiya alan ahıla “pensiya qanununumuz humanistdir, bundan daha sərt ola bilərdi” kimi açıqlamalar vermək kənardan heç də “humanizmin ən parlaq nümunəsi” kimi görünmür.

Bu adamlara izah edən lazımdır ki, pensiyaçı, əlil, xəstə, yoxsul adamlarla mühasib, maliyyəçi, eyni zamanda da qadağa, minnət və s. dilində danışmaq olmaz. Bu insanlar əhalinin həssas sosial təbəqəsini təşkil edir, onların əksəriyyətinin Azərbaycanın labirinti xatırladan pensiya hesablanması sistemindən heç anlayışı yoxdur və zatən sosial vəziyyətləri ağırdır.

Bir də üstəlik, “şərtləri qat-qat sərtləşdirə bilərdik” deyib minnət qoymaq onları daha da aşağılayır. Bunun isə “humanizm” ilə heç bir əlaqəsi yoxdur...

“AzPolitika.info”


Oxunub: 578
Xəbəri paylaş
  • Facebook
  • Twitter
  • Whatsapp
  • Telegram
Paylaş:

  • Reklam

  • Xəbər lenti

    Dünən, 21:10 | İlham Əliyev Türkiyədə belə qarşılandı - VİDEO
    Dünən, 21:00 | Böyük futbol Xankəndidə - Tarix rəsmən açıqlandı!
    Dünən, 20:31 | Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar - Video
    Dünən, 20:16 | Məşhur sənətçimiz qəfil VƏFAT ETDİ
    Dünən, 20:01 | Əbu-Dabidəki danışıqlar başa çatdı
    Dünən, 19:43 | Masazırda yüzlərlə insan risk altındadır: Dirək hər an aşa bilər - VİDEO
    Dünən, 19:40 | İlham Əliyev Türkiyəyə getdi
    Dünən, 19:39 | "Turan" voleybol klubu ÇL-in qrup mərhələsində
    Dünən, 19:38 | Rusiya Ukrayna xalqını ac qoymaq istəyir – Plan
    Dünən, 19:36 | Aslan Fətullayev Moskvada vəfat etdi
    Dünən, 18:21 | Asiyada insanları "udan" "Bermud üçbucağı" tapıldı - VİDEO
    Dünən, 18:20 | Sabiq məmur doğum günündə vəfat etdi
    Dünən, 18:19 | “Əsgərliyə aparsalar, özümü öldürəcəyəm” - dedi, həbs olundu
    Dünən, 18:16 | Nəvəsinin andiçməsinə getdi, itkin düşdü - Foto
    Dünən, 14:57 | KİM İŞLƏYİR, KİM MÜAVİNƏT ALIR, KİM AİLƏSİNİN HESABINA YAŞAYIR?... – Yeni uçot qaydaları nəyi dəyişəcək?
    Dünən, 14:49 | Məktəblərdə 7 gün dərs olmayacaq
    Dünən, 14:21 | "Turan" voleybol klubu bu gün ÇL-in qrup mərhələsinə yüksələ bilər
    Dünən, 14:18 | Ermənistanda müxalifətçi namizəd təcridxanada vəfat edib
    Dünən, 14:04 | 2-ci liqada 10-cu tur başa çatır
    Dünən, 13:54 | Bakıya nə zaman qar yağacaq? – AÇIQLAMA
    Dünən, 13:49 | Naxçıvanda gənc əsgər naməlum şəraitdə öldü
    Dünən, 13:21 | “Güclü Ermənistan”ın namizədi həbsxanada vəfat etdi
    Dünən, 13:19 | Xəyali danışıqlarla bağlı saxta xəbərlər… - Rzayi
    Dünən, 13:17 | Aqrar məhsul istehsalı daha 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 13:15 | Yol polisi səfərdən geri qayıdan sürücülərə müraciət etdi
    Dünən, 12:41 | Bu məhsullar 3 il müddətinə ƏDV-dən azad edilir
    Dünən, 12:25 | Şəkiyə 33 sm qar yağdı
    Dünən, 12:18 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
    Dünən, 12:18 | İlham Əliyev polşalı həmkarına başsağlığı verdi
    Dünən, 11:45 | İşsizlikdən sığorta haqqı nağdsız formada ödəniləcək
    Dünən, 11:44 | Qazaxda avtomobil yandı
    Dünən, 11:43 | Bakıda məşhur xəstəxana bağlanır
    Dünən, 11:41 | 5 günlük tətil başlayır - Tarixlər
    Dünən, 11:40 | Erməni əsgər intihar etdi, iki həbsçi həbs olundu
    Dünən, 10:17 | Qarabağa qayıdışın tarixi: Zəfərdən suverenliyə uzanan altı il - Foto/Video
    Dünən, 10:15 | ABŞ Rusiyadan Ukrayna üçün NATO mexanizmlərinə oxşar təminatlar istəyəcək
    Dünən, 10:12 | Mərkəzi Bankdan kreditlərlə bağlı - QƏRAR
    Dünən, 10:04 | Sabirabadda məktəblini avtomobil vuraraq öldürdü
    Dünən, 10:01 | Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi
    Dünən, 09:50 | UEFA azərbaycanlı hakimi bu oyunlara təyin etdi
    Dünən, 09:44 | Ərdoğan niyə Koreyadan dərhal sonra Şuşaya gəldi?
    Dünən, 09:27 | Qaz borusunun altında qalıb ikiyə bölünən maşının sahibi danışdı - VİDEO
    Dünən, 00:33 | Mustafa Kamal Atatürkün vəfatından 88 il ötür
    9-11-2026, 21:10 | "Villaları, evləri var, gözləri doymur"
    9-11-2026, 20:50 | Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Heç nə etmirik, avara-avara gəzirik..." - VİDEO
    9-11-2026, 19:03 | Sabirabadda bir ildir uçan körpünün yerində yenisi tikilmir - Video
    9-11-2026, 18:53 | Zəfərin görünməyən qəhrəmanlarından biri - Həkim Vasif Məmmədov
    9-11-2026, 18:46 | İmişlidə qəzada ölən və xəsarət alan sərnişin ər-arvad imiş - YENİLƏNİB
    9-11-2026, 18:43 | Şəkiyə yağan qar fəsadlara səbəb olub - FOTO
    9-11-2026, 17:51 | “Dostluq” ordeni ilə təltif edilən Dragan Vladisavljeviç kimdir?
    Davamı
Ana səhifə Haqqımızda Bizimlə əlaqə
  • Copyright © 2014 Mediaxeberleri.az
    Təsisçi və baş redaktor: Ələddin Kəsəmənli
    Ünvan: Ağstafa rayonu, Qıraq Kəsəmən kəndi
    Bizimlə Əlaqə: +994 55 629 38 32, +994 50 247 08 99
    E-mail: mediaxeberleri.az@gmail.com
  • Created Web Media
    Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq
    keçidin qoyulması, saytımıza istinad mütləqdir.