Həkimlərin maaşı artacaq? - Nazir müavinindən şad xəbər
Həkimlərin maaşının artırılması ilə bağlı ümidlər var. Mediaxeberleri.Az xəbər verir ki, bu sözləri Oxu.az-a açıqlamasında səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib. N.Zeynalov qeyd edib ki, ümumilikdə tibb işçilərinin maaşlarının artırılması ölkədə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır: "İcbari tibbi sığortanın tətbiqi səhiyyənin maliyyələşməsini yeni maliyyə səviyyəsinə gətirib çıxarır. Xərclənən vəsaitlər hesabına əməkhaqlarının artırılması real olur. Biz onu artıq görürük". O bildirib ki, nazirlik əməkhaqqının artırılması istiqamətində addımlar atır: "Həmçinin artırılmış maaşları yenidən artırmağa çalışırıq. Həkimlərin gördüyü iş öz layiqli dəyərini tapmalıdır".
Oxunub: 163
Xəbəri paylaş
Paylaş: