"VƏZİFƏDƏN UZAQLAŞDIRILSIN VƏ HƏBS EDİLSİN" - Medvedev Zurabişviliyə “hökm oxuyub”
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini və sabiq prezident Dmitri Medvedev bu dəfə Gürcüstan Prezidenti Salome Zurabişvilinin həbsini tələb edib. Mediaxeberleri.Az xəbər verir ki, öz soaial şəbəkə hesabında ingilis dilində paylaşım edən Medvedev Gürcüstan hökumətinə müxalifəti dəstəkləyən Gürcüstan Prezidentinin vəzifəsindən kənarlaşdırılmasını və həbsini məsləhət görüb: “Gürcüstanın marionet prezidenti seçkilərin nəticələrini tanımaqdan imtina etdi və dövlət çevrilişinə çağırış edərək konstitusiyaya zidd getdi. Belə hallarda standart təcrübə vəzifədən uzaqlaşdırılma və həbsdir”. Qeyd edək ki, Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımadığını bəyan edərək, hazırkı hakimiyyəti qeyri-legitim adlandırıb və vətəndaşları etiraz aksiyalarına çağırıb.